Özünə güvənən insan kiçik mətləblərin haqq-hesabını aparmaz
Son zamanlar mənə və ailəmə olan yalan və böhtan dolu məlumatların gündəmdən düşməməsini sadəcə gülümsəyərək izləyirəm. Qeyd edim ki, nə yazılanları nə də bizim ünvanımıza olan bu kimi təzyiqləri ciddi qəbul etmirəm. Bu səbəblə də müdaxilə etməməyi özümə borc bildim.
27 Yanvar 2017 14:08 SosialSon zamanlar mənə və ailəmə olan yalan və böhtan dolu məlumatların gündəmdən düşməməsini sadəcə gülümsəyərək izləyirəm. Qeyd edim ki, nə yazılanları nə də bizim ünvanımıza olan bu kimi təzyiqləri ciddi qəbul etmirəm. Bu səbəblə də müdaxilə etməməyi özümə borc bildim. Sadəcə qısa olaraq bildirmək istəyirəm ki, özünü millivətənpərvər adı ilə gündəmə gətirmək istəyənlər daha ciddi və tutarlı səbəblərlə bu cür propaqandalara başlasınlar. Eyni zamanda, Azərbaycan adına gerçək addımlar atmağı tövsiyyə edirəm. Azərbaycanın Erməni kimi düşmənlərinə qarşı bizim "dəyərli və araşdırmaçı" "jurnalist"lərimiz sadəcə təkzib xarakteli materialları gündəmə gətirməklə vəzifə borclarını yerinə yetirmiş hiss etməsinlər. Tariximizin və milli kimliyimizin şərəfli səhifələrini ən azından vərəqləyərəq bəzi faktlarımızı gündəmə gətirsinlər və bu kimi vacib məlumatlarla dünyaya səs salmağa çalışsınlar... Çox şükürlər olsun yaşadığım bu günə qədər mən vətənimə olan sevgimi və kimliyimi sadəcə bir çoxları kimi bəlağətli sözlərlə, gürultulu şüarlarla deyil şəxsi yaşamım və içtimai fəaliyyətimlə göstərmişəm. Azərbaycan İsveç Fedarasiyasının sorumlularından biri olaraq qürbətdə yaşanan bütün çətinliklərə baxmyaraq bir çox uğurlu layihələrə imza atmışıq. Qürbət ölkədə bir çox yurddaşımızın qayğısını çəkib əlimizdən gələn yardımları əsirgəməmişik. Düşünürəm ki, mənim şəxsi həyatımı gündəmə gətirərək mənə təzyiq etdiyini düşünən insanların çox anlamsız və bəsit hücumları yalnız mənə və ailəmə olan təzyiq deyil, eyni zamanda bizim fəaliyyətimizi gözügötürməyən insanların yeni bir addımıdır. Bu üzdən belə bəsit hücumlara ayıracaq zamanım və uzun-uzadı cavab verəcək bir şəxsiyyətim olmadı, olmayacaq! Xanımımın kimliyinə gəlincə onun müdafiəyə ehtiyacı olmadığını düşünürəm. Uzun illərdi İsveçdə, Azərbaycandan kənarda yaşamağıma baxmayaraq ziyalı, ağıllı və məhz azərbaycanlı bir xanımla ailə qurduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Cəmilə xanım Azərbaycanda doğulub, ictimai fəaliyyəti və şəxsiyyəti ilə bir çoxlarına örnək olan az sayda azərbaycanlılardan biridir! Uşaqlarımın anasına və keçmiş həyat yoldaşıma gəlincə o, hər zaman mənim övladlarımın anası olaraq qalacaq, biz sayğılı şəkildə onun öz istəyi üzrə 2013 ildən rəsmi şəkildə ayrılmışıq. Düşünürəm ki, ürəyi Azərbaycan adı ilə döyünən və bütün ömrünü Azərbaycan adına həsr edən insanlara belə təpkilər nomaldır. Eyni zamanda, Azərbaycanda qeyri-peşəkar və özünü jurnalist adlandıran insanların bu kimi məlumatlarla gündəmdə qala bilmək istəklərinə üzülürəm. Dünyanın inkişaf məhvərinə uzaqdan gözata bilsələr çox daha maraqlı və anlamlı məlumatların varlığından xəbərdar ola bilərlər. Azərbaycan hüquqi bir dövlətdir insanların şəxsi həyatına müdaxilə etmək Azərbaycan Konstitusiyasına və insan haqlarına ziddir. Sonda qeyd etmək istəyirəm ki, özünə güvənən insan kiçik mətləblərin haqq-hesabını aparmaz! Qarabağımızı sözdə yox, əməldə erməni rus və fars şovinistlərinin işğalından qurtarmaq istəyən ağlı başında olan, damarında təmiz Azərbaycançılıq-türkçülük, insalıq qanı axan hər kəsə sonsuz sayğılarımla
Səttar Sevigin