Gündəm
Azərbaycan XİN başçısı Münhendə həmsədrlərlə görüşəcək
Münhen Təhlükəsizlik konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü nəzərdə tutulub. Bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Yollar buz bağlayacaq – XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti “Olaylar2 –a bildirir ki, Bakıda və Abşeron yarımadasında fevralın 16-sı gündüzdən 17-si axşamadək hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Rusiya XİN Lapşinin Azərbaycana ekstradisiyasına yenidən münasibət bildirib
Rusiya Xarici İşlər Nazirliyi bloger Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə yenidən münasibət bildirib.
Struktur islahatları davamlı olacaq
Dünya Bankı hələ ötən il 190 ölkənin biznes mühitini qiymətləndirən “Doing Business 2017” hesabatında Azərbaycanı ən çox islahatlar aparan üç ölkədən biri olduğunu qeyd edib. Hesabatda Azərbaycan 65-ci pillədə qərarlaşıb. Sənədə əsasən, Azərbaycan dünyada üç və daha çox islahat aparan 29 ölkədən biridir.
Azərbaycanın ilk milli zirehli maşını nələrə qadirdir?
Azərbaycan mühəndisləri erməni yuxusunu ərşə çəkəcək daha bir zirehli maşın ixtira ediblər. Artıq Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan “Tufan” minaya davamlı milli zirehli maşınının təqdimatı keçirilib. Nazirlikdən verilən məlumata görə, ilk dəfə “ADEX-2016“ ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisində maket və 3D animasiya formatında nümayiş etdirilən “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin konsepsiyası nazirliyin mütəxəssisləri tərəfindən altı ay ərzində reallaşdırılmışdır. Avtomobilin seriya öncəki prototipi gövdə forması və bəzi detallara görə konseptdən bir qədər fərqlidir.
Yeni Ağ Ev administrasiyası Türkiyəyə xüsusi önəm verir
Birləşmiş Ştatların sayca 45-ci prezidentinin həm ölkəsi, həm də dünya üçün bir sıra sürprizlər bəsş edəcəyi barədə deyilənlər demək olar ki, tədricən özünü doğruldur. Ağ Evdə qərar tutduğu ilk gündən atdığı addımlar, verdiyi qərarlar da bunu təsdiqləyir. Bu günlərdə Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri general Maykl Flippin Rusiya ilə əlaqələrdə şübhəli bilinərək vəzifədən kənarlaşdırılması deyilənlərin təsdiqidir.
Azərbaycana gətirilən "ikinci əl" paltarlara nəzarət edilirmi?
"Avropadan Azərbaycana "ikinci əl" paltarlar əsasən Niderlanddan gətirilir". Bunu bu gün keçirdikləri mətbuat konfransında Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) Sanitariya-gigiyena şöbəsinin müdiri Novruzi Saleh bildirib.
Prezident Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə mənzil bağışladı
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir.
Köhnə sürücülük vəsiqəsi olanlar "mexanika" sürə biləcəklərmi?
Yol polisi sürücülərin vaxtı bitmiş sürücülük vəsiqələrini dəyişdirərkən həm mexaniki, həm də avtomatik sürətlər qutusu olan avtomobilləri idarə etmək hüququnun olub-olmayacağına aydınlıq gətirib.
"İntim görüntülərini şəhərin girişindən asacağıq"- iş adamına şantaj
Türkiyədə "bal dodaq" ləqəbli qadınlar iş adamına tələ qurublar.
Suriya beynəlxalq güclərin toqquşduğu poliqona çevrilib
Suriyda Türkiyənin "Fərat qalxanı" hərbi əməliyyatları 174- cü gündür ki, davam etməkdədir. Bu zaman ərzində İŞİD-in 2000-dən çox hədəfləri və bir, o qədər də canlı qüvvəsi məhv edilib. Bu əməliyyat nəticəsində, Türkiyənin cənub sərhədlərində müəyyən qədər terrror təhlükəsi aradan götürülüb, müəyyən mıənada sabitliyə yol açılıb. Xüsusilə, Suriyada Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə antiterror fəaliyyəti, koalisiya qüvvələrinin aylardı apardığı əməliyyatları kölgədə qoymuş oldu. Artıq, Türkiyənin 30 kilometrində olan strateji cəhətdən əhəmiyyətli və İŞİD nəzarətində olan Əl-Bab şəhərinin terrorçulardan təmizlənməsi yekunlaşmaqdadır.
“Olland artıq pensioner olduğundan ağzına gələni danışır”
Ermənistanın cəbhə xəttində uğursuzluqları diplomatik sahədə də təkrarlanmaqdadır. Hələ ötən ilin aprel ayında aldığı ağır zərbələrdən özünə gəlməyən Ermənistan indi də diplomak sahədə məğlubiyyətilə barışmaq zorunda qalıb.
Dağlıq Qarabağda hərbi vəziyyət elan edilə bilər
Milli Məclis “Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci oxunuşda qəbul edib. Qanun Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Dövlət başçısından məcburi köçkünlərə daha bir dəstək
Azərbaycan dövləti və onun prezidenti İlham Əliyevin həyata keçidiyi social siyasət bir sıra ölkələrə nümunə kimi təqdim edilə bilər. Xüsusilə, dünya ölkələrində qaçqın və məcburi köçkünlərin sayının artması, miqrant məsələsinin aktuallaşmsı bir daha göstərdi ki, belə bir çətin şəraitdə bu kateqoriyadan olan insanların sosial problemlərini həll etmək elə də asan məsələ deyil. Çünki dövlətlərin kifayət qədər maliyyə ehtiyatı olsa belə, idarəetmədəki çüzi səhv bu həssas təbəqədən olan insanlarla bağlı yürüdülən siyasəti alt-üst edə bilər.
Səməd Vurğundan xatirələr
Mehdixan Vəkilovun adı Vurğunsevərlərə, eləcə də ədəbiyyat xiridarlarına yaxşı tanışdı. O, Səməd Vurğunun böyük qardaşı, həm də yeganə könül dostu, qəlb sirdaşı olub. Şairin uşaqlıq və gənclik illəri gözləri önündə keçib. Mehdixan Vəkilov Səməd Vurğunun 50 illik ömür yolunda keçib gəldiyi hər bir cığırda əlindən tutub, həssas bələdçisi olub.














