Gənclərin “Bakı Metropoliteni”nə turu təşkil edilib
Milli Şuranın üzv gənclər təşkilatları “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzinin inzibati binasında olublar. Milli Şuradan “OLAYLAR”-a bildirilib ki, Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzinin inzibati binasına keçirilib.
30 Yanvar 2017 12:27 SosialMilli Şuranın üzv gənclər təşkilatları "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzinin inzibati binasında olublar. Milli Şuradan "OLAYLAR"-a bildirilib ki, Gənclər Təşkilatları Milli Şurasının növbəti məlumat turu "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Təlim-tədris Mərkəzinin inzibati binasına keçirilib. Məlumat turunda "Bakı Metropoliteni"nin səlahətli nümayəndələri, Milli Şuranın katibliyi və üzvü olan gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Məlumat turu zamanı iştirakçılara gənclərin ən çox istifadə etdiyi nəqliyyat vasitəsi olan Bakı Metropoliteninin xətləri və stansiyaları, elektrik deposu, sərnişin qatarları, tunellərdən (sərnişin qatarlarından) və stansiyalardan sərnişinlərin təxliyyə qaydaları və metropolitendən istifadə qaydalarının öyrənilməsi, əməl olunmasının vacibliyi, sərnişinlərin metropolitenə yaratdığı çətinliklər, sərnişin vandalizmi haqqında məlumat verilib. Eləcə də iştirakçılar ilə birlikdə elektrik deposuna ziyarət olunub və iştirakçıları maraqlandıran suallar səlahiyyətli nümayəndələr tərəfindən cavablandırılıb.