Gündəm

Hava Limanı və əks istiqamətdə sürət 20 km/saat endirilib

16 Fevral 2017 15:30

Hazırda paytaxtda müşahidə edilən hava şəraiti ilə bağlı olaraq yolun hərəkət hissəsində sürüşkənlik yaranıb. Bu barədə məlumat “OLAYLAR”-a Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən daxil olub. Bildirilib ki, bu səbəbdən BNA hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə bəzi tədbirlər həyata keçirməli olub. Məlumata görə, Heydər Əliyev prospekti - Hava Limanı, eləcə də əks istiqamətdə, həmçinin, Zığ dairəsi - Hava Limanı və əks istiqamətdə bütün hərəkət zolaqları üzrə sürət 20 km/saat endirilib.

Qanunla ailədaxili münaqişələri tənzimləmək mümkün deyil

16 Fevral 2017 15:29

“Ailə cəmiyyəti formalaşdıran əsas institutlardan bir olsa da, onun görünən və görünməyən tərəfləri var”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bu gün parlamentdə Ailə institununun formalaşmasında  adət-ənələrimiz silsilədən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılaması yollar” mövzusunda keçirilən dəyirmi masada səsləndirib. Bildirib ki, cəmiyyətin formalaşmasında ailənin rolu müstəsna olduğundan bu institutun sağlam əsaslar  üzərində qurulması zəruridir:“Cəmiyyətin formalaşmasında müstəsna rola malik olan ailə institununun da üzləşdiyi ciddi problemlər var və bu ailədaxili münaqişələrin yaranmasının müxtəlif təzahürləri var. Bunu yaradan amillər çoxdur”.

Evlənmək istəyən 5000 nəfərdə xəstəlik aşkarlandı

16 Fevral 2017 15:28

Respublika Talassemiya Mərkəzində 2014-cü ildən talassemiya xəstəliyinin radikal müalicəsinə-sümük iliyi transplantasiyasına başlanıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, artıq 42 xəstəyə sümük iliyi transplantasiya əməliyyatı icra olunub. Nikaha daxil olmaq istəyən şəxslər arasında talassemiya daşıyıcılarının aşkar edilməsi və onlara həkim məsləhətinin verilməsi də atılan ən düzgün addımlardan biridir. Ötən il ərzində 143694 nikaha daxil olmaq istəyən şəxs müayinədən keçib, onların 4649-da talassemiya daşıyıcılığı aşkar edilib. 2016-cı ildə nikaha daxil olmaq istəyən 42 cütlüyün hər ikisində talassemiya daşıyıcılığı müəyyənləşib.

ATU həkimləri iranlı cərrahın xəstənin qarnında unutduğu cismi çıxardılar

16 Fevral 2017 15:19

Bu günlərdə ATU-nun Tədris Cərrahiyyə Klinikasında daha bir uğurlu əməliyyat icra olunub. Yeddi ay əvvəl Tacikistanın paytaxtı Düşənbə şəhərində iranlı cərrah tərəfindən böyrək köçürdülən xəstənin halı pisləşib. ATU-nun mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, ATU-nun Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstənin yarası sağalmır və irinləyirmiş. Digər tərəfdən, bu vətəndaşa həm də şəkərli diabetə tutulduğunu deyiblərmiş.  Müayinə nəticəsində xəstəyə düzgün diaqnoz qoyulmadığı ayınlaşıb.

12 yaşa qədər uşaqlar haqda yol polisindən qərar

16 Fevral 2017 15:06

"Son zamanlar Bakı şəhərində baş verən yol qəzalarına nəzər saldıqda xəsarət dərəcələrinin ağırlığı ciddi narahatlıq doğurur. Araşdırmalar zamanı bunun səbəbinin təhlükəsizlik kəmərlərindən düzgün istifadə edilməməsi olduğu müəyyən olunub".

İtalyanlar avrodan imtina etməyə hazırdırlar

16 Fevral 2017 15:04

İtaliya vətəndaşlarının təxminən yarısı avro pul vahidinin ölkələri üçün yaxşı heç nə vəd etmədiyini düşünür.

Sevinc Babayevanın oğlunun apellyasiya şikayətinə baxılır

16 Fevral 2017 15:02

Bakı Apellyasiya Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkumun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir.

“Biz Dağlıq Qarabağa hökmən qayıdacağıq” – Yaqub Mahmudov

16 Fevral 2017 15:01

Fevralın 16-da Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Azərbaycan Respublikası Hərbi Prokurorluğu ilə AMEA Tarix İnstitutunun birgə ərsəyə gətirdikləri “Soyqırım muzeyi” kitab-albomun və Hərbi Prokurorluğunun sifarişi ilə Müdafiə Nazirliyinin nəzdindəki Sənədli və Tədris Filmləri Kinostudiyasında hazırlanmış “Əsrin Faciəsi sənədli filminin və təqdimat mərasimi keçirildi. 

Struktur islahatları Azərbaycan Hökumətinin apardığı iqtisadi islahatların mühüm tərkib hissəsidir

16 Fevral 2017 14:59

Artıq bir neçə aydır ki, Azərbaycanda müxtəlif sahələri özündə əks etdirən köklü islahatlar həyata keçirilir. İstər siyasi, istər iqtisadi, istərsə də idarəetmə sahəsində həyata keçirilən islahatların tezliklə müsbət nəticələr verəcəyi şübhəsizdir. Elə əksər ekspertlər də bu qənaətdədir. “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri dokturu Fikrət Yusifovla söhbətimiz də qeyd edilən istiqamətlər üzrə oldu. “OLAYLAR”-a verdiyi müsahibədə Fikrət Yusifov qarşıdakı müddət ərzində ölkə iqtisadiyyatında gözlənilən yeniliklər barədə də danışıb.

Azərbaycançılıq ideyasının təbliği

16 Fevral 2017 14:57

Hər bir xalqın mütləq çoxluğunun mənafeyini ifadə edən milli ideologiya həmin xalqın tarixi inkişaf yolundan xəbər verir. Xalqların vahid məram və məqsədlər ətrafında sıx birləşməsi ilk növbədə milli ideologiyanın dəqiq müəyyən edilməsindən çox asılıdır. Çünki, düzgün ideologiyanın müəyyən edilməsi həm də xalqların və dövlətlərin gələcək inkişaf prespektlərinin təməlini təşkil edir. Dövlətin vahid ideologiyası vətəndaşların təbii maraqları ilə üst-üstə düşdükdə isə dövlət-vətəndaş münasibətləri sarsılmaz olur. Belə bir ideologiyanın ərsəyə gətirilməsi təbii ki, uzaqgörən, dahi siyasətçilərin fədakarlığı nəticəsində mümkün olur.

Əsəd: "Kim yaxşıdır - mən, yoxsa İŞİD?"

16 Fevral 2017 14:56

Qərbin Suriyanın gələcəyini suriyalıların əvəzinə müəyyən etmək hüququ yoxdur.

Azərbaycan diaspor təşkilatı ukraynalı şairin yubileyini qeyd edib 

16 Fevral 2017 14:56

Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Səməd Vurğun adına Kiyev Kitabxanası və Ukraynanın krım-tatar gəncləri ukraynalı şair, tərcüməçi Mıkol Miroşniçenkonun yaradıcılıq gecəsini keçiriblər.

Ermənistanın daha bir təxribatı

16 Fevral 2017 14:53

Ermənistan hər vasitə ilə Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa çalışır. Müntəzəm olaraq cəbhə xəttində gərginliyi artırmaq, təxribatlar törətmək, eləcə də müntəzəm olaraq atəşkəsi pozmaqla buna demək olar ki, nail olan işğalçı ölkə artıq bir xeyli müddətdir ki, danışıqlar prosesində sükut yaratmağa müvəffəq olub.

Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib

16 Fevral 2017 14:52

Bu ilin yanvar ayı ərzində Rusiyada real inflyasiya göstəricisi dekabr ayı ilə müqayisədə kəskin artım göstərib. Bu barədə "Romira" araşdırma holdinqinin hesabatında bildirilir.

Şahnaz Haşımova vəzifəsindən uzaqlaşdırıldı

16 Fevral 2017 14:51

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru dəyişdirilib. Şahnaz Haşımova direktor vəzifəsindən azad edilib. Mədəniyyət və Turizm Nazirliyinin sərəncamına əsasən, həmin vəzifəyə Gəncə Musiqi Kollecinin əvvəlki direktoru Gülçin Mirzəyeva təyin edilib. Gəncə Musiqi Kollecinin direktoru vəzifəsinə isə hələ ki, təyinat olmayıb.