Gündəm
Ümumdünya Turizm Forumunun Qlobal İclası keçiriləcək
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 16-18 fevral tarixində Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək Ümumdünya Turizm Forumunun Qlobal İclasında iştirak edəcək.
Polis xüsusi əməliyyat keçirib
Paytaxt Bakıda Qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, son günlər əldə olunan əməliyyat məlumatları, eləcə də müxtəlif sosial şəbəkə və internet resurslarında Bakı Dəmir Yolu Vağzalının ərazisində qanunsuz valyuta mübadiləsi ilə məşğul olan şəxslər barədə yayımlanan videomateriallar üzrə DİN rəhbərliyinin müvafiq göstərişi əsasında, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Bəzi yerlərdə qar yağacağı gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” –a verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında fevralın 16-da hava şəraitinin gün ərzində arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.
Aydın Mirzəzadə: "Dövlət bu məsələdə də həssas təbəqədən olan vətəndaşları tək qoymadı"
“Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına dəyişikliklər edilməsi qaçqın və məcburi köçkünlərin sosial problemlərinin daim diqqət mərkəzində saxlandığını göstərir. Eyni zamanda dövlət sənədlərinin həyata keçirilməsində hər hansı bir gözlənilməz məsələ ortaya çıxarsa, həmin məsələnin operativ həll etmək istəyi və dövlətçilik ənənəsi ortaya qoyulur”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Raqub Məmmədov: "Prezident İlham Əliyevin fərmanını məcburi köçkünlər rəğbətlə qarşılayıblar"
Bəzi məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərman məcburi köçkünlər tərəfindən rəğbətlə qarşılanıb.
Ekspert: "Prezidentin fərmanı öz yurd-yuvasından didərgin düşmüş insanlara növbəti dövlət qayğısıdır"
"Azərbaycan prezidenti İlham Əliyevin bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı öz yurd-yuvasından didərgin düşmüş insanlara növbəti dövlət qayğısıdır".
Məlahət İbrahimqızı: "Sərəncam humanizmə əsaslanıb"
“Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı haqq-ədalətə, humanizmə, sosial prinsiplərə əsaslanıb”. Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
Avstraliya parlamentində senator Xocalı faciəsi ilə bağlı çıxış edib
Avstraliya İttifaqı Parlamentinin Senatında Qərbi Avstraliya ştatından seçilmiş Avstraliya Liberal Partiyasının üzvü Senator Kris Bak Xocalı faciəsi ilə bağlı çıxış edib.
Deputat: "Prezidentin fərmanı məcburi köçkünlərin problemlərinin həllinə ciddi təsir göstərəcək"
"Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı fərman məcburi köçkünlərin problemlərinin həllinə ciddi təsir göstərəcək".
ABŞ Rusiyaya sanksiyalardan imtina etmədi
ABŞ-ın Rusiyaya sanksiyalarla bağlı strategiyası dəyişilməzdir. Bunu jurnalistlərə açıqlamasında Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser söyləyib.
Qaynanası kürəkənini başqa qadınla yataqda tutdu, "burnundan gətirdi" - FOTO
Çində arvadına xəyanət edən ər tutulub. Qaynanası kürəkənini başqa qadınla yatarkən tutub, o, qohumlarını da başına yığıb, onu döyüblər. Maraqlı görüntülər sosial şəbəkələrdə qısa zamanda izlənmə rekordu qırıb.
Yunan Kiprindən daha bir təxribat
Uzun illərdir ki, dalana dirənən Kipr probleminin həllinə tərəflər yaxın olduğu müddətdə yunan Kiprinin Ermənistanın siyasətinə bənzər olaraq qeyri-konstruktiv mövqe sərgiləməsi adada sülh göyərçinin uçmasını əngəlləyir. Zaman-zaman yunan Kiprindən təkrar müşahidə edilən bu mövqe yenidən təkrarlanır. Məlumat üçün qeyd edək ki, keçən ilin noyabr aylarından etibarən Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar prosesi sürətlənmiş və tərəflər bir sıra məsələlərdə ümumi razılıq əldə etmişdilər. Hətta tezliklə tərəflər arasında yazılı bir müqavilənin imzalanacağı da gözlənilirdi. Lakin yuxarıda qeyd etdiyimiz kimi yunan Kiprinin razılaşmaya maraqlı görünməməsi problemin həllini yubadır.
Rusiya XİN: Biz öz ərazimizi qaytarmırıq
Rusiya Xarici İşlər Nazirliyi Ağ Evin Krımla bağlı bəyanatına münasibət bildirib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ənənəvi brifinqdə bildirib ki, Moskva öz ərazilərini qaytarmır: “Biz öz ərazimizi qaytarmırıq. Krım Rusiya Federasiyasının ərazisidir”.
Akif Çovdarov: "Çox əziyyət çəkirəm"
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Zaxarova: “Azərbaycanda həbsdə olan Ueldanovun saxlanma şəraiti Avropa standartlarına uyğundur”
Rusiya Xarici İşlər NazirliyiAzərbaycanda həbsdə olan digər Rusiya vətəndaşı Marat Ueldanov ətrafında yaranan vəziyyətə münasibət bildirib.













