Prezident İlham Əliyev litvalı həmkarını təbrik etdi

Prezident İlham Əliyev Litva Respublikasının prezidenti Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Prezident İlham Əliyev Litva Respublikasının prezidenti Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli xanım Prezident,

Litva Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Litva dostluğu və əməkdaşlığı, daim genişlənməkdə olan siyasi, iqtisadi və mədəni əlaqələrimiz bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim sülh və rifah diləyirəm". AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31