“Məryəm” YARATda
31 yanvar saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində “Məryəm” bədii-sənədli filminin nümayişi keçiriləcək. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.
30 Yanvar 2017 14:09 Mədəniyyət31 yanvar saat 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində "Məryəm" bədii-sənədli filminin nümayişi keçiriləcək. YARAT Film Klubunun çərçivəsində təşkil olunan nümayiş yaradıcı heyət ilə sual-cavab bölümü ilə davam edəcək.
Kinostudiyadan "Olaylar" - a verilən məlumata görə film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.
"Məryəm" filminin ssenari müəllifi və bədii rəhbəri Xalq yazıçısı Elçin, quruluşçu rejissorları Xəyyam Abdullayev və Elməddin Alıyev, quruluşçu operatorları Elman Əliyev və Rauf Qurbanəliyev, quruluşçu rəssamları Məryəm Ələkbərli və Əziz Məmmədov, bəstəkarı Xəyal Məmmədov, icraçı prodüseri Tərlan Babayev, prodüseri Müşfiq Hətəmovdur.
Giriş sərbəstdi.