Devid Harris: “Azərbaycan ABŞ üçün vacib və dost ölkədir”

"Özümüzü Azərbaycanın dostu və tərəfdaşı hesab edirik". Bunu Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris deyib.

"Özümüzü Azərbaycanın dostu və tərəfdaşı hesab edirik". Bunu Bakıda səfərdə olan Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harris deyib.

O, Azərbaycana 8 nəfərlik nümayəndə heyəti ilə gəldiyini bildirib: "Biz yeni administrasiyadan olan nümayəndələrlə gəlmişik və ümid edirik ki, bu, Azərbaycan-ABŞ  münasibətlərində yeni səhifə açacaq. Həmçinin səfərimiz İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən sonra baş tutub. Biz İsraillə Azərbaycan və ABŞ-la arasındakı münasibətləri yüksək qiymətləndiririk və  vacib hesab edirik. Azərbaycan ABŞ üçün vacib və dost ölkədir". D. Harris Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşə toxunaraq, qeyd edib ki, görüşdə ABŞ-Azərbaycan, İsrail-Azərbaycan münasibətləri, regional məsələlər,  Dağlıq Qarabağ münaqişəsi, Rusiya və İranla münasibətlər müzakirə edilib.  Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31