Gündəm

CNN dayandırıldı

16 Fevral 2017 12:26

Venesuela hakimiyyətinin qərarı ilə ölkədə ABŞ-ın CNN telekanalının ispan dilindəki versiyası olan CNN Espanol-un yayımı dayandırılıb.

ABŞ Ukraynanın ərazi bütövlüyünə ciddi dəstəyini davam etdirəcək

16 Fevral 2017 12:24

"ABŞ Ukraynanın öz hərbi potensialını gücləndirməsinə dəstək verməyə sadiqdir". Bu sözləri Pentaqonun rəsmi nümayəndəsi Kortni Hillson deyib. 

On min dərman vasitəsinin qiyməti tənzimlənib

16 Fevral 2017 12:22

"İndiyə kimi 10000-dən artıq dərman vasitəsinin qiyməti dövləti tərəfindən tənzimlənib". 

“İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib 

16 Fevral 2017 12:21

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kimya-Biologiya təmayüllü Respublika Liseyində 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Məktəb direktorları ilə görüş keçirilib 

16 Fevral 2017 12:20

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin direktorları ilə görüş keçirilib. “OLAYLAR”-a daxil olan məlumata görə, BŞTİ-nin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi tədrisin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərin təşkilati mədəniyyətinin inkişafı, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması, təhsil sahəsindəki yeniliklərin uğurla icra olunması və müəssisə rəhbərlərinin məsuliyyətinin artırılmasından ibarətdir.

İordaniya Senatının Prezidenti Azərbaycana gəlir

16 Fevral 2017 12:19

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumunda İordaniya Haşimilər Krallığı Senatının Prezidenti Faisal əl-Fayezin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.

Keçən ay 1667 əcnəbi ölkə qanunvericiliyini pozub

16 Fevral 2017 12:17

2017-ci ilin yanvar ayı ərzində 1667 əcnəbi tərəfindən Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarına əməl etmədən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib.

“AtaSığorta” ASC-nin “Paytaxt” filialı açılıb 

16 Fevral 2017 12:15

“AtaSığorta” ASC sığorta xidmətlərinin daha əlçatan olması və müştərilərinə yüksək keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə yeni “Paytaxt” filialını istifadəyə verib.

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

16 Fevral 2017 12:14

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.

Ağ Evdən ermənilərə pis müjdə – Qarabağa “Krım təhlükəsi” sovuşdu!

16 Fevral 2017 12:07

Vaşinqtondan Kreml və satellitini rahatsız edən mövqe; Trampın Ukrayna məsələsində mövqeyi qətiləşdi: “Rusiya yarımadanı sahibinə qaytarmalıdır”; ABŞ Moskvanın Güney Qafqazda da şəriksiz hegemonluğunu qəbul etməyəcək – Amerikanın regional siyasətində mühüm gəlişmə... 

Azərbaycanda ən çox vətəndaş qəbul edən nazirin adı açıqlanıb

16 Fevral 2017 12:08

2016-cı ildə respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən 67 şəhər və rayonda keçirilmiş qəbullarda iştirak edən 8048 vətəndaş 6109 müraciət təqdim edib.

Raqif Abbasov: “Azərbaycanda uşaq və gənclərin inkişafı üçün önəmli işlər həyata keçirilir” 

16 Fevral 2017 12:06

“Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı üçün önəmli işlər həyata keçirilir. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, rayon gənclər və idman idarələri, federasiyalar, klublar, cəmiyyətlər və digər qurumlar bu istiqamətdə əhəmiyyətli addımlar atırlar”. Bunu  Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

"Erməni ordusunda Vigen Sarkisyanı məhv etməyə hazır olan “müharibə quzğunları” var"

16 Fevral 2017 12:02

Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın Azərbaycan ilə həmsərhəd olan bölgələrə “təftiş” məqsədli səfəri həm yerli əhali, həm də hərbçilər arasında yalnız qıcıq və ikrah hissi doğurub. Bunu V.Sarkisyanın səfərini şərh edən hərbi ekspert, ehtiyatda olan polkovnik Ədalət Həsənova bildirib.

Fransa səfiri: Cocuq Mərcanlıda gördüklərim məndə çox böyük təəssürat yaratdı

16 Fevral 2017 12:00

Cocuq Mərcanlıda gördüklərim məndə çox böyük təəssürat yaratdı. Bu səfər önəmli səfərdir. Bu fikirləri Cocuq Mərcanlıda jurnalistlərə müsahibəsində Fransanın Azərbaycandakı səfiri Orelia Buşez deyib.

Millət vəkili: “Separatçılar təlxək hərəkətləri edirlər”

16 Fevral 2017 11:56

“Torpaqlarımızı azad edəndən sonra Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda qanunsuz hərəkətlər edən hərbi cani və cinayətkar seperatçı qruplar həbs olunacaqlar və etdikləri hərəkətlərə görə cavab verəcəklər”. Bunu millət vəkili Elman Məmmədov deyib.