İordaniya Senatının Prezidenti Azərbaycana gəlir
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumunda İordaniya Haşimilər Krallığı Senatının Prezidenti Faisal əl-Fayezin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.
16 Fevral 2017 12:19 SiyasətDiasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumunda İordaniya Haşimilər Krallığı Senatının Prezidenti Faisal əl-Fayezin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. "OLAYLAR"-a Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olan məlumata görə, nümayəndə heyətinə İordaniyanın sabiq Baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali daxildir. Martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumda bir sıra dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları da daxil olmaqla 50 ölkədən 200-dən çox qonağın - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir.