Tramp Rusiya əleyhinə sanksiyaları ləğv edir
ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb.
27 Yanvar 2017 16:02 DünyaABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaların aradan qaldırılması barədə sərəncam hazırlayıb. Bu barədə "Politico" nəşrinin köşə yazarı Syuzen Qlasserbir neçə mənbəyə əsaslanaraq "Twitter" hesabında yazıb.
O yazıb ki, bir neçə mənbə sanksiyaların birtərəfli qaydada götürüləcəyi barədə məlumat verib. Eyni zamanda, "Atlantic Council" (ABŞ) Analitik Mərkəzinin böyük elmi işçisi Fabris Potye də mənbələrə istinadən bu barədə "Twitter" hesabında qeyd edib. "Mənbələr prezidentin Rusiyaya qarşı sanksiyaların qaldırılması üzrə fərmanının hazır olduğunu bildirib", - o yazıb. Kremldə isə bu məlumatlardan xəbərdar olmadıqlarını söyləyiblər. Report.az