Gündəm
Politoloq: “Rusiya Belarus və Qazaxıstanı neytrallaşdırıb”
“Ermənistan nümayəndəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) baş katib gətirilməsinə Belarus və Qazaxıstan etiraz etsə də, Rusiya artıq onları neytrallaşdırır. Rusiyanın təzyiqi ilə Qazaxıstan mövqeyini dəyişib. Artıq Belarus da neytrallaşmaq üzrədir”. Bunu politoloq Qabil Hüseynli deyib.
Crossfit artıq paytaxt Bakımızda
Bakıda bıçaqlama hadisəsi baş verib
Bakıda kafedə 54 yaşlı kişinin baş və bədən nahiyəsinə 4 bıçaq zərbəsi vurulub. Hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, Bakıxanov qəsəbəsində yerləşən kafelərin birində 1963-cü il təvəllüdlü Cümşüdov Əsfər Mürşüd oğluna tanımadığı şəxslər tərəfindən başından 1, bədən nahiyəsindən 3 bıçaq zərbəsi vurulub. Xəsarət alan Ə.Cümşüdov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir. Faktla bağlı araşdırma aparılır.
Ölkdə 190 minə yaxın iş yeri açılıb
"Azərbaycanın regionları üzrə qazlaşma səviyyəsi 83%-ə çatıb”. Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda iqtisadiyyat naziri Şahin Mustafayev söyləyib.
Devid Harris: “Azərbaycan ABŞ üçün vacib və dost ölkədir”
"Özümüzü Azərbaycanın dostu və tərəfdaşı hesab edirik". Bunu Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris deyib.
Rusiya ilə münasibətlərin bərpası məsələsinə qayıda bilərik
“Tiflis Moskva ilə müəyyən şərtlər altında diplomatik münasibətlərin bərpası məsələsinə qayıda bilər”. Bunu Gürcüstan baş nazirinin xüsusi nümayəndəsi Zurab Abaşidze deyib. “Rəsmi Tiflis Cenevrə formatında danışıqları və Praqada praktiki məsələlər üzrə dialoqu davam etdirməyə hazırdır”, - deyə o bildirib.
Çexiya Gənclər Assosiasiyasının nümayəndəsi “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub
Çexiya Gənclər Assosiasiyasının nümayəndəsi Radek Smolka “Ermənistan-Azərbaycan Sülh Platforması”na qoşulub.
Gənclərin “Bakı Metropoliteni”nə turu təşkil edilib
Milli Şuranın üzv gənclər təşkilatları “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzinin inzibati binasında olublar. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzinin inzibati binasına keçirilib.
Atəşkəsin pozulması halları azalıb
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 7 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Hərbi qulluqçunun ölüm səbəbi araşdırılır
Yanvarın 29-da sosial şəbəkələrdə və bəzi yerli elektron informasiya resurslarında Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun düşmən tərəfindən açılan atəş nəticəsində həlak olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Təhsil naziri vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov fevralın 6-da Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq vətəndaşları qəbul edəcək.
Malay-Ləki mənzilində 10 km dəmir yolu əsaslı təmir olunur
Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəmir yolunun Ləki-Malay mənzilində 10 km yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Şamil Cəfərovun verdiyi məlumata görə, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Keçən il 880 km yol yenidən qurulub və təmir olunub
“Azəravtoyol” ASC-nin kollektivi tərəfindən 2016-cı il ərzində uzunluğu 880 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub.
“Xanuma” Akademik Milli Dram Teatrında
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub. Teatrın mətbuat xidmətindən “Olaylar” – a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Mikayıl Mikayılovdu.
Zabrat gölü DAŞDI - Evlər üçün TƏHLÜKƏ
Bakı və Abşeron yarımadasında bir neçə ərazidə subasma hadisələri müşahidə olunur. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənovbildirib. O deyib ki, Sabunçu rayonunun bir neçə qəsəbəsində qurunt sularının səviyyəsinin qalxması ilə əlaqədar subasma hadisələri müşahidə olunur: "Rayonun Maştağa qəsəbəsində daş karxanası adlanan ərazidə, Savalan yaşayış massivində, Yeni Ramana qəsəbəsindəki "Şuşa şəhərciyi"ndə subasma hadisələri baş verib. Bəzi ərazilərdə üst (səth) suları, bəzi yerlərdə qurunt sularının ərazini basması müşahidə edilir".














