Gündəm

Zaxarova: "Azərbaycanlı həmkarlarımızla Dağlıq Qarabağ mövzusunu müzakirə edəcəyik"

15 Fevral 2017 12:55

"Yaxın vaxtlarda Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüşün keçiriləcəyi barədə məlumat yoxdur".

Şadlıq evləri boş qalıb - Toy biznesi çöküb

15 Fevral 2017 12:53

Azərbaycanda toy məclislərinin sayı kəskin azalıb. Rəsmi məlumata əsasən, 2016-cı ilin 11 ayı ərzində ölkə üzrə 60,8 min nikah qeydə alınıbsa, 2015-ci ilin müvafiq dövründə bu rəqəm 63,1 min olub.

Deputat: "Ağır cinayət törətməyən şəxslərin cəmiyyətə qaytarılması..."

15 Fevral 2017 12:49

Bəzən hansısa gənc xırda xuliqanlığa görə cəzaçəkmə müəssisələrinə salınır. Prezident İlham Əliyevin "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" sərəncamı ağır cinayət törətməyən insanların yenidən cəmiyyətə, normal fəaliyyətə qaytarılması baxımından çox təqdirəlayiqdir.

Nizami Cəfərov: "Prezidentimiz qaçqın və məcburi köçkünlər məsələsinə çox həssas yanaşır"

15 Fevral 2017 12:48

"Bizim dövlətimiz, xüsusilə də prezidentimiz qaçqın və məcburi köçkünlər məsələsinə çox həssas yanaşır. Prezident İlham Əliyevin bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərman imzalaması onların həyat şəraitinin yaxşılaşdırılması üçün atılmış növbəti addımdır".

“Multikultural dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilib

15 Fevral 2017 12:45

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Qazax rayonu Ağköynək kənd orta məktəbində Qazax rayon Çaylı kənd “Səxavət” məscidi dini icmasının “Məzhəblərarası dialoqda multikulturalizm dəyərlərindən istifadə edilməsi” layihəsi çərçivəsində “Multikultural dəyərlər və müasirlik” mövzusunda tədbir keçirilib.

Monteneqro Prezidenti Azərbaycana gəlir

15 Fevral 2017 12:44

Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç və xanımı Svetlana Vuyanoviç V Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri müzakirə edilib

15 Fevral 2017 12:42

Tərtər rayon “Cümə” məscidi dini icması Heydər Əliyev Mərkəzində "Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri" adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.

Cəbhə xəttində monitorinq keçiriləcək

15 Fevral 2017 12:41

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 16-da Tovuz rayonunun Koxanəbi kəndinin yaxınlığından keçən Azərbaycan Respublikası və Ermənistan dövlət sərhədində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Prezidentin imzaladığı fərman dövlət başçısının məcburi köçkünlərin problemlərinin həllinə diqqət və qayğısının təzahürüdür

15 Fevral 2017 12:39

«Azərbaycanda həyata keçirilən sosial siyasət Ermənistanın işğalı nəticəsində doğma ev-eşiklərindən didərgin düşən qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həllinə münasibətdə özünü açıq ifadə edir». “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səsləndirib. O, bildirib ki, Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini dövlətin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib: “Dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayıb və onların həlli ilə bağlı zəruri tədbirlər görüb.

Ermənistan 32 dəfə atəşkəsi pozub

15 Fevral 2017 12:37

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 32 dəfə pozub.

Azərbaycanda 15 mindən çox qida və qeyri-ərzaq məhsulu dövlət qeydiyyatına alınıb

15 Fevral 2017 12:36

2016-cı il ərzində Nazirlər Kabinetinin tərəfindən təsdiq edilmiş “Sanitariya nəzarətində olan məhsulların siyahısı”na uyğun olaraq hüquqi və fiziki şəxslərin müraciətləri əsasında ərzaq və qeyri-ərzaq məhsullarından götürülmüş nümunələr laborator müayinələrə cəlb edildikdən sonra dövlət gigiyena qeydiyyatına alınıb.

Nalbandyan-Lavrov görüşündə Qarabağ nizamlanması müzakirə olunacaq

15 Fevral 2017 12:31

Ermənistan xarici işlər naziri Edvard Nalbandyan fevralın 21-22-də Rusiyaya səfər edəcək. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

Vidadi Zeynalov təkrar ekspertiza keçirilməsini istəyib

15 Fevral 2017 12:30

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

General Şamanov: "Məni Gəncədə ölümdən arvadım xilas etdi"

15 Fevral 2017 12:26

Rusiyanın Hava-Desant Qüvvələrinin keçmiş komandanı, general-polkovnik, hazırda Dövlət Dumasının müdafiə məsələləri komitəsinin sədri olan Vladimir Şamanov vaxtilə Gəncə desant polkunun komandiri olarkən başına gələn hadisəni danışıb.

"Bu, Ermənistana heç bir xeyir gətirməyəcək"

15 Fevral 2017 12:25

Ötən gün Avstraliya parlamentində erməni qoşunlarının dinc Azərbaycan əhalisinə qarşı törətdiyi Xocalı soyqırımı məsələsi müzakirə olunub.