Sosial ədalətin təminatı
2017-ci ilin ilk günlərindən etibarən Azərbaycan Respublikasının Prezidnti İlham Əliyev əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlarla ölkə vətəndaşları üçün sanki sürprizlər bəxş etdi. Dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin sossial iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı minimum əmək haqqı və pensiyaların artırılması barədə verdiyi anonsdan dərhal sonra onun reallaşmasını təmin etdi və bununla bağlı müvafiq sənəd imzaladı.
27 Yanvar 2017 14:46 SosialPrezidentin məlum fərmanı şəffaflığın təminatında əsaslı rol oynayacaq
2017-ci ilin ilk günlərindən etibarən Azərbaycan Respublikasının Prezidnti İlham Əliyev əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində atdığı addımlarla ölkə vətəndaşları üçün sanki sürprizlər bəxş etdi. Dövlət başçısı Nazirlər Kabinetinin 2016-cı ilin sossial iqtisadi yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı minimum əmək haqqı və pensiyaların artırılması barədə verdiyi anonsdan dərhal sonra onun reallaşmasını təmin etdi və bununla bağlı müvafiq sənəd imzaladı. Dövlət başçısının imzaladığı müvafiq sərəncam əsasında minimum əımək haqqı və pensiyaların sığorta hissəsi əsaslı dərəcədə artdı. Məlum sərəncamın mürəkkəbi qurumamış isə Prezidentdən daha bir müjdə gədi. Bu dəfə dövlət başçısı məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması yönündə addım atdı. Belə ki, Prezident İlham Əliyevin imzaladığı fərman əsasında məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edildi. Fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36,0 (otuz altı) manat məbləğində vahid aylıq müavinət müəyyən olunub. Azərbaycan Prezidentinin imzalamış olduğu fərman təkcə məcburi köçkünlər deyil, eləcə də cəmiyyətin böyük əksəriyyəti tərəfindən müsbət qiymətləndirilib.
Millət vəkili Eldar İbrahimov deyib ki, sosial məsələlər, əhalinin rifah halının yüksəldilməsi hər zaman ölkə Prezidentinin diqqət mərkəzindədir. Onun sözlərinə görə, müxtəlif aztəminatlı ailələrin, təqaüdçülərin, şəhid ailələrinin, qaçqın və məcburi köçkünlərin soisal problemlərinə hər zaman həssaslıqla yanaşılıb. Eldar İbrahimov bildirib ki, mütəmadi olaraq imzalanan Fərman və sərəncamlara əsasən əmək haqları, pensiyalar artırılır, yeni sosial obyektlər istifadəyə verilir, insanları narahat edən məsələlər aradan qaldırılır: "Bu gün hər bir vətəndaş dövlətin diqqət və qayğısını hiss edir. Ölkə Prezidentinin müvafiq fərmanı ilə məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi də mühüm addımdır. Bu həyata keçirilən uğurlu sosial siyasətin davamıdır". Millət vəkili deyib ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı isə dövlət siyasətinin əsasında dayanan məsələlərdən biridir. Prezident İlham Əliyev mütəmadi olaraq qaçqın və məcburi köçkünlərlə görüşür, onların problemləri ilə yerində tanış olur, mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm tapşırıqlar, göstərişlər verir. Məcburi köçkünlərə vahid aylıq müavinətin təyinatı, onun ünvanlılığının təmini bir sıra kontekstlərdən mühüm əhəmiyyətə malikdir. Bu, sosial ədalətin tam təminatıdır. İkinci bir tərəfdən isə, bu addım şəffaflığın təminatında da əsaslı rol oynayacaq. Digər tərəfdən, kommunal xidmətlərdən istifadədə qənaət edən şəxslər veriləcək müavintələri şəxsi məqsədlərinə yönəltmək imkanı əldə edəcəklər. Ən əsası isə bu prosesdə bir sıra sənədləşmə işləri vardır ki, bu da sadələşəcək. Yəni, əvvəllər məcburi köçkün ailələri onlara verilən kommunal xidmətlərlə bağlı limitləri təsdiqlətmək üçün bir sıra arayışlar təqdim etməli, onları təsdiqlətməli idilərsə, artıq buna ehtiyac qalmayacaq. Artıq həmin məbləğ şəxslərə təqdim olunacaq. Yəni, proses asanlaşdırılıb. Ölkə Prezidenti məcburi köçkün vətəndaşlarımızın yanında olduğunu, onların rifah halının yüksəldilməsi üçün çalışdığını bir daha bu Fərmanla ortaya qoymuş oldu". Dövlət başçısının Cəbrayıl rayonunun erməni işğalından azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncamının əhəmiyyətinə də toxunan millət vəkili bu qərarın bütün xalqımzda böyük ruh yüksəkliyi yaratdığını deyib: "Bu, o deməkdir ki, əgər bu gün Cocuq Mərcanlıya qayıdırıqsa, sabah da Laçına, Şuşaya və digər ərazilərimizə qayıdacağıq. Ölkə Prezidentinin məlum Sərəncamı bu baxımdan da yüksək dəyərə malikdir".
Millət vəkili Azər Badamov da dövlət başçısının məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi barədə fərmanını yüksək qiymətləndirib. O, qeyd edib ki, fərmanın imzalanmasında əsas məqsəd məcburi köçkünlərin kommunal, həmçinin yemək pulu və digər məsələlərlə bağlı ödənişlərini vahid hala salmaqdır: "Hesab edirəm ki, 36 manat məbləğində aylıq müavinətin birbaşa məcburi köçkün ailələri tərəfindən kartla alınması ilk növbədə şəffaflığın təmin olunmasına xidmət edəcək. Əgər bundan əvvəl məcburi köçkünlərə kommunal xidmətlər göstərmək məqsədilə ayrı-ayrı strukturlara ödənişlər olunurdusa, artıq yanvarın 1-dən etibarən ödənişlər məcburi köçkünlərin birbaşa özləri tərəfindən həyata keçiriləcək. Ona görə də bu fərmanın imzalanmasını təqdirəlayiq hesab edirəm". Millət vəkili qeyd edib ki, Prezidentin məlum fərmanı ilə bağlı Nazirlər Kabinetinin də xüsusi qərarı var və müəyyən qaydalar müəyyənləşdirilib: "Məhz Bazirlər Kabineti tərəfindən müəyyən edilmiş həmin qaydalar əsasında məcburi köçkünlərə ödənişlər ediləcək. Nazirlər Kabinetinin qəbul etdiyi qaydalarda hər şey aydın şəkildə öz əksini tapıb. Qaydalara əsasən dövlət qulluğunda çalışan məcburi köçkünlərə sözügedən müavinət verilməyəcək. Ehtiyacı olan və aztəminatlı məcburi köçkünlərin hamısı isə bu müavinətdən tam şəkildə yararlanacaqlar".
Süleyman