Gündəm
Prezdentdən daha bir sərəncam - “Nəşriyyat işi haqqında” qanunda dəyişiklik
Azərbaycan prezidenti İlham Əliyev "Nəşriyyat işi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 dekabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.
Tamerlan Vahabov: “Ermənistanın referendum keçirməsi qeyri-qanunidir”
“Fevralın 20-də Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma “Dağlıq Qarabağ Respublikası”nda (DQR) “konstitusiya islahatları” ilə bağlı referendum keçirməsi məsələsi ilk dəfə deyil ki, gündəmdədir. Buna bir neçə müstəvidə baxmaq olar. Hüquqi müstəvidə baxanda bu tamamilə qeyri-qanunidir”. Bunu beynəlxalq ekspert Tamerlan Vahabov deyib.
Karlovun qətli ilə bağlı daha bir nəfər saxlanıldı
Türkiyədə Rusiyanın səfiri Andrey Karlovun qətli ilə əlaqədar aparılan istintaq çərçivəsində daha bir nəfər saxlanılıb.
Politoloq: "Qondarma “DQR”-də “konstitusiya islahatları”nın hüquqi əsasları yoxdur"
“Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma “DQR”-də “konstitusiya islahatları” ilə bağlı keçirəcəyi referendumun hüququ əsasları yoxdur. Çünki Ermənistan özü qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımır, tanısa belə onun hüququ statusu yoxdur”. Bunu politoloq Cümşüd Nuriyev deyib.
Eurovision 2017: Təşkilatçı komanda kütləvi istefa verdi
Ukrayna Eurovision komandası, təşkilat komitəsinin başına dekabrda təyin olunan yeni müdirin gəlməsi ilə mühüm məsuliyyətli işlərdən uzaqlaşdırıldığını bildirib.
Robot cücə məhsulların çatdırılmasına kömək edəcək- VİDEO
“Agility Robotics” şirkəti cücəni xatırladan “Cassie” adlı robot yaradıb. Robot broyler cücə kimi iki ayaq üzərində yeriyir. Mütəxəssislərin sözlərinə görə, qurğu gələcəkdə insanların əvəzinə adi işləri görə biləcək.
Ekranı mexaniki zədələrdən qoruyan maye şüşə hazırlanıb
“Indiegogo” pul toplama platformasında maye şüşənin istehsalına vəsait toplanılması kampaniyasına start verilib. İstehsalçıların iddiasına görə, maye şüşə smartfonun ekranını istənilən zədədən qoruyacaq.
Yeni əməliyyat sistemi təqdim olunub
Proqramçı Kevin Lencinin rəhbərlik etdiyi mütəxəssislər qrupu yeni əməliyyat sistemi təqdim edib. “ToaruOS” adlanan platformanın əsasını “Linux” nüvəsi təşkil edir və “C+” dilində yazılıb.
Hakerlər dünya ölkələri təşkilatlarına hücumlar ediblər
“Symantec” şirkətinin ekspertləri dünya təşkilatlarına qarşı yönələn kiberhücumlar dalğasını qeydə alıblar. 2016-cı ilin oktyabrından davam edən zərərli kampaniya çərçivəsində cinayətkarlar bankların kompüter sistemlərini naməlum zərərli proqram təminatına yoluxdurublar.
İnternet istifadəçilərini 99 faiz dəqiqliklə müəyyənləşdirən üsul yaradılıb
ABŞ-ın Lihay Universitetinin mütəxəssisləri internet istifadəçilərinin identifikasiyası üçün yeni üsul hazırlayıblar. Yeni metod, həmçinin müxtəlif funksiyalı bir neçə brauzerdən istifadə edən istifadəçiləri müəyyənləşdirməyə imkan verir.
“İntel” serverlər üçün ən güclü prosessorunu təqdim edilib
ABŞ-ın “Intel” korporasiyası serverlər üçün “Xeon E7- 8894 v4” adlı qabaqcıl prosessorunu təqdim edib. Yeni prosessor “Broadwell-EX” sinfinə aiddir.
Azərbaycan və Belarusun Əmlak komitələri arasında əməkdaşlıq sazişi təsdiq edilib
Azərbaycan Prezidenti İlham Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Yumurta qabığından yeni nəsil sürətli yaddaş yaradılıb
Çinli alimlər tərəfindən məlumatların saxlanılması üçün hazırlanmış yeni qurğunun əsasını xırdalanmış yumurta qabığı təşkil edir. Yeni həll daha sürətli və ekoloji cəhətdən təmiz kompüterlər yaratmağa kömək edə bilər.
Səhərə qalan suyu içməyin
Axşamdan qalan suyu içərkən dadının dəyişdiyini hiss etmisinizmi? Bunun səbəbi suyun ph-idir. Gecədən səhərə qədər suyun ph-i (qida dəyəri) düşür və havada olan karbonoksidi özünə çəkir.
Türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi haqqında müzakirələr aparılıb
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun Prezidenti Günay Əfəndiyeva “Türkiye Petrolleri A.O” (TPAO) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədənin irsinin mühafizəsi, təşviqi və dünyaya tanıdılması istiqamətində apardığı fəaliyyətindən söz açıb, gələcək iş və layihələrdən bəhs edib. S.Dündar öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bütövlükdə Türk dünyası üçün əhəmiyyətinə toxunaraq Fond ilə uğurlu əməkdaşlığa dair inamını ifadə edib.














