Gündəm

Şagirdlərin aqrar elmə marağı artırılır

30 Yanvar 2017 14:07

Bakı Şəhəri üzrə ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri ilə “Gənclərin və orta məktəb şagirdlərinin aqrar elmə marağının artırılması” mövzusunda görüşlər keçirilir. “OLAYLAR”-ın xəbərinə görə, görüşlər Təhsil Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin birgə əməkdaşlığı əsasında Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən təşkil edilir.

“Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçiriləcək

30 Yanvar 2017 14:07

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 26-28 may 2017-ci il tarixlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresini təşkil edəcək.

Sevgililər dəm qazından boğuldular

30 Yanvar 2017 14:04

Yanvarın 29-da Xaçmaz rayonunun Qarabağı kəndində Bakı şəhər sakini Namiq Tağıyevə məxsus evdə özü və həmyerlisi Xalidə Mustafayeva dəm qazından zəhərlənərək ölüblər. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. KİV-də və sosial şəbəkəkədə yayılan məlumatda onların sevgili olduğu bildirilir.

Bakıda avtomobil təmir sexləri ehtiyat hissələri ilə birgə yanıb

30 Yanvar 2017 14:03

Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus sexdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 1500 m2 olan avtoservisin ərazisində bir-birinə bitişik avtomobil təmiri sexlərinin yanar konstruksiyaları və içərisində olan avtomobil ehtiyyat hissələri 60 m2 sahədə yanıb. Bitişik digər sexlər və yaxınlıqda dayanmış iki ədəd minik avtomobili yanğından mühafizə olunub. Yanğın saat 06:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaxda 5 otaqlı villa yanıb

30 Yanvar 2017 14:03

Qax rayonu, Əlibəyli kəndində vətəndaşa məxsus 5 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə ümumi sahəsi 168 m2 olan kürsülü birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı və çardağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ölkəyə qanunsuz dərman keçirilməsinin qarşısı alınıb

30 Yanvar 2017 14:02

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun piyada idxal nəzarəti zonasında Azərbaycan Respublikası vətəndaşının əl yükünə rentgen cihazıyla baxış zamanı, malların arasındakı elektrik qızdırıcısının içərisində şübhəli predmetlər müşahidə olunub.

“Azərbaycan Beynəlxalq Bankı” ASC-də dövlətin payı artırılıb

30 Yanvar 2017 13:58

"Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) nizamnamə kapitalında dövlətin payı 54,96 faizdən 76,73 faizədək artırılıb. Bu barədə Maliyyə Nazirliyindən “Olaylar”a verilən məlumata görə, bu artım Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 2016-cı ilin dekabr ayında Bankın nizamnamə kapitalının 600 milyon manat məbləğində artırılması ilə əlaqədar sonuncu səhm buraxılışının 2017-ci ilin yanvar ayının 26-da qeydiyyata alınmasının nəticəsi olub.

Kanada ABŞ-a buraxılmayan miqrantları qəbul etməyə hazırdır

30 Yanvar 2017 13:56

Kanada ABŞ prezidenti Donald Trampın ölkəyə girişin məhdudlaşdırılması haqqında fərmanı ilə əlaqədar kənarda qalan miqrantlara müvəqqəti sığınacaq verməyə hazırdır.

Gürcüstan polisi Azərbaycan vətəndaşına məxsus narkotik anbarı aşkarladı

30 Yanvar 2017 13:46

Gürcüstan Daxili İşlər Nazirliyinin mərkəzi kriminal polis departamentinin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə baş idarəsinin əməkdaşları Tbilisidə narkocinayətlə əlaqədar Azərbaycan vətəndaşını saxlayıblar.

Ekspert: “Banklar problemli kreditlərin xeyli hissəsindən əlini üzüb”

30 Yanvar 2017 13:43

“Problemli kreditlərin həcmi 1 miyard 442 milyon manata çatıb”. Bu haqda iqtisadçı Vüqar Bayramov öz şərhində bildirib.O, deyib ki, bu 16 milyard 275 milyon manatlıq kredit portfelinin 8.9 faizi deməkdir: “Qeyd edək ki, neftin dünya bazar qiyməti aşağı düşməyə başlayanda bu rəqəm 5 faiz ətrafında dəyişirdi.

Bakıda bu 2 aptekdə narkotik tərkibli dərmanlar SATILACAQ

30 Yanvar 2017 13:41

Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahısına daxil olan dərman vasitələrinin satışına xüsusi icazə almaq üçün Səhiyyə Nazirliyinə müraciət edilib və bu istiqamətdə hazırda müvafiq işlər görülür. Bunu Respublika Narkoloji Mərkəzinin direktoruTelman Məmmədhəsənov deyib.

JerusalemOnline: "Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli həll olunmamış münaqişədir"

30 Yanvar 2017 13:38

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün Yaxın Şərqdə regional təhlükəsizliyə təhdid törətməsinə baxmayaraq, ona dünya ictimaiyyəti tərəfindən çox az diqqət ayrılır.

Ermənistanda prokuror vəkilləri döydü

30 Yanvar 2017 13:31

Ermənistanın Armavir vilayətinin ümumi yurisdiksiyalı məhkəməsində vəkillər Qayan Lyudvikyan vəQeorqi Melikyana hücum edən prokuror Koryun Nersisyana qarşı intizam icraatı başlanılıb.

Maşallah Əhmədova HÖKM OXUNDU: 8 il

30 Yanvar 2017 13:27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Mirzə Xankişiyevin sədrlik etdiyi prosesdə M.Əhmədov son söz deyib. O bildirib ki, zərərçəkmiş Yusif Əzizovla birgə İrandan daş gətirib: "Aradan bir qədər sonra keçəndən sonra iş alınmadı, həmin daşları torpaqla barter etdik. Yusif buna baxmayaraq, məndən pul tələb edirdi. Mən 11 min pul, 2 maşın daş da vermişəm. Yenə bir maşın da daşı qaytarıram. Bilmirəm ki, Yusif məndən nə istəyir. Onu kimsə öyrədib. Ev istəyir, ev verdim razı olmadı, deyir ki, 128 min manat "pulumu qaytar". Axı mən ailə başçısıyam. Belə olmaz. O, məni şantaj edir. Həmçin bu işdə bir neçə adam var ki, məni şantaj edib, pul tələb edirlər. Çətinliklə pul toplayıb verirəm, Yusif ona da razı deyil".