Məsciddə namaza yığışanlar vuruldular: 6 ölü və əylənən donuz - FOTO
Kanadanın Kvebek şəhərində əli silahlı 3 şəxs məscidə daxil olaraq insanlara atəş açıb. Nəticədə 6 nəfər ölüb, 8 nəfər yaralanıb.
30 Yanvar 2017 12:02 DünyaKanadanın Kvebek şəhərində əli silahlı 3 şəxs məscidə daxil olaraq insanlara atəş açıb. Nəticədə 6 nəfər ölüb, 8 nəfər yaralanıb. Hadisə gecə namazı zamanı törədilib. Həmin vaxt məsciddə 40-100 nəfər insan olub.
Kanadanın baş naziri Castin Tryudo Kvekebkdə İslam mədəniyyəti mərkəzinə hücumla bağlı Twitter səhifəsində yazıb: "Bu gün Kvebekdə məscidə edilən qorxaqcasına hücumun qurbanlarına yas saxlayırlar. Mənim fikrim hücum nəticəsində ölənlərin yaxınlarının yanındadır".
Hökumət başçısı məscidə hücumu terror aktı adlandırıb.
Məlumata görə, hadisə ilə bağlı iki nəfər həbs edilib. Polis rəsmiləri hücumda iştirak edən üçüncü silahlının qaçıb gizləndiyini istisna etmirlər.
Hücumun səbəbi məlum deyil, araşdımalar aparılır. Bu barədə Virtualaz.org xarici KİV-ə istinadən xəbər verir.
***
Kanadanın Kvebek əyalətindəki Kvebek-Siti şəhərinldə yerləşən məsciddəki gülləbaranda 5 nəfər həlak olub. Şəhərdəki İslam Mədəniyyət Mərkəzinin (Centre Culturel Islamique de Québec) nəzdindəki məscidə hücum olanda orada 94 nəfər vardı. Müsəlmanlar axşam namazına yığışmışdılar.

Mərkəzin rəhbəri Məhəmməd Yənginin dediyinə görə, namaz zamanı məscidə soxulan 3 nəfər atəş açmağa başlayıblar. Daha sonra onlar ikinci mərtəbəyə qalxıblar.
Üzlərində maska olan bu şəxslər "Allahu əkbər!" qışqırırdılar.
Kanadanın baş naziri Castin Trüdo yaşanan olayı "qorxaq hücum" adlandırıb. O, Twitter-dəki akkauntunda yayıb: "Bu gün kanadalılar Kvebek-Sitidə məscidə qorxaq hücum nəticəsində həlak olanlara yas tutur. Həlak olanların və yaralananların ailələrinin yanındayam".

Kvebekin baş naziri Fillip Kuyyar olayı "vəhşi zorakılıq aktı" adlandırıb.
Le Soleil xəbər verib ki, məsciddə gülləbaran törədənlərdən biri 27 yaşlı, Kvebek ləhcəsi ilə danışan şəxs idi. O, "Kalaşnikov" avtomatı ilə silahlanmışdı.

Hücumdan sonra məscidin yanında üz qabığında əylənən donuz fotosu olan açıqca tapılıb. Bu barədə Milli.Az CNBS-yə istinadən xəbər verir.



















