Gündəm

Özbəkistan məhkəməsi ermənilərin tarixçi Şuxrat Salamov haqqında qaldırdığı iddiaları əsassız sayıb

15 Fevral 2017 12:14

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, daşnakların Türküstanda törətdiyi qətliamlar barədə kitablar yazan özbək tarixçisi Şuxrat Salamov (Barlas) haqqında ermənilərin irəli sürdüyü ittihamlara Daşkənd şəhərinin Çilanzar rayon məhkəməsində baxılıb və onun haqqında qaldırılan iddialar əsassız sayılıb.

Meksikada radioaktiv materiallarla dolu konteyner oğurlanıb

15 Fevral 2017 12:12

Meksikanın paytaxtı Mexiko şəhərində və ətraf əyalətlərdə radioaktiv materiallarla dolu konteynerin oğurlanması səbəbindən yüksək dərəcəli həyəcan siqnalı elan edilib.  Bu barədə Meksikanın mülki müdafiə məsələləri üzrə milli əlaqələndiricisi Luis Felipe Puente bildirib.  

Palçıq vulkanlarından niyə faydalanmırıq?

15 Fevral 2017 12:10

“Palçıq vulkanının tullantılarındakı müxtəlif süxurlar lazımlı mikroelementlərlə - bor, manqan, vanadium, mis, litium və sairə, vulkan suları isə yod, bor, bromla zəngindir. Vulkan palçığı müalicəvi preparatdır və təbabətdə geniş istifadə olunur. Azərbaycandakı bəzi vulkanların palçığı öz tərkibinə görə Naftalan nefti ilə uyğun gəlir. Azərbaycandakı vulkanların palçığı yerin təkindən yer səthinə çıxdığı üçün ekoloji cəhətdən çox təmizdir və heç bir antropogen təsirə məruz qalmır”.

Ötən il Azərbaycana gələn 24 nəfərdə hərarət və yoluxucu xəstəliyə şübhəli hal aşkar edilib

15 Fevral 2017 12:07

Ötən il ərzində 19 telefonoqram vasitəsilə Respublika Sanitariya-Karantin Müfəttişliyinə (RSKM) 24 nəfər hərarətli şəxs barədə məlumat verilib.

Deputat: “Prezidentin Sərəncamı ilə humanitar yanaşma ortaya qoyulub”

15 Fevral 2017 12:02

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamı və sənəddən irəli gələn məsələlərlə bağlı hümanitar yanaşma ortaya qoyulub”. Bunu  millət vəkili Rövşən Rzayev deyib.

Diktatorun qardaşını öldürən qadının FOTOSU

15 Fevral 2017 11:54

Malayziya paytaxtı Kuala-Lumpurun beynəlxalq aeroportunun təhlükəsizlik kameraları tərəfindən qeydə alınan bir qadının görüntüləri yayılıb.

İnternat məktəblərinin yaradıcı uşaqları arasında festival keçirilib

15 Fevral 2017 11:46

Xəzər rayonu 4 nömrəli Respublika Xüsusi internat məktəbində Xəzər rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər rayon Gənclər və İdman İdarəsi, Xəzər rayon Gənclər Evi ilə birlikdə internat məktəblərinin yaradıcı uşaq və yeniyetmələri arasında «İstedadlar sorağında – 2017» adlı festival keçirilib. Baş İdarədən “OLAYLAR”-a bildirilib ki, festival 5 nominasiya üzrə (rəsm , rəqs, əl işləri, mahnı, bədii qiraət) keçirilib. Hər bir nominasiyada qalib gələn və fərqlənmiş iştirakçılara diplom və hədiyyələr təqdim olunub.

Amerikalı ekspertlər tələbələrlə görüşüb

15 Fevral 2017 11:44

Azərbaycanda səfərdə olan Amerika Birləşmiş Ştatlarının (ABŞ) Silikon Vadisinin iki eksperti Texniki Universitetin (AzTU) professor-müəllim və tələbə heyəti ilə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, Şimali Kaliforniya ştatında yerləşən, müasir texnologiyalar ünvanı olan Silikon Vadisinin "Minilliyi Layihəsi”nin həmtəsisçisi, “Santa Clara Valley of ASM İnternational Society”nin sədri Brok Hinzman və Futuristik reallıq və Gələcək Biznes Şəbəkəsinin nümayəndəsi Eylin Makcinisi əvvəlcə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qəbul edərək bu görüşdən məmnun olduğunu bildirib.

İkinci türk şeir gecəsi keçirilib

15 Fevral 2017 11:43

Nizami Kino Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində “Xəzərdə eşqin səsi” adlı ikinci türk şeir gecəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, nazirlik və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə baş tutan gecədə Milli Məclisin deputatları, mədəniyyət və ədəbiyyat xadimləri, elm adamları iştirak ediblər.

“ASAN könüllüləri” Binəqədi İcra Hakimiyyətində təcrübə keçəcəklər 

15 Fevral 2017 11:42

Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçməyə başlayan “ASAN Könüllüləri Gənclər Təşkilatı”nın Master-2 layihəsi çərçivəsində 7-ci qrupunun üzvləri ilə görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, görüşdən öncə könüllü gənclər YAP Binəqədi rayon təşkilatının inzibati binası, Heydər Əliyev adına istirahət parkı, Binəqədi RİH başçısı Aparatının inzibati binası ilə tanış olublar və onlara ətraflı məlumat verilib.

"MTN işi"ndəki şahid general Nağıyevin qohumu imiş

15 Fevral 2017 11:38

Hazırda Bakı Hərbi Məhkəməsində prosesi davam edən MTN generalı Akif Çovdarov və əməkdaşlarının cinayət işlərinin araşdırılması zamanı yeni məlumatlar aşkarlanıb.

Prezidentin sərəncamı penitensiar sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaq

15 Fevral 2017 11:35

Azərbaycan Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli sərəncamı Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir.

Türkiyədə FETÖ-çülərə qarşı əməliyyat: 27 polis saxlanılıb

15 Fevral 2017 11:32

Türkiyənin Adana, Ankara, Mersin, Osmaniye, Kahramanmaraş, Malatya, Elazığ və Kayseri vilayətlərində dövlət çevrilişində cəhddə təqsirləndirilən Fəthullah Gülən hərəkatının üzvlərinə qarşı əməliyyat aparılıb.

Azərbaycana gətirilən cənazələr arasında yoluxucu xəstəliklərdən ölən olub?

15 Fevral 2017 11:30

Respublikaya gətirilən 179 cənazə barədə dövlət sərhəd-keçid məntəqələrindən 86 faks daxil olub və cənazələr arasında yoluxucu xəstəliklərlə xəstələnərək vəfat etmiş şəxs olmayıb.  Bunu bu gün keçirdikləri mətbuat konfransında Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov deyib.

Məhkum ərindən qorxan 21 yaşlı gəlin özünü asdı

15 Fevral 2017 11:24

Türkiyədə 21 yaşlı Rojda Önder intihar edib. O, öz otağında asılı halda tapılıb. Onun intihar etdiyini görən ailəsi şok keçirib.