Gündəm
“Xocalı” adlı rəsm sərgisi açılacaq
Fransalı senator: "Azərbaycanın işğal olunmuş ərazilərində "referendum"u heç kim legitim hesab edə bilməz"
Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı seçkinin və ya referendumun keçirilməsini heç kim legitim hesab edə bilməz. Bu sözləri Fransa Senatının xarici işlər komitəsinin sədr müavini Natali Qule deyib.
Milli Kitabxanada təqdimat
Burçak Mardan Tarix Muzeyində
Nazir müavini: Prezidentin sərəncamı bir sıra cəzaları alternativ cəzalarla əvəzləyəcək
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Prezidentinin Sərəncamı ilə bağlı artıq qanunvericiliyin humanistləşdirilməsinin icrasına başlanılıb. Bununla əlaqədar Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Ali Məhkəmədə işçi qrupları yaradılıb. Bu işçi qrupları birgə işlər aparır, qanunvericilik ciddi təhlil olunur.
Ramil Usubovdan sərt addım - Nazir "əcəb edirəm, lap gözünü də tökürəm" deyən polis zabitini işdən qovdu
Daxili işlər naziri Ramil Usubov haqqında şikayət edilən Bakı Şəhər Dövlət Yol Polisinin əməkdaşını işdən qovub.
Valideynlərin diqqətinə: Azərbaycanda uşaq "Kinder"dən zəhərləndi
Azərbaycanda uşaq "Kinder Joy" adlı şokoladlı yumurtadan zəhərlənib. Bu barədə "Azad İstehlakçılar" İctimai Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkədə yazıb: "Heç bir dövlət orqanı bu təhlükəli malı yığışdırmağa maraq göstərmir. Bu malı idxal edən "Hengen" şirkətinə də məlumat verdim, heç bir əməli iş görmür".
Rus casus gəmisi ABŞ sərhədində
ABŞ-ın şərq sahillərində Rusiyaya məxsus casus gəmisi görünüb. Məsələ ilə bağlı danışan ABŞ rəsmiləri sözügedən gəminin ilk dəfə 2015-ci ildə həmin ərazidə müşahidə edildiyini deyiblər.
Qəbiristanlıqlara iynələr batırılmış şəkillər atırlar
Bakıda Binəqədi qəbiristanlığında qəribə əşyalar tapılıb.
“Bəzi bələdiyyə sədrləri özlərini idarə müdiri kimi hiss edir”
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik hesabatı parlamentə təqdim edib. Hesabatda bildirilir ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan 27 müraciətlə əlaqədar inzibati araşdırma aparılıb. 9 fakt üzrə xırda nöqsan xarakterli yerli pozuntular aşkarlanıb.
Rəmzi Fayez: “Formula 1 yarışları Azərbaycanın turizm sənayesinə təkan verən amillərdəndir”
“Formula 1 Qran Prisi irimiqyaslı idman yarışlarından biridir. Bu yarışın böyük üstünlükləri var. Həmin üstünlüklərdən biznes sahəsi də yararlanmalıdır”. Bunu Beynəlxalq Bəhreyn Avtodromunun Əməliyyatlar direktoru Rəmzi Fayez deyib.
XİN "Amnesty İnternational”-ın Aleksandr Lapşinlə bağlı bəyanatına münasibət bildirib
"Amnesty İnternational”-ın Aleksandr Lapşinin işi ilə əlaqədar verdiyi bəyanatı ikili standartların ifrat nümunəsidir".
Qafqaz Universitetinin ləğvetmə komissiyası işini başa çatdırıb
"Sabahdan Qafqaz Universitetinin tələbələri yeni yaradılan Bakı Mühəndislik Universitetinin tələbələri kimi tədrislərini davam etdirəcəklər". Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, Qafqaz Universitetində yaradılan Ləğvetmə komissiyasının rəyi ilə təhvil-təslim prosesi dünən tam başa çatıb: “Ləğvetmə komissiyası artıq işini başa çatdırıb. Bütün müvafiq sənədlər Bakı Mühəndislik Universitetinə təhvil verilib. Sabahdan da Qafqaz Universitetinin tələbələri Bakı Mühəndislik Universitetində tədrisə - II semestrə başlayacaqlar”.
Pakistanda partlayış: 2 ölü, 18 yaralı
Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Peşəvər şəhərində partlayış baş verib. Partlayış nəticəsində 2 nəfər həlak olub, daha 18 nəfər yaralanıb. Partlayış Həyətabad rayonunda yerləşən tibb kompleksi yaxınlığında baş verib.
Elman Nəsirov: "Beynəlxalq təşkilatlar öz nüfuzlarını saxlamaq üçün Ermənistana təzyiq etməlidirlər"
Ermənistanın təcavüz və işğal siyasəti nəticəsində yaranmış qondarma separatçı rejimin Dağlıq Qarabağda "referendum" keçirməsi həm Azərbaycan Konstitusiyasının, həm də beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulmasıdır.













