Gündəm

“Azəravtoyol” rəhbərliyi Cocuq Mərcanlıya gedib

16 Fevral 2017 13:17

“Azəravtoyol” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov və cəmiyyətin səlahiyyətli şəxsləri Cəbrayıl rayonunun işaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə gedib. Bu barədə məlumat “OLAYLAR”-a Səhmdar Cəmiyyətdən daxil olub. Bildirilib ki, cəmiyyət rəhbərliyi Cocuq Mərcanlıdakı yol infrastrukturu ilə tanış olub, sözügedən kəndə çəkiləcək yeni yolla bağlı görüləcək işlərlə maraqlanıb.

Şaxta olacaq

16 Fevral 2017 13:16

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir.

Metroda BOMBA həyəcanı

16 Fevral 2017 13:14

Moskvada polis əməkdaşları bomba qoyulması xəbərdarlığı aldıqdan sonra "Novoslobodskaya" metro stansiyasında yoxlamalara başlayıblar.  Naməlum şəxs polisə zəng vuraraq həmin stansiyada partlayıcı maddə yerləşdirildiyini bildirib.

Sevdiyi qızı boğdu, can verməsinə yarım saat baxdı

16 Fevral 2017 13:10

ABŞ-da sevdiyi qızı vəhşicəsinə döyəndən sonra boğan və qurbanının can verməsini yarım saat həzzlə izləyən gəncin məhkəmə prosesi davam edir.

Sergey Şoyqu: "Bakı görüşündə Pentaqondan izahat gözləyirik"

16 Fevral 2017 13:08

Rusiyanın müdafiə naziri Sergey Şoyqu amerikalı həmkarı Ceyms Mettisin NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə səsləndirdiyi bəyanata cavab verib.

12 övlad anasının çətin seçimi: ya daşqalaq olunacaq, ya əri asılacaq - VİDEO

16 Fevral 2017 13:07

Türkiyənin Batman vilayətinin sakini, 74 yaşlı Fahriye Kara 27 il əvvəl, 1990-cı ildə əri Abdulla ilə birlikdə Səudiyyə Ərəbistanına həccə yollanmışdı. Həmin həcc zamanı faciə yaşanmış, 1426 nəfər basırıqda həlak olmuşdu. Həlak olanların 450 nəfəri türklər idi.

ABŞ İrana qarşı hərbi alyans yaradır

16 Fevral 2017 13:05

Rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir.

Tarif Şurası: Dolların məzənnəsi düşəndə dərmanlar ucuzlaşacaq, qalxanda bahalaşacaq

16 Fevral 2017 12:54

“Dərman vasitələri üzrə son qiymət tənzimlənməsi 2016-cı ilin 28 noyabr tarixində həyata keçirilib və dərman vasitələrinin qiymətləri manatın o vaxtkı məzənnəsinə uyğunlaşdırılıb. O zamanı manatın dollara nisbətdə məzənnəsi 1,7196 olub”.

"Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda "referendum"u tanımayacaqlar"

16 Fevral 2017 12:53

Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda qanunsuz "referendum"u tanımayacaqlar. Bunu jurnalistlərə baş nazirin müavini Əli Əhmədov deyib.

"İsrail-Fələstin münaqişəsi ilə bağlı “B” planı mövcud deyil"

16 Fevral 2017 12:49

"İsrail-Fələstin münaqişəsinin nizamlanması ilə bağlı alternativ "B" planı mövcud deyil. Danışıqlar iki dövlətin yaradılması qərarı əsasında bərpa olunmalıdır". Bu barədə BMT baş katibi Antonio Qutyerreş Misirə etdiyi rəsmi səfər çərçivəsində deyib.

Nazirlik: Qiymətlər sərbəst buraxılsa, dərmanlar bahalaşacaq

16 Fevral 2017 12:47

"Tənzimlənmədən əvvəl dərman vasitələrinin qiymətinin formalaşması bazara uyğun deyildi". Bunu iqtisadiyyat nazirinin müşaviri Manaf Bayramov deyib.

Malayziya hökuməti diktatorun ögey qardaşının meyidini verəcək

16 Fevral 2017 12:43

Malayziya hökuməti Kim Çen Namın meyidini KXDR-ə verəcək.  Bu barədə Malayziyanın baş nazirinin müavini Əhməd Zahid Həmidi bildirib. O, bütün lazımi prosedurlar həyata keçiriləndən sonra meyidin qarşı tərəfə verilməsinin həyata keçiriləcəyini əlavə edib.

Xoşqədəm: "30 min, qiymətim budur"

16 Fevral 2017 12:41

Teleaparıcı Xoşqədəm Hidayətqızı reklam çəklişi üçün 30 min AZN qonorar tələb edib. 

Musa Quliyev: "Prezident İlham Əliyevin fərmanı məcburi köçkünlərin problemlərini yüngülləşdirəcək"

16 Fevral 2017 12:31

Prezident İlham Əliyevin bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı fərmanı ilk növbədə qaçqın və məcburi köçkünlərin məişət problemlərini yüngülləşdirəcək.