Qanunla ailədaxili münaqişələri tənzimləmək mümkün deyil
“Ailə cəmiyyəti formalaşdıran əsas institutlardan bir olsa da, onun görünən və görünməyən tərəfləri var”. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bu gün parlamentdə Ailə institununun formalaşmasında adət-ənələrimiz silsilədən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılaması yollar” mövzusunda keçirilən dəyirmi masada səsləndirib. Bildirib ki, cəmiyyətin formalaşmasında ailənin rolu müstəsna olduğundan bu institutun sağlam əsaslar üzərində qurulması zəruridir:“Cəmiyyətin formalaşmasında müstəsna rola malik olan ailə institununun da üzləşdiyi ciddi problemlər var və bu ailədaxili münaqişələrin yaranmasının müxtəlif təzahürləri var. Bunu yaradan amillər çoxdur”.
16 Fevral 2017 15:29 Sosial"Ailə cəmiyyəti formalaşdıran əsas institutlardan bir olsa da, onun görünən və görünməyən tərəfləri var". Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bu gün parlamentdə Ailə institununun formalaşmasında adət-ənələrimiz silsilədən "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılaması yollar" mövzusunda keçirilən dəyirmi masada səsləndirib. Bildirib ki, cəmiyyətin formalaşmasında ailənin rolu müstəsna olduğundan bu institutun sağlam əsaslar üzərində qurulması zəruridir:"Cəmiyyətin formalaşmasında müstəsna rola malik olan ailə institununun da üzləşdiyi ciddi problemlər var və bu ailədaxili münaqişələrin yaranmasının müxtəlif təzahürləri var. Bunu yaradan amillər çoxdur". A.Naxçıvanlı əlavə edib ki, ailədə yaranan problemlər nəinki ailədaxili, qohumluq münasibətlərinə, sonda cəmiyyətə də sitrayət edərək mənfi təsirlər edir: "Ona görə də ailədaxili münaqişələrin, məişət zorakılıqlarının qarşısını vaxtında alıb, təhlil edib adekvat addımlar atmaq lazımdır". Komitə sədri deyib ki, baxmayaraq ailədaxili münasibətləri tənzimləyən qanun bazası olsa da, heç də, hər zaman bu qanunlar ailədaxili münasibətləri tənzimləmək mümkün deyil: "Çünkihər bir ailənin öz qanunları var. Böyük ailələrdə kiçik ailələr olur, bəzən valideynlər öz övladını təsiri altında saxlayıb, ayırmaq istəmir, ailə münasibətlərindəki ziddiyətlər yaranır və belə hallar sonda ailələrin dağılmasına gətirib çıxarır. Bundan sonda cəmiyyət əziyyət çəkir. Biz bu halalrın qarşısına almaq üçün adekvat addımlar atmaq lazımdır. Bu hallara laqeyd yanaşmaq olmaz. Bu prosesdə bütövlükdə cəmiyyət iştirak etməlidir".
.