Qəzalar zamanı yol təsərrüfatına 780,0 min manat məbləğində maddi ziyan dəyib
2016-cı il ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 653 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 911,1 p.m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12p.m səsboğucu qurğu, 133 metr dəmir-beton sədlər, 60 p.m körpü məhəccəri, 43 p.m istinad divarı və 37ədəd yol nişanı yararsız hala düşüb.
30 Yanvar 2017 11:51 Sosial2016-cı il ərzində respublikanın avtomobil yollarında və Bakı şəhər yollarında 653 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 911,1 p.m əyrixətli tirlər, 12 ədəd işıq dirəyi, 12p.m səsboğucu qurğu, 133 metr dəmir-beton sədlər, 60 p.m körpü məhəccəri, 43 p.m istinad divarı və 37ədəd yol nişanı yararsız hala düşüb. Bu barədə məlumat "OLAYLAR"-a "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, ümümilikdə yol təsərrüfatına 780,0 min manat məbləğində maddi ziyan dəyib, bundan 416,8 min manat (53,4 %) ödənilib. Dəyən ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə, 443 yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq sığorta şirkətlərinə müraciət olunub, 61 yol nəqliyyat hadisəsi ilə bağlı avtonəqliyyat vasitələrinin sığortası olmadığına görə məhkəmələrə müraciət edilib, 143 yol nəqliyyat hadisəsi törətmiş səbəbkar məlum olmadığı üçün, onların araşdırılaraq tapılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət ünvanlanıb.