Keçən il 880 km yol yenidən qurulub və təmir olunub

“Azəravtoyol” ASC-nin kollektivi tərəfindən 2016-cı il ərzində uzunluğu 880 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub.

"Azəravtoyol" ASC-nin kollektivi tərəfindən 2016-cı il ərzində uzunluğu 880 km olan ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumat Səhmdar Cəmiyyətin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, 2015-ci ildə isə bu rəqəm 524,4 km təşkil edib. Məlumata görə, bunlardan 323,5 km-i respublika, 463,6 km-i yerli əhəmiyyətli yollar, 92,9 km-i isə Bakı şəhər yollarıdır. "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın və "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın və cənab Prezident tərəfindən hesabat ilində imzalanan 48 Sərəncamın icrası olaraq ümumi uzunluğu 515 km təşkil edən 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi, qəzalı vəziyyətə düşən 1 körpünün bərpası işləri başa çatdırılıb. Sözügedən avtomobil yolları təqribən 1 milyon 230 min əhalinin yaşadığı 173 yaşayış məntəqəsini birləşdirib. Sərəncamların və proqramların icrası olaraq respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 14 yeni avtomobil körpüsü, 2 ədəd piyada keçidi tikilib, 8 ədəd avtomobil körpüsü isətəmir edilib. Bakı şəhəri Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31