Gündəm
Politoloq: "Qondarma "DQR“ də "referendum”u heç kim tanımayacaq"
“Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum” adlı tamaşaların keçirilməsi beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, gülüncdür. Əgər həmin ərazidə bir nəfər də olsun azərbaycanlı yoxdursa, o zaman həmin ərazidə “referendumun” keçirilməsi məntiqə zidd hərəkətdir”. Bunu politoloq Fikrət Sadıqov deyib.
Səudiyyə Ərəbistanına ballistik raket atdılar
Səudiyyə Ərəbistanına Yəmən tərəfdən iki ballistik raket atılıb. Hər iki raket zərərsizləşdirib. Husilərə məxsus "Əl-Məsirə" telekanalı isə Səudiyyə Ərəbistanının Əbhə hava limanına atılan ballistik raketlərin hədəfə çatdığını iddia edir.
Şirkət direktoru İŞİD-ə sponsorluq etməkdə təqsirləndirilir
Moskva məhkəməsi şəhərətrafı şirkətlərdən birinin kommersiya direktoru olan Şamil Nurmaqomedovun həbs olunması barədə hökm çıxarıb.
Fransa vətəndaşı "Reina" terrorçusundan hamilə qaldı
Yeni il gecəsi İstanbulda "Reina" klubunda qətliam törədən Əbdulqadir Maşaripovun dünən saxlanılan dini nikahlı xanımı haqqında yeni məlumat əldə edilib.
Prezident İlham Əliyev ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsi sədrini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 16-da ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
ABŞ kəşfiyyatı məxfi məlumatları Trampdan gizlədir
ABŞ kəşfiyyat strukturları məxfi məlumatların bir hissəsini prezident Donald Trampdan gizləyir. Bu barədə "The Wall Street Journal" qəzeti keçmiş və indiki dövlət məmurlarına istinadən məlumat yayıb.
"Sivasspor"un sabiq futbolçusu Azərbaycan klubunda
AZAL heyətini daha bir oyunçu ilə gücləndirib. "Təyyarəçilər" mərakeşli oyunçu Mehdi Tauilin keçidini artıq həll ediblər.
"Əl Babda əməliyyatlar başa çatıb"
"Əl-Babda əməliyyatlar artıq başa çatıb". Bunu Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar Suriyanın terrorçu İŞİD-dən təmizlənməsi çərçivəsində keçirilən "Fırat kalkanı" əməliyyatından danışarkən bildirib. "Əl-Babda əməliyyat artıq başa çatıb. Şəhərin mərkəzində mülki insanlar arasında itkinin olmaması üçün həssas davranılır", - deyə, o, vurğulayıb.
"Bundan sonra baş verə biləcək bütün məsuliyyət Ermənistanın üzərinə düşür"
Azərbaycanın işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni "referendum" beynəlxalq hüquq normalarına ziddir, Ermənistanın təcavüzkar siyasətinin ardıcıl xarakter daşıdığını ifadə edən təxribatdır.
"Məcburi köçkünlərlə bağlı fərman prezidentin sosial siyasətinin təzahürüdür"
Bəzi məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərman prezident İlham Əliyevin sosial siyasətinin təzahürüdür.
Millət vəkili: "Fərmana dəyişiklik məcburi köçkünlərə olan diqqətin nümunəsidir"
"Prezidentin məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülənədək kommunal xidmət haqlarının dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı dövlətimizdə həssas təbəqədən olan şəxslərə göstərilən diqqətin bariz nümunəsidir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Rauf Əliyev deyib.














