Məşhur qəhvə şirkətindən müsəlmanlara dəstək
"Starbucks" müsəlmanlara dəstək olduğunu, fəaliyyət göstərdiyi ölkələrdə onları işlə təmin edəcəyini açıqlayıb.
30 Yanvar 2017 11:54 Dünya"Starbucks" müsəlmanlara dəstək olduğunu, fəaliyyət göstərdiyi ölkələrdə onları işlə təmin edəcəyini açıqlayıb. Məşhur qəhvə şirkəti "Starbucks" Donald Trampın qaçqınlar və əhalisinin çoxu müsəlmanlar olan yeddi ölkənin vətəndaşları ilə bağlı verdiyi viza qadağasından sonra mühacirlərə dəstək olub.
Şirkətin CEO-su Hovard Şultz işçilərinə göndərdiyi məktubda bildirib ki, fəaliyyət göstərdiyi 75 ölkədə 5 il ərzində 10 min qaçqını işlə təmin edəcəklər. Bu barədə Milli.Az "Hürriyet"ə istinadla xəbər verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31