Gündəm

Fransalı qadın həbs olundu

15 Fevral 2017 15:15

Yeni il gecəsi Türkiyənin İstanbul şəhərində Reina əyləncə mərkəzində terror hadisəsi ilə gündəmə gələn və həbs olunan özbəkistanlı terrorçu Əbdülkadir Maşripovun əslən fransalı olan, dini nigahlı həyat yoldaşı Tene Traorenin həbs olundu. “Olaylar”  “HaberTürk” - ə istinadən bildirir ki, fransalı qadın İŞİD terror qruplaşmasına üzv olduğuna, Terkiyə qanunlarını dəyişməkdə cəhd etdiyinə görə haqqında həbs qərarı alınıb.  

Hitlerin bənzəri həbs olundu

15 Fevral 2017 15:15

Avstraliyada özünü Hitlerə bənzədən gənc həbs olunub. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, yaşam və geyim tərzi ilə özünü bütünlükə Hitlerə bənzədən gənci hər kəs Hearld Hitler olaraq tanıyib. Hitlerin fanatı olan gənc onun doğulduğu qəsəbədə - İnn Braunauda özünə ev kiralayıb və iki həftə burada yaşayıb. Herald Hitler adı ilə qəsəbədə gəzən gənci izləyən polis onu həbs edib. Şəxsin evində axtarış aparan polis onun evindən Hitlerin diktatorluğu zamanına aid qəzet və jurnal materialları ələ keçiriblər. Gəçci tanıyanlar bildirib ki, öz vəsaiti ilə qəzet çıxartmağı planlaşdıran “Hitler”, Almaniyaya gedib partiya yaradacağını da bildiribmiş.

Modern Diplomacy: ABŞ Dağlıq Qarabağın işğalına görə Ermənistana sanksiya tətbiq etməlidir

15 Fevral 2017 14:54

ABŞ bütün dünya ölkələrinə münasibətdə beynəlxalq hüquq cəhətdən eyni addımlar atmır.

Bakıda ev yandı, 2 aylıq körpə öldü

15 Fevral 2017 14:52

Fevralın 14-də saat 13 radələrində Binəqədi qəsəbəsində yaşayan Siyavuş Cəfərovun evində yanğın baş verib. “Olaylar” Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra S.Cəfərovun 2 aylıq oğlunun yanmış meyiti tapılıb. Araşdırma aparılır.

Çantasından və daxili orqanından narkotik maddə çıxdı

15 Fevral 2017 14:50

Biləsuvar Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla güclü təsir edən maddə və narkotik vasitənin gətirilməsinə cəhdin qarşısını alıblar.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Dövlət sərhəddini pozan silahlı şəxs zərərsizləşdirilib

15 Fevral 2017 14:49

Fevralın 14-də Samux rayonunun Salahlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən bir nəfər silahlı şəxs aşkar edilib. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd pozucusu sərhəd naryadının qanuni tələblərinə tabe olmayıb, silahlı müqavimət göstərərək qaçmağa cəhd edib.

Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində 300 mindən artıq iş yeri yaradılıb

15 Fevral 2017 14:48

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün “Özəlləşdirmə sahəsinə investisiyalar: yeni imkanlar və çağırışlar” mövzusunda İşgüzar Forum keçirilib. Komitədən verilən məlumata görə, Forumun əsas məqsədi ölkədə fəaliyyət göstərən sahibkarıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişi, bu sahədəki yeni yanaşmalar, innovasiyalann tətbiqi, özəlləşdirməyə yeni açılmış müəssisə və sahələr, şəffaflığın artırılması ilə bağlı görülən təbliğat və maarifləndirmə tədbirləri barədə məlumatlandırmaq olub.

Milli Məclis Xocalı soyqırımı ilə bağlı iclas keçirəcək

15 Fevral 2017 14:46

Milli Məclisin növbəti plenar iclası fevralın 24-də keçiriləcək. BU barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Akif Təvəkküloğlu plenar iclasın gündəliyində yalnız Xocalı soyqırımının 25 illiyi ilə bağlı qərar layihələrinin daxil olunduğunu bildirib. “Həmin iclas zamanı Xocalı soyqırımı ilə bağlı müəyyən qərarların qəbul olunacağı gözlənilir”.

Peskov: "Trampın komandasının Rusiya kəşfiyyatı ilə əlaqələrinin olmasına dair xəbərlərə inanmayın"

15 Fevral 2017 14:45

"ABŞ prezidenti Donald Trampın komandasının Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması barədə məlumatlar heç bir fakta əsaslanmır".

Deputat: “Bəzi məmurlar cənab Prezidentin bu fərmanından ibrət dərsi götürməlidir”

15 Fevral 2017 14:44

“Cənab Prezidentin imzaladığı bu fərman məcburi köçkünlərə böyük kömək olacaq. Bununla da onların üzləşdiyi problem həllini tapacaq. Məcburi köçkünlərdən eləsi var ki, artıq evlə də təmin olunublar. Yataqxanalarda qalan məcburi köçkünlər üçün isə cənab Prezident tərəfindən humanist addım atıldı”.

Luis Enrike: "Cavab oyununda 5 qol vurmalıyıq"

15 Fevral 2017 14:42

"Barcelona" Çempionlar Liqasının 1/8 final mərhələsində keçirdiyi ilk oyunda PSG tərəfindən darmadağın olunub - 0:4. Goal.az xəbər verir ki, matçdan sonra katalonların baş məşqçisi Luis Enrike bu nəticəyə görə özünü günahkar görüb.

Ərdoğan: "Regionda sabitlik üçün Fars körfəzi ölkələrinin..."

15 Fevral 2017 14:41

Türkiyənin regionda sabitliyin bərpa olunmasında Fars körfəzi ölkələrinin və ilk növbədə Səudiyyə Ərəbistanının dəstəyinə ehtiyacı var. Bunu "Əl-Ərəbiyə" telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Milli futbolçunun qardaşı stadionda can verdi

15 Fevral 2017 14:39

Henri Obiekvu futbol matçı zamanı infarkt keçirib. Futbolçunun dərhal xəstəxanaya çatdırılmasına rəğmən, həyatını xilas etmək mümkün olmayıb.

Uşaq Strategiyası hökumətə təqdim edilib

15 Fevral 2017 14:37

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və 2016-2030-cu illər üçün Dayanıqlı İnkişaf Məqsədlərini əsas götürərək, ailə institutunun möhkəmləndirilməsi, gender bərabərliyinin təmin edilməsi, uşaqların hüquqlarının müdafiəsi üçün müvafiq sənədlər hazırlanır.  Bu barədə Komitədən verilən məlumata görə, artıq “Azərbaycan ailəsi” Strategiyası yekunlaşmaq üzrədir. Uşaq Strategiyası rəy  üçün Hazirlər Kabinetinə  təqdim olunmuşdur. Uşaq Məcəlləsi ilə bağlı ilkin hazırlıq prosesi aparılır.

“Molla Nəsrəddin lətifələri” kitabı ingilis dilində çap olunub

15 Fevral 2017 14:36

Türk xalqlarının ortaq ədəbi irsi olan Molla Nəsrəddin lətifələri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə olaraq ingilis dilində toplu halında oxucuların ixtiyarına verilib.