Gündəm

Strateji Yol Xəritəsinin icrası məqsədilə mexanizm hazırlanıb

15 Fevral 2017 16:23

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair” Strateji Yol Xəritəsində qarşıya qoyulmuş hədəflər əsas götürülməklə Kənd Təsərrüfatı Nazirliyinin və tabeliyində olan qurumların strateji inkişaf planlarının hazırlanmasına başlanılıb.

ƏƏMN-də ölkəmizlə bağlı hazırlanmış əhali proqnozlarına dair yekun təqdimat tədbiri keçirilib

15 Fevral 2017 16:15

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Məlumat mübadiləsi saatı” üzrə növbəti tədbir olaraq, Çexiyanın Karlov Universitetinin professoru və beynəlxalq ekspert Tomaş Kuçeranın ölkəmizlə bağlı hazırladığı əhali proqnozlarına dair yekun təqdimatı olub.

Əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir

15 Fevral 2017 16:13

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində İKT-nin tətbiqi üzrə təcrübəni öyrənmək məqsədilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının  sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti üçün nazirliyin  avtomatlaşdırılmış sistemlərinə dair təqdimat tədbiri keçirilib.

Külli miqdarda zərgərlik məmulatının ölkəyə gətirilməsinin qarşısı alınıb

15 Fevral 2017 16:03

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gizli yolla ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Ağcabədi rayonu 2016-ci ilə yekun vurdu - Fotolar

15 Fevral 2017 16:00

Ağcabədi rayonu 2016-cı ilə yekun vurdu Ağcabədi rayonu Mədəniyyət Mərkəzində 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2017-cı ildə qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilib. 

Musa Quliyev: "Dəyişiklik məcburi-köçkünlərə diqqətin ifadəsidir"

15 Fevral 2017 15:55

“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Fərmana dəyişikliyin edilməsi Ölkə başçısının humanist siyasətinin təzahürüdür”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev deyib.

Ukraynanın sabiq prezidentləri Qlobal Bakı Forumunda iştirak edəcək

15 Fevral 2017 15:50

Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko Bakıda bir araya gələcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub.

Niderlandda Xocalı qurbanları yad ediləcək

15 Fevral 2017 15:49

Ermənilərin 1992-ci il, fevral ayının 26-da Xocalıda həyata keçirdikləri soyqırımın 25-ci ildönümü Niderland Krallığında da qeyd olunacaq. Bu barədə məlumat “OLAYLAR”-a bu ölkədə fəaliyyət göstərən diaspor təşkilatlarından daxil olub.

Türkiyə səfirliyinə hücum

15 Fevral 2017 15:47

Türkiyənin Stokholmdakı səfirliyinin binasının çöl divarına rəngli boya şüşələri atıldığı bildirilir. “Olaylar” “SadeceHaber” - ə istinadən bildiriri ki, hadisə səhər saatlarında baş verib. Polis səfirliyin binasına çoxlu sayda ağ rəngli boya şüşəsi atan maskalı şəxslərin axtarışına başlayıb.

Millət vəkili: "Sərəncam insanların islah olunmasına imkan verəcək" 

15 Fevral 2017 15:43

“Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı islahat xarakterli olmaqla yanaşı, humanist  prinsiplərə əsaslanır”. Bunu millət vəkili Fərəc Quliyev deyib.

İŞİD-dən yeni fətva: "Qırmızı geyinməyin!"

15 Fevral 2017 15:40

İŞİD terror təşkilatının rəhbərliyi növbəti qəribə fətvasını verib.  İŞİD terror təşkilatının rəhbərliyi İraqın Mosul şəhərinin qərb hissəsində qırmızı rəngli paltarların geyilməsinin qadağan edilməsi haqda əmr verib. 

Şəhərin mərkəzində yeni yol salınır

15 Fevral 2017 15:33

Paytaxt Bakıda avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə sıxlığın aradan qaldırılması istiqamətində aparılan kompleks tədbirlər çərçivəsində şəhərin mərkəz hissəsində yeni yol salınır.

Tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu başa çatıb

15 Fevral 2017 15:32

Tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi məqsədilə elektron sənəd qəbulu başa çatıb. Təhsil Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, 6-14 fevral tarixlərində keçirilən sənəd qəbulu zamanı transfer.edu.az elektron portalına 2076 nəfər müraciət edib. Onlardan 497 nəfər köçürülmək istədikləri universitetləri seçərək, sorğularını təsdiqləyib. 68 nəfər müraciətindən imtina edib.

Bacılar analarını öldürdülər - evə yad kişi gətirdiyinə görə

15 Fevral 2017 15:30

Analarını bıçaqlayaraq öldürən bacılarla bağlı son qərar verilib. Onlara birlikdə 37 il həbs cəzası verilib.

Ekspertdən təklif

15 Fevral 2017 15:20

Xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfəri təşkil olunub. Səfər Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 30-da regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara uyğun olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilir