Gündəm

Prezident İlham Əliyev: "Apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik"

30 Yanvar 2017 14:49

Azərbaycan iqtisadiyyatı inkişaf edib və əsas vəzifələr icra edilib. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Azərbaycanda güclü və fəal milli biznes sinfi formalaşıb

30 Yanvar 2017 14:48

Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə güclü və fəal milli biznes sinfinin formalaşdığını bildirib.

Bakı sakinidən silah-sursat götürülüb

30 Yanvar 2017 14:40

Bakı sakinlərindən silah və narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Əliyevdən nömrəsi silinmiş “Revolver” tipli tapança, 6 ədəd patron, 3,5 qram heroin, həmyerlisi, əvvəllər məhkum olunmuş Həsənpaşa Həsənovdan 1 ədəd bıçaq və 3,3 qram heroin götürülüb.

Aydın Əliyev: "Bəzi iş adamları vergidən yayınırlar"

30 Yanvar 2017 14:39

“Çox təəssüf ki, bəzi iş adamları idxal-ixrac əməliyyatları zamanı malların qiymətini aşağı salmaqla vergidən yayınmağa çalışır”. Bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı dövlət proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib:

Nazirlik təklif edir: Satış məntəqələrində tütün məmulatlarının görüntüsü qadağan edilməlidir”

30 Yanvar 2017 14:37

“Azərbaycanda pərakəndə ticarət obyektləri və satış məntəqələrində tütün məmulatlarının görünməsi və hər hansı təsvirinin verilməsi qadağan edilməlidir”.

Erməni əsilli nazirə 2 ay vaxt verildi

30 Yanvar 2017 14:35

Ukraynanın daxili işlər naziri Arsen Avakova qarşı siyasi təzyiqlər artıb. Bu barədə məlumatı Ukraynanın "Vesti" nəşri yazıb.

Məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın

30 Yanvar 2017 14:33

Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın.

“Ermənistan istənilən yola, vasitəyə əl ata bilər...” - ŞƏRH

30 Yanvar 2017 14:31

"Konyak diplomatiyası” ermənilərin köhnə vərdişidir və illərdir ki, davam edir. Təkcə bu deyil, daha öncə qədim peşənin sahiblərinin vasitəsilə Ermənistanın ayrı-ayrı ölkələrin diplomatlarını ələ alınması ilə bağlı da president var”.

Aydın Quliyev: “Prezidentin Sərəncamı dünyaya bir mesaj idi” 

30 Yanvar 2017 14:29

“Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı tədbirlər haqqında Sərəncamı Azərbaycanın tarixində, xüsusilə də Qarabağ münaqəşisinin ədalətlə həlli uğrunda ölkəmizin diplomatik mübarizə tarixində ən əhəmiyyətli səhifələrdən, faktlardan biri kimi qalacaq”. Bunu “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Millət vəkili: "Dini ayrı-seçkilik ABŞ-ın təməl sənədlərinə zidd ola bilər" 

30 Yanvar 2017 14:28

“ABŞ dünyəvi dövlətdir və bu dəyərlər onun Konstitusiyasında, eləcə də digər sənədlərdə öz əksini tapıb. ABŞ-da yəhudilər, buddistlər,  müsəlmanlar yaşayır. Bu baxımdan ölkədə hansısa dini ayr-seçkilik ABŞ-ın dəyərlərinin təməl sənədlərinə zidd ola bilər”. Bunu SİA-ya millət vəkili Asim Mollazadə ABŞ prezidenti Donald Trampın bəzi müəlman dövlətlərinin vətəndaşlarının Amerikaya daxil olmasının qadağan edilməsi barədə fərmanına münasibət bildirərkən deyib.

Tbilisidə GÜCLÜ YANĞIN - Paytaxt qara tüstüyə bürünüb

30 Yanvar 2017 14:18

Gürcüstanın paytaxtı Tbilisi qara tüstüyə bürünüb. Səhərə yaxın Tbilisinin mərkəzi "Dinamo" stadionunun yaxınlığındakı "Uşaq aləmi" mağazalar şəbəkəsində yanğın baş verib. Alov ikimərtəbəli ticarət mərkəzindən yaxınlıqdakı "Qızıl dünyası" mağazalar şəbəkəsinə keçib.

Türkiyədə 100-dən çox qeyri-leqal mühacir saxlanıldı

30 Yanvar 2017 14:16

Türkiyənin Çanaqqala vilayətində qeyri-leqal yolla Avropaya keçməyə çalışan 118 pakistanlı mühacir saxlanılıb

Respublikanın çaylarında və transsərhəd çaylarında mövcud vəziyyət

30 Yanvar 2017 14:14

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar”- a  verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-200, Kiçik Qafqazın çaylarında 160-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-80 faizini təşkil edir. Tranzit çaylarda hazırki vəziyyət Yanvarın 30-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub.

Yenə qış gəldi qonaq…

30 Yanvar 2017 14:12

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a məlumata görə Bakıda və Abşeron yarımadasındayanvarın 31-də hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

“Məryəm” YARATda

30 Yanvar 2017 14:09

31 yanvar saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində “Məryəm” bədii-sənədli filminin nümayişi keçiriləcək. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.