Türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi haqqında müzakirələr aparılıb

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun Prezidenti Günay Əfəndiyeva “Türkiye Petrolleri A.O” (TPAO) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar ilə görüşüb. “OLAYLAR”-ın xəbərinə görə, görüş zamanı G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədənin irsinin mühafizəsi, təşviqi və dünyaya tanıdılması istiqamətində apardığı fəaliyyətindən söz açıb, gələcək iş və layihələrdən bəhs edib. S.Dündar öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bütövlükdə Türk dünyası üçün əhəmiyyətinə toxunaraq Fond ilə uğurlu əməkdaşlığa dair inamını ifadə edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Fondun Prezidenti Günay Əfəndiyeva "Türkiye Petrolleri A.O" (TPAO) şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saliha Dündar ilə görüşüb. "OLAYLAR"-ın xəbərinə görə, görüş zamanı G.Əfəndiyeva Fondun türkdilli xalqların tarixi-mədənin irsinin mühafizəsi, təşviqi və dünyaya tanıdılması istiqamətində apardığı fəaliyyətindən söz açıb, gələcək iş və layihələrdən bəhs edib. S.Dündar öz növbəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətinin bütövlükdə Türk dünyası üçün əhəmiyyətinə toxunaraq Fond ilə uğurlu əməkdaşlığa dair inamını ifadə edib. S.Dündar Türk Dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən 2017-ci il mart ayında keçirilməsi planlaşdırılan "Heydər Əliyev ili"nə həsr olunmuş Türk Dünyasının Qurultayı barədə ətraflı məlumat verib.  Görüşdə  gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmış, həyata keçiriləcək birgə layihələr müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31