Qazaxıstan yeni idarəçilik sisteminə keçir
Müntəzəm olaraq qeyri-adi hərəkətləri, addımları ilə diqqət çəkən, özünə olan marağı da daha da artıran Orta Asiya regionun qocaman lideri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu günlərdə yenə də öz ənənəsinə sadiq qaldı. Belə ki, Nazarbayev bir neçə gün əvvəl verdiyi açıqlama ilə səlahiyyətlərini parlamentlə bölüşmək qərarında olduğunu bildirib. Uzun illər, hətta Sovet dövründən ancaq birinci şəxs olmaq barədə düşünən Nursultan Nazarbayevin hazırkı situasiyada hansə səbəbdən belə bir qərara gəldiyi həm maraq, həm də ciddi sual doğurur.
27 Yanvar 2017 14:41 SiyasətMüntəzəm olaraq qeyri-adi hərəkətləri, addımları ilə diqqət çəkən, özünə olan marağı da daha da artıran Orta Asiya regionun qocaman lideri, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu günlərdə yenə də öz ənənəsinə sadiq qaldı. Belə ki, Nazarbayev bir neçə gün əvvəl verdiyi açıqlama ilə səlahiyyətlərini parlamentlə bölüşmək qərarında olduğunu bildirib. Uzun illər, hətta Sovet dövründən ancaq birinci şəxs olmaq barədə düşünən Nursultan Nazarbayevin hazırkı situasiyada hansə səbəbdən belə bir qərara gəldiyi həm maraq, həm də ciddi sual doğurur.
Məsələ ilə bağlı fikirlərini bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Nazarbayevin öz səlahiyyətlərinin bir qismini parlamentə təhvil vermə istəyinin səbəblərindən də danışıb. Bildirib ki, bu məsələdə bir neçə səbəb var. Politoloqun sözlərinə görə, ilk növbədə yaşını nəzərə alaraq Nazarbayev belə bir addım atmaq qərarına gəlib: "Birinci səbəb Nazarbayevin yaşıdır. Qazaxıstan prezident SSRİ dövründən ölkəsinin lideridir. İndi o elə bir yaş həddinə çatıb ki, ölkəsinin gələcəyini düşünmək məcburiyyətindədir. Nazarbayev "məndən sonra bu şəxs olacaq" siyasətinə üstünlük vemir, onun varislə bağlı qərarı yoxdur, bəlkə də heç olmayacaq. Qazaxıstan hakimiyyətində bir-biriylə rəqabət aparan ən azı 3 qruplaşma var. Bu qruplaşmalarda Qazaxıstan prezidentinin bir neçə ailə üzvü də iştirak edir. Ancaq Nazarbayev bu qruplaşmalardan heç birinə üstünlük vermir. Çünki, hər hansı birinə üstünlük versə, digər qruplaşmalarla daxili çəkişmə başlayacaq ki, bu hazırda sabitliyini qoruyan Qazaxıstana həm daxildən, həm də xaricdən ciddi təhlükələr yaradacaq". Elxan Şahinoğlu deyib ki, Nursultan Nazarbayevin Rusiya ilə müttəfiqliyi stateji seçim deyil: "Qazaxıstan prezidenti ölkəsi üçün ən böyük təhlükənin elə qonşusu Rusiyadan gəldiyini bilir. Qazaxıstan əhalisinin 40 faizi rusdillidir və bəzən şimal bölgələrində separatçı şüarlar səslənir. Narazbayev xarici siyasətdə Rusiya ilə yaxınlıq əvəzinə başqa vektora üstünlük versəydi, Kreml Gürcüstan və Ukraynanı parçaladığı kimi Qazaxıstana da "ənçam" çəkəcəkdi. Ancaq Nazarbayev Kremlə heç bir bəhanə verməyib, əksinə Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Rusiya prezidenti Vladimir Putin çıxışlarının birində söyləmişdi ki, Nazarbayev olmasaydı, Qazaxıstan da olmayacaqdı. Bu fikir başda Nazarbayev olmaqla Qazaxıstanın siyasi dairələrində gizli narazılıq doğurmuşdu. Putin bununla Astanaya mesaj yollamışdı ki, "fərqli siyasətə üstünlük versəz, Sizi də Ukraynanın taleyi gözləyəcək". Ona görə də Nazarbayev parlamentlə səlahiyyət bölgüsünə getsə də, xarici siyasət və təhlükəsizlik məsələlərinə özü məsul olacaq". Mərkəz rəhbəri hesab edir ki, Nursultan Nazarbayevin səlahiyyətlərini parlamentlə bölüşməsinin ikinci səbəbi Qazaxıstandakı iqtisadi vəziyyətdir. Onun sözlərinə görə, neft bumu illərində səlahiyyət bölgüsü Nazarbayevin ağlına gəlmirdi: "Pul çox olduğundan o iqtisadi və sosial məsələləri asanlıqla həll edirdi, hələ üstəlik paytaxtın köçürülməsi kimi böyük maliyyə tələb edən layihənin reallaşdırılmasına yaşıl işıq yandırmışdı. İndi həmin pullar yoxdur, neft gəlirləri kəskin azalıb, milli
pul vahidi dəyərdən düşür. Nazarbayev bu yükü daşımaq iqtidarında deyil. İqtisadi və sosial vəziyyətin ağırlığına görə prezident hədəf götürülür, çünki bu sahələr onun səlahiyyətindədir. Ancaq prezident bu sahələri baş nazirə ötürsə, iqtisadiyyatdakı problemlərə görə prezident günahlandırılmayacaq. Ona görə də Nazarbayev iqtisadiyyatı və sosial məsələləri baş nazirə yükləmək istəyir. Parlament seçkisində qələbə çalan partiya və onun lideri Nazirlər Kabinetini formalaşdırmaq səlahiyyəti qazanacaq, daha əvvəlki kimi prezident istədiyi şəxsi baş nazir təyin etməyəcək. Bu səlahiyyət parlament çoxluğuna həvalə ediləcək. Məntiqlə bu Qazaxıstanda partiyalararası və ideya rəqabətinə də impuls verməlidir. Ancaq yeganə şərt odur ki, parlament seçkisinin ədalətli və şəffaf keçirilməsidir ki, nəticə heç kimdə şübhə doğurmasın. Beləliklə, Azərbaycanın daha bir yaxın qonşusu parlament üsul-idarəsinə üstünlük verdi. Bundan əvvəl Gürcüstan, daha sonra isə Ermənistan Konstitusiya dəyişiliklərinə gedərək parlament üsul-idarəsinə üstünlük verdi. Azərbaycanda da parlamentin səlahiyyətlərinin artırılmasına ehtiyac var, bunu qeyri-rəsmi söhbətlərdə deputatlar da dilə gətirirlər. Qazaxıstan kimi Azərbaycan da neft gəlirlərinin azalmasından problemlər yaşayır. Azərbaycan Cumhuriyyəti parlament üsul-idarəsi üzərində qurulub. Azərbaycan müstəqillik qazandıqda prezidentin səhaliyyətləri artırıldı. Qonşu dövlətlər də belə etdilər, ancaq sonradan parlamentin səlahiyyətlərinin artırılmasına qərar verdilər. Prezidentin ölkənin idarəolunmasına görə məsuliyyəti bölüşdürməsi onun özünə də xeyirlidir. Çünki, prezidentin nə qədər güclü və xarizmatik lider olmasına baxmayaraq, onun daxili, xarici və təhlükəsizlik sahələrində bütün məsələlərin həlli ilə məşğul olub, bütün istiqamətləri nəzarət altında saxlaması çətindir".
Füzuli