Nazirlik: Qiymətlər sərbəst buraxılsa, dərmanlar bahalaşacaq
"Tənzimlənmədən əvvəl dərman vasitələrinin qiymətinin formalaşması bazara uyğun deyildi". Bunu iqtisadiyyat nazirinin müşaviri Manaf Bayramov deyib.
16 Fevral 2017 12:47 Sosial"Tənzimlənmədən əvvəl dərman vasitələrinin qiymətinin formalaşması bazara uyğun deyildi". Bunu iqtisadiyyat nazirinin müşaviri Manaf Bayramov deyib.
Onun sözlərinə görə, ölkədə tənzimlənmədən qabaq dəyəri 2 manata olan Hindistan istehsalı dərman 15 manata, həmin tərkibdən olan Almaniya istehsalı dərman isə 4 manata satılıb: "Bəzən mətbuatda belə fikirlər səslənir ki, dərman vasitələrinin qiymətinin tənzimlənməsi sərbəst buraxılsa, yaxşı olar. Dərman vasitələrinin qiyməti sərbəst buraxılsa, qiymət ucuzlaşmayacaq, əksinə, bahalaşacaq". Apa.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31