Əmək və sosial müdafiə sahələri üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsindədir
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində İKT-nin tətbiqi üzrə təcrübəni öyrənmək məqsədilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti üçün nazirliyin avtomatlaşdırılmış sistemlərinə dair təqdimat tədbiri keçirilib.
15 Fevral 2017 16:13 SosialMoldova nümayəndə heyəti üçün Azərbaycanın əmək və sosial müdafiə sahəsində avtomatlaşdırılmış sistemlərinə dair təqdimat keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrində İKT-nin tətbiqi üzrə təcrübəni öyrənmək məqsədilə Moldova Respublikasının Milli Sosial Sığorta Kassasının sədri Laura Qrekunun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. Səfər çərçivəsində nümayəndə heyəti üçün nazirliyin avtomatlaşdırılmış sistemlərinə dair təqdimat tədbiri keçirilib.
Təqdimat zamanı nazirliyin avtomatlaşdırılmış idarəetmə və xidmət sistemləri, onların funksional strukturu, xidmətlərin elektron müstəvidə həyata keçirilməsinin texniki prosedurları və s. barədə nümayəndə heyətinə ətraflı məlumatlar verilib, onların sualları cavablandırılıb. Tədbir İKT-nin müvafiq iş sahələrində tətbiqi məsələlərinə dair müzakirələrlə davam edib.
Təqdimatdan razılıqlarını bildirən qonaqların səfər çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, Fondun Xəzər rayon şöbəsinin, habelə Müharibə və Əmək Əlilləri üçün Pansionatının, 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olmaları da nəzərdə tutulub.