Gündəm
Tezliklə təcrübəli komandamız Azərbaycanla danışıqlara başlayacaq
“Biz Avropa Xarici Əlaqələr Xidmətindən olan direktor Luk Devinin başçılığı ilə “Şərq tərəfdaşlığı" zonasında müxtəlif razılaşmalar üzrə işləmiş təcrübəli komanda ilə çox tezliklə Azərbaycanla yeni saziş üzrə danışıqlara başlayacağıq”.
Əsgərin ölümü ilə bağlı cinayət işi başlanıb
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fəttayev Xanəli Qəribəli oğlunun ölümü ilə əlaqədar Qazax Hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Məsciddə namaza yığışanlar vuruldular: 6 ölü və əylənən donuz - FOTO
Kanadanın Kvebek şəhərində əli silahlı 3 şəxs məscidə daxil olaraq insanlara atəş açıb. Nəticədə 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
Erməni turizminin təbliğində FAHİŞƏLİK AMİLİ
Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılovun yazısını təqdim edir: Azərbaycan torpaqlarının 20%-nin erməni işalında olması bu ərazilərdə olan milli-mədəni dəyərlərimizin bütünlükə erməni vandalizminin qurbanlarına çevirmişdir. Burada ermənilərin əsas məqsədlərindən biri Cənubi Qafqazda özlərini qədim tarixə malik köklü bir millət kimi göstərməkdirsə, digər bir tərəfdən isə Azərbaycanın milli-mədəni dəyərlərindən gəlir mənbəyi kimi istifadə etmək və erməni milli irsini zənginləşdirməkdən və iqtisadiyyatını yüksəltməkdən ibarətdir.
İrandan ölkəyə girişlə bağlı RADİKAL ADDIM
İran 36 ölkədən olan turistlər, o cümlədən rusiyalı turistlər üçün viza rejimini ləğv etməyi düşünür. Belə bir açıqlama ilə İranın mədəni irs və turizm məsələləri üzrə vitse-prezidenti Zəhra Əhmədipur çıxış edib.
Məşhur qəhvə şirkətindən müsəlmanlara dəstək
"Starbucks" müsəlmanlara dəstək olduğunu, fəaliyyət göstərdiyi ölkələrdə onları işlə təmin edəcəyini açıqlayıb.
Azərbaycanda son 25 ildə insanları ÖLDÜRƏN XƏSTƏLİKLƏR - Nazirlik rəsmisi açıqladı
Azərbaycanda qeyri-infeksion xəstəliklərdən ölən və xəstələnənlər, əsasən, əmək qabiliyyətli insanların (40-60 yaş) payına düşür. Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdirinin müavini Nabil Seyidov "Azərbaycanda tütünlə mübarizə qanunvericilyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada deyib.
Qəzalar zamanı yol təsərrüfatına 780,0 min manat məbləğində maddi ziyan dəyib
2016-cı il ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 653 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 911,1 p.m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12p.m səsboğucu qurğu, 133 metr dəmir-beton sədlər, 60 p.m körpü məhəccəri, 43 p.m istinad divarı və 37ədəd yol nişanı yararsız hala düşüb.
“Fitnə” filmi Masallı “Asan həyat” kompleksində nümayiş etdirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanmış dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Masallı regional “Asan həyat” kompleksində təqdim olunub.
Yaponiyada Dünya azərbaycanlıları ilə bağlı kitabın təqdimatı keçirilib
Yaponiyanın paytaxtı Tokio şəhərinin Otaku bölgəsində yerləşən məktəbdə Yaponiya-Azərbaycan Əməkdaşlıq Assosasiyasının prezidenti Əlibəy Məmmədov tərəfindən Azərbaycanla bağlı növbəti seminar keçirilib.
“Metropoliten”də fərqli istehsalat sahəsi yaradılır
«Bakı Metropoliteni» QSC-nin yaradılmasından sonra qatarların təmiri ən yüksək standartlar səviyyəsinə çatdırılıb. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, əsaslı təmir üçün ölkə daxilində müvafiq zavod şəraiti olmadığından, 2013-2015-ci illərdə 5 qatar Moskva Elektrik Qatarlarının Təmiri Zavodunun Tbilisi filialında əsaslı təmir edilib. İşin əhəmiyyətini nəzərə alaraq, «Bakı Metropoliteni» QSC-nin rəhbərliyi metropoliten tarixində ilk dəfə qatarların əsaslı təmirinin və modernləşdirilməsinin yerli şəraitdə təşkili ilə bağlı ciddi addımlar atıb. 2014-cü ildə başlanan işlərin birinci mərhələsində 10 vaqon yerli şəraitdə qum şırnağı ilə korroziyadan təmizlənərək rənglənib.
Əmək Nazirliyinin “İş yerinə dair arayış” e-xidmətinə müraciətlər ötən il 10,3 faiz artıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti ölkəmizin elektron arayış sistemində mühüm yer tutur.
Azərbaycan tarixən müxtəlif xalqların birgə yaşadığı məkan olub
“Tarixi və mədəni irsin qorunub saxlanması hər zaman böyük əhəmiyyət kəsb edib. Lakin son onilliklərdə münaqişə zonalarında mədəni irsin dağıdılması ilə əlaqədar bu məsələ daha böyük aktuallıq qazanıb.
“Ən-Nüsra” 6 milyonluq Dəməşq əhalisini susuz qoymuşdu- SURİYADA
“Dəməşqin qubernatoru Əlyaə İbrahim bildirib ki, işçi qüvvələri terrorçuların Vadi Bərədədə mövcud olan su təchizatı mənbəsinə vurduqları ziyanın aradan qaldırılması istiqamətində iş aparırlar”. Bu barədə Suriyanın “sana.sy” agentliyi yazır.
Trampın miqrasiya siyasətinə qarşı etiraz aksiyası
Vaşinqtonda ABŞ prezidenti Donald Trampın miqrasiya siyasətinə qarşı nümayiş keçirilib. Ağ Evin qarşısında toplaşan minlərlə insan sığınacaq axtaranlarla həmrəylik nümayiş etdiriblər. Aksiya iştirakçıları Trampın miqrasiya ilə bağlı son fərmanlarının qəbuledilməz olduğunu bildiriblər.














