Gündəm
Aprel döyüşləri münaqişənin həllinə böyük təkan verdi
“Aprel döyüşləri zamanı Azərbaycan Ermənistana və bütün dünyaya bir daha göstərdi ki, əzəli torpaqlarının işğalı ilə barışmayacaq. Ölkəmiz sülh danışıqlarına sadiqdir, amma problem öz həllini yalnız beynəlxalq hüquq çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü qorunmaqla tapmalıdır. Daha dəqiq deyək: biz sülh istəyirik, lakin bizim qələbəmizlə”. Bunu hərbi-siyasi icmalçı Ramil Məmmədli deyib.
Kəskin hava şəraiti – XƏBARDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında yanvarın 31-dən fevralın 02-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə arabir intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın minimal temperaturu 1-5 dərəcə şaxta təşkil edəcək. Yolların buz bağlama ehtimalı var.
Dəm qazından zəhərlənən 2 qardaşdan biri ölüb
Bakıda dəm qazı daha bir can alıb. “Olaylar”ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, yanvarın 29-da Nərimanov rayonu ərazisində yaşayan Dadaş İsmayılov və qardaşı Ağami dərmandan zəhərlənmə ilə xəstəxanaya çatdırılıblar. D. İsmayılov orada ölüb. Araşdırma aparılır.
Avtobus vuran piyada 16 gün yaşadı
Yanvarın 13-də Xətai rayonunun G.Mehmandarov küçəsində Bakı şəhər sakini Şəbəddin Məsumov 40 saylı marşrut xətti üzrə idarə etdiyi "Daevoo" markalı avtobusla yolu keçən paytaxt sakinləri Maşallah Məmmədovu və qardaşı Namiqi vurub. Bu haqda Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, xəsarət alan N. Məmmədov yanvarın 29-da evində ölüb. Faktla bağlı araşdırma aparılır.
Sürücünün cəsədi avtomobildən çıxarılıb
Salyan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisində “VAZ” markalı minik avtomobilin qəzaya uğraması barədə məlumat daxil olub. Dərhal FHN-in Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 1990-ci il təvəllüdlü Qasımov Elvin Xalıd oğlunun cəsədini çıxarmış və aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 01:22-də başa çatıb.
Nazir təklif edir: “Əkin üçün yolkənarı sahələr dövriyyəyə cəlb edilməlidir”
“Keçən il kənd təsərrüfatı məhsulları istehsalında 2,6% artım olub”. Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatı naziri Heydər Əsədov söyləyib.
Nazir: “6 min 700-ə yaxın yeni iş yeri açılacaq”
"Bu gün sərt pul siyasətinin aparıldığı şəraitdə iqtisadi fəallığın və məşğulluğun təmin edilməsi, iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün təşviq mexanizmlərinin əhəmiyyəti daha da artır”.
Rumıniyalı alimdən fundamental tədqiqat: “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi”
Rumıniyanın Yassı Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, ədəbiyyatşünas alim Lyudmila Bejenaru 2014-cü ildə “Kamal Abdulla: Bütövlüyün fəlsəfəsi” adlı fundamental monoqrafiya yazıb. Kamal Abdulla yaradıcılığının belə çoxşaxəli tədqiqi Avropanın Yanus layihəsi çərçivəsində həyata keçirilib, monoqrafiya kitab şəklində Serbiyanın Pro Evropa Novi Sad nəşriyyatında işıq üzü görüb. Monoqrafiyadan bir hissə “Literaturnıy Azerbaydjan” jurnalının 2016-cı il, 11-ci sayında dərc edilib. Jurnalda nəşr olunan həmin hissəni ixtisarla oxucularımıza təqdim edirik.
Tacikistanda qar uçqunları nəticəsində yeddi nəfər həlak olub
Son iki sutka ərzində Tacikistanın dağlıq ərazilərində yağan aramsız qar bir sıra ciddi problemlər yaradıb. Tacikistanın Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, baş vermiş qar uçqunları nəticəsində yeddi nəfər həlak olub.
İris 2017-nin gözəli seçildi TAC SAHİBİ
“Dünya gözəli” yarışmasının budəfəki qalibi 23 yaşlı fransalı İris Mittenar oldu. Hər il keçirilən müsabiqə bu dəfə Filippinin paytaxtı Manilada baş tutub.
Bəşər Əsədi zəhərləyiblər İDDİA
Bir neçə gündür ki, Suriya Prezidenti Bəşər Əsədin iflic olması barədə yayılan xəbərlər ətrafında daha bir məlumat dünya informasiya agentlikləri sırasında yer alıb. SİA xəbər verir ki, hələ dörd gün öncə, bir sıra ciddi xəbər agentlikləri Əsədin səhhətinin pisləşidiyini bildirərək, onun Dəməşqdəki Meşfe əl Şam xəstəxanasına yerləşdirilməsini yazırdılar. Xüsusilə, prezidentə yaxın “Əl Həyat” qəzeti Əsədin yüksək təzyiqinin olduğunu, bu səbəbdən görmə qabiliyyətini demək olar ki, itirdiyini yazsa da, onun ardınca,"Əl-Cəzirə" telekanalının jurnalisti Faysal Qasım Bəşər Əsədin komaya düşdüyünü və ya klinik ölüm keçirdiyini iddia edib.
Ermənilər "konyak diplomatiyası" ilə heç nəyə nail olmayacaqlar Millət vəkili
“Ermənistanın AŞPA-dakı nümayəndə heyəti hər sessiya zamanı Azərbaycana qarşı qarayaxma kampaniyalarının davamı kimi müxtəlif vasitələrdən istifadə etməyə çalışır. Artıq avropalı deputatlara da ermənilərin yalanları, böhtanları yaxşı məlumdur”. Bunu AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.
Politoloq: "Tramp ətrafında heç kimin mövqeyini düşünmür"
“ABŞ prezidenti Donald Trampın bəzi müəlman dövlətlərinin vətəndaşlarının Amerikaya daxil olmasının qadağan edilməsi barədə fərmanı onun yalnız öz mövqeyini nəzərə aldığını göstərir. D.Tramp ətrafında heç kimin mövqeyini düşünmür və ya ətrafındakılar ona təsir edə bilməyəcək dərəcədə zəifdirlər”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Seymur Orucov: “Hər kəs bilir ki, Həbib Müntəzir kimdir və nəyə qulluq edir”
“İnformasiya Kommunikasiya Texnologiyları (İKT) inkişaf etdikcə və bizim daha çox gündəlik həyatımızın bir tərkib hissəsi olduqca dezinformasiya xarakterli məlumatlar da özünü artıq qabarıq şəkildə göstərməkdədir. Virtual aləmdə nəyəsə nəzarət etmək real aləmdən qat-qat çətindir. Biz bu reallığı qəbul etməliyik”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
Razi Nurullayev düşərgəni Əli Kərimiyə qarşı çıxmağa çağırır- Siyasi analiz
Əli Kərimlinin sədrlik etdiyi Xalq Cəbhəsi partiyasına alternativ şəkildə fəaliyyət göstərən AXCP sədri Razi Nurullayev vaxtilə sədr müavini olduğu siyasi təşkilatın “liderinə” qarşı ittihamlarını davam etdirməkdədir.














