Dövlətin məcburi köçkünlərə göstərdiyi diqqətinin bariz nümunəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son günlər imzalamış olduğu bir neçə fərman və sərəncamla əhalinin sosial problemlərinin həlli, vətəndaşların rifah halının yaxşılaşdırılması məsələsinin başlıca prirotet təşkil etdiyini bir daha təsdiqləmiş oldu. Belə ki, minimum əmək haqqı, pensiyaların sığorta hissəsinin artırılması, məcburi köçkünlər və onlara bərabər tutlan şəxslər üçün aylıq müavinətin müəyyən edilməsi, eləcə də bu kimi digər mühüm sənədlər deyilənlərin bariz nümunəsi idi. Xüsusilə, sonuncu sənəd, yəni məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin müəyyən edilməsi barədə Prezident fərmanı bu günlər cəmiyətdə geniş müzakirə predmetinə çevrilib.
27 Yanvar 2017 14:39 SiyasətRamiz Alıyev: "Prezident Cənab İlham Əliyev hər zaman olduğu kimi, yenə də əhalinin sosial rifahının yaxşılaşdırılması üçün real addımlar atır"
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev son günlər imzalamış olduğu bir neçə fərman və sərəncamla əhalinin sosial problemlərinin həlli, vətəndaşların rifah halının yaxşılaşdırılması məsələsinin başlıca prirotet təşkil etdiyini bir daha təsdiqləmiş oldu. Belə ki, minimum əmək haqqı, pensiyaların sığorta hissəsinin artırılması, məcburi köçkünlər və onlara bərabər tutlan şəxslər üçün aylıq müavinətin müəyyən edilməsi, eləcə də bu kimi digər mühüm sənədlər deyilənlərin bariz nümunəsi idi. Xüsusilə, sonuncu sənəd, yəni məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin müəyyən edilməsi barədə Prezident fərmanı bu günlər cəmiyətdə geniş müzakirə predmetinə çevrilib. Birmənalı olaraq hər bir şəxs tərəfindən müsbət qiymətləndirilən bu sənədin məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həllinə əsaslı dərəcədə müsbət təsir göstərəcəyi şübhə doğurmur. Elə əksəriyyət də məhz bu qənaətdədir. Politoloq Ramiz Alıyev dövlət başçısının imzalamış olduğu məlum fərmanı şərh edərkən bildirib ki, bu sənəd ilk növbədə şəffaflığın təmin olunmasına yol açacaq: "Məlum olduğu kimi yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi ilə bağlı fərman imzalanıb. Dövlət başçısının imzaladığı fərman əsasında Nazirlər Kabineti müəyyən qaydalar müəyyənləşdirib ki, həmin qaydalarda da kimlərin həmin aylıq müavinəti ala biləcəyi açıq göstərilir. Düşünürəm ki, cənab Prezidentin məcburi köçkünlər və onlara bərabəır tutulan şəxslərə aylıq müavinətin təyin edilməsi barədə fərmanı olduqca əhəmiyyətlidir. Məlumat üçün qeyd edim ki, həmin fərmana əsasən imtiyazlı şəxslərə aylıq olaraq nəzərdə tutulmuş kommunal limitləri nağd pul şəkilində vətəndaşın birbaşa özünə ödəniləcək. Bununla da həmin vətəndaşlar dövlətin onlara ayırdığı nağd müavinətlə daha asan formada və heç bir başqa vasitəçi dövlət orqanı olmadan öz kommunal xərclərini ödəyə biləcək. Nəticə etibarilə məcburi köçkünlərin kommunal xərcləri ilə bağlı hansısa dövlət orqanı arasında zaman-zaman yaranan anlaşılmazlıqlar tamamilə aradan qalxacaq. Həmçinin bundan sonra bürokratik əngəllərə də son qoyulacaq. Xüsusilə, müxtəlif idarələrdən məcburi köçkün olmaqla bağlı toplanan arayışlara ehtiyac olmayacaq". Ramiz Alıyevin sözlərinə görə, ən vacib məqam məcburi köçkünlərə aylıq müavinət artıq nəğd şəkildə, karta köçürülməklə çatdırılacaq. Bundan sonra müavinətlər pul şəkilində ödənildiyi üçün məcburi köçkünlər də öz növbəsində aylıq sərf etdikləri kommunal xərclərini ödədikdən sonra qalıq vəsaiti digər problemlərinə sərf edə biləcəklər. Azərbaycan dövlətinin və şəxsən cənab Prezidentin belə bir dövrdə, yəni dünyanın hər yerində iqtisadi problemlərin baş verdiyi tarixdə məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəlmiş olan bu addımı çox təqdirəlayiqdir. Bu onu göstərir ki, Azərbaycan Prezident Cənab İlham Əliyev hər zaman olduğu kimi, yenə də əhalinin sosial rifahının yaxşılaşdırılması üçün real addımlar atır". Bu arada Nazirlər Kabinetinin "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"nı təsdiq etməsinə də toxunan Ramiz Alıyev deyob ki, qaydalara əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları da açıqlanıb: "Ümumiyyətlə, bu qərarı dövlətin məcburi köçkünlərə göstərdiyi diqqətinin bariz nümunəsi hesab edirəm. Nazirlər Kabinetinin qəbul etdiyi qaydalar Prezident İlham Əliyevin adıçəkilən fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanıb: "Burada məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydaları müəyyən edilib. Ümumi götürsək, bu qaydaların təsdiqlənməsi bir daha onu göstərir ki, Azərbaycan dövləti sosial yönümlü siyasət yürdür. Və bu siyasət də vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir".
S.İsmayılbəyli