Gündəm
“Romeo və Cülyetta” faciəsi
Səda Tədris Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sabah” qrupları III kurs “Aktyor sənəti” ixtisası tələbələrinin ifasında V.Şeksprin “Romeo və Cülyetta” faciəsi tamaşaçılara təqdim olunub. Tamaşa kurs rəhbəri, rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə hazırlanıb.
Musiqili Teatr Beynəlxalq festivalda
Azərbaycan Dövlət Musiqili Teatrı Beynəlxalq festivala dəvət olunub. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, söhbət Türkiyə Cümhuriyyətində təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalından gedir. Festival 2017-ci il 2-15 may tarixlərində Trabzon şəhərində baş tutacaq.
Beynəlxalq Turizm yarmarkasında Göygöl turizm məkanı kimi təqdim olunacaq
Cari ilin mart ayında Almaniyanın Berlin şəhərində Beynəlxalq Turizm yarmarkası keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, beynəlxalq əhəmiyyətli tədbirin İkigünlük fəaliyyəti dövründə Göygöl bölgəsi yarmarka iştirakçılarına ölkəmizin turizm məkanı kimi təqdim olunacaq.
Şəkidə IV Beynəlxalq multikulturalizm qış məktəbi fəaliyyətə başladı
Şəkidə Beynəlxalq multikulturalizm qış məktəbi Şəkidə öz işini davam etdirib. “OLAYLAR”-ın xəbərinə görə, “Azərbaycan multikulturalizmi” fənnini İtaliyanın Sapienza Universitetində tədris edən İrina Kunina və Çexiyanın Karlov Universitetinin müəllimi Roza Şəfiyeva “Azərbaycançılıq və Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi” mövzusunda mühazirə oxuyublar.
Əcnəbi tələbələrin uğurları
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində əcnəbilərin sayının artırılması istiqamətində görülən işlər Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanan fəaliyyət planına uyğun olaraq aparılır. Universitetdən “Olaylar” bildirilir ki, hal-hazırda Universitetdə 51 nəfər əcnəbi tələbə təhsil alır.
SOCAR Strateji Əməkdaşlıq Memorandumu imzalayıb
Fevralın 15-də SOCAR-ın Baş ofisində ABŞ-ın IBM şirkəti ilə Strateji Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib. “OLAYLAR”-ın şirkətə istinadən verdiyi xəbərə görə, memorandumu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və IBM şirkətinin baş vitse-prezidenti və “IBM-Avropa”nın sədri Erik Klementi imzalayıblar.
Peşə məktəbi müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək
Cari ilin aprel-may aylarında ölkəmizin digər 26 şəhər və rayonunun dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Təhsil Nazirliyindən daxil olub. Bildirilib ki, qiymətləndirmədə Qax, Qəbələ, Şəki, Zaqatala, Balakən, Oğuz, Yevlax, Ağdaş, Xocalı, Goranboy, Mingəçevir, Naftalan, Göyçay, Kəlbəcər, Ağdam, Füzuli, Bərdə, Tərtər, Beyləqan, Laçın, Ağstafa, Tovuz, Qazax, Zəngilan, Xocavənd, Cəbrayıl şəhər və rayonlarının 50 minə yaxın müəlliminin iştirakı nəzərdə tutulur.
Xarici dövlətlərin hərbi attaşeləri Hərbi Akademiyada
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunan xarici dövlətlərin hərbi attaşeləri üçün fevralın 15-də Silahlı Qüvvələrin Hərbi Akademiyasına tanışlıq səfəri təşkil olunub.
Tvinninq layihəsinin təqdimatı oldu
15 fevral 2017-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Avropa İttifaqının nümunəvi təcrübələri əsasında Azərbaycanda Milli Ekoloji Monitorinq Sisteminin (MEMS) təkmilləşdirilməsi” adlı Tvinninq layihəsinin təqdimat mərasimi keçirilib.
Dərs vəsaitində reklam yerləşdirilə bilməz
Prezident İlham Əliyev "Təhsil haqqında" qanunda dəyişikliklər edilməsi barədə" 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.
ADU tələbələri pedaqoji təcrübəyə yollanırlar
Fevralın 15-də Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqoji (ingilis dili-fransız dili), Pedaqoji (ingilis dili-alman dili), Filologiya və jurnalistika fakültələrinin və SABAH qruplarının 2016-2017-ci tədris ilində bakalavr ali ttəhsil pilləsində təhsillərini başa vuran tələbələrinin pedaqoji təcrübəsinə həsr olunan tədbir keçirilib.
Respublika Sanitariya-Karantin Müfəttişliyinin fəaliyyətinə həsr edilmiş tədbir
15 fevral tarixində Respublika Sanitariya-Karantin Müfəttişliyinin (RSKM) fəaliyyətinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə RSKM-in “Sanitariya- epidemioloji salamatlıq haqqında”, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası qanunları ilə tənzimlənən istiqamətlər üzrə fəaliyyəti haqqında məlumatlar verildi.
Mənşəyə bəlli omayan 170 kq ət aşkar edilib
Xaşmaz rayon sakininin avtomobilində mənşəyi bəlli olmayan ət aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə Xaçmaz rayonunda şəhər sakini İsmayıl İsmayılova məxsus "Mercedes" markalı avtomobilə baxış zamanı mənşəyi məlum olmayan 170 kiloqram ət aşkar edilərək götürülüb.Araşdırma aparılır.
Hökumət mart ayında Milli Məclisə hesabat verəcək
Hökumət mart ayında Milli Məclisə hesabat verəcək. Baş nazir Artur Rəsizadə deputatlar qarşısında çıxış edərək, Nazirlər Kabinetinin ötənliki fəaliyyətini müzakirəyə çıxaracaq. Bu haqda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.
Prezident İlham Əliyev litvalı həmkarını təbrik etdi
Prezident İlham Əliyev Litva Respublikasının prezidenti Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.














