Gündəm
Azərbaycanda mətbuatın fəaliyyəti üçün heç bir məhdudiyyət yoxdur
Azərbaycan mətbuatı yarandığı dövrdən indiyə qədər şərəfli yol qət etdiyindən bu gün də millət və dövlət maraqlarını yüksəkdə tutur. Belə ki, milli mətbuat sosial, iqtisadi, siyasi proseslərə şəxsi maraqlardan deyil, ümumilli mənafedən yanaşır.
Azərbaycan multikulturalizmi dini həmrəyliyin ünvanı Qaxda
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?” adlı IV Beynəlxalq multikulturalizm qış məktəbi fevralın 15-də fəaliyyətini Qaxda davam etdirib. Mərkəzdən “Olaylar” – a bildirilir ki, qış məktəbinin iştirakçıları səhər saatlarında Qax rayonundakı Kürmük məbədi ilə tanış olublar. Tələbələrə məbədin tarixi ilə bağlı bilgi verilib. Kürmük məbədi Azərbaycan multikulturalizm modelini öyrənən tələbələrin dərin marağına səbəb olub.
50 minə yaxın müəllimin maaşı ARTIRILA BİLƏR
Cari ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Baş nazirin müavini Cocuq Mərcanlıya getməyən diplomatları tənqid edib
“Bütün səfirlər buradadır, yalnız 5-6 səfir gələ bilməyib. Onların bəziləri üzrlü səbəbdən burada deyillər. ABŞ səfiri, bir də Qızıl Xaç Komitəsinin Bakıdakı nümayəndəliyinin rəhbəri gəlməyib. Təəssüf edirəm ki, onlar burada deyillər”.
Qabil Hüseynli: “Dağlıq Qarabağda referendum keçirilməsi danışıqlar prosesinə ağır zərbədir”
“Dağlıq Qarabağda referendum keçirilməsi böyük təxribatdır. Bu, danışıqlar prosesinə, Minsk prosesinə ağır zərbədir”.
Rusiya səfiri: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə daha ciddi məşğul olmalıyıq"
“Bizim səfərimiz bir tərəfdən professional xarakter daşıyır, burada informasiya alırıq, amma digər tərəfdən bunun emosional tərəfləri də var”.
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
Bu gün Mətbuat Şurasının (MŞ) Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. MŞ-dan verilən məlumata görə, iclasda öncə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafovun “Azpolitka.info” saytı barədə müraciətinə baxılıb. Çıxarılan rəydə göstərilib ki, bu kütləvi informasiya vasitəsindən şikayət doğuran yazıda balans prinsipinin tələbləri gözlənilməyib, məsələ həssas olduğu üçün sayt özündə mövzunu araşdırma hüququnu saxlayır.
Təcili yardım xidmətinə hər xidmətə görə ödəniş həyata keçiriləcək
İcbari tibbi sığortanın (İTS) dövlət tərəfindən ayrılan maliyyə vəsaitləri, əhali tərəfindən ödənilən icbari tibbi sığorta haqları və digər mənbələr hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. İcbari tibbi sığorta haqqı ödəmə qabiliyyətinə malik olmayan şəxslər üçün sığorta haqları dövlət büdcəsi hesabına maliyyələşdirilir.
Ermənistanın “referendum” təxribatı
İnsanlıq əleyhinə olan Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca ermənilər tərəfindən təxribat xarakterli addımların sayı artmaqda davam edir. Demək olar ki, erməni təxribat şəbəkəsi ölkəmizə qarşı genişmiqyaslı hücuma keçib. Cəbhə xəttində birmənalı şəkildə uduzan Ermənistan indi dövlət səviyyəsində təxribata əl atıb. Məlumata görə, Ermənistan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ ərazisində “referendum” keçirməyi planlaşdırır.
Jurnalistləri təhqir edən MTN generalı əlavə məsuliyyətə cəlb edilə bilər
Fevralın 14-də Sabunçu Rayon Məhkəməsininin inzibati binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq baş idarə və idarə rəisləri general Sübahir Qurbanov, general Teymur Quliyev, general Natəvan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev,Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.
Hesablama Palatası 2 nazirlikdə yoxlama aparıb
Hesablama Palatasının Kollegiya iclası keçirilib. “Olaylar” xəbər verir ki, Kollegiya iclasında Vergilər Nazirliyinə ayrılan vəsaitlərin istifadəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin “Ümumi dövlət xidmətləri” bölməsindən ayrılan vəsaitlərin və “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”nun vəsaitlərinin proqnozlaşdırılması və icrasına, Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsi vəziyyətinə və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinə dair nəzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.
"Zamanımızın böyük əksəriyyəti məhkəmələrdə keçdi"
Bu gün "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının 48 yaşı tamam olub. Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində doğulub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub. 1999-cu ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub.
Bolqarıstan səfiri: "Cocuq Mərcanlı kəndində Azərbaycan xalqının vətənpərvərlik ruhunu hiss etdik"
İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfərin təşkili yaxşı ideya idi. Bunu Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristova Azərbaycanda qeydiyyatdan keçmiş diplomatik missiya rəhbərlərinin erməni işğalından azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini ziyarəti zamanı deyib.
Hollandiya FETÖ – çu əsgərlərə dəstək verdi
15 iyun Türkiyədə hərbi çevriliş etməkdə günahlandırılan bir qrup əsgərin Hollandiyadan siyası sığınacaq istədikləri bildirilir. "Olaylar" "SadeceHaber" - ə istinadən bildirir ki, Hollandiyanın Qaçqın və Vətəndaşlıq idarəsinə müraciət edən əsgərlərə və onların ailələrinə 18 ay Hollandiyada qalma icazesi verilib.

.jpg)












