Gündəm

“Bakı görüşü Azərbaycanın mövqelərini möhkəmləndirəcək”

16 Fevral 2017 16:11

“ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeriy Gerasimov arasında görüşün məhz Bakıda keçirilməsini Azərbaycanın neytral ölkə olması ilə əlaqələndirirlər. Hesab edirəm ki, dünyada baş verən qarşıdırmaların və kəskin qütbləşmələrin fonunda Azərbaycanın məhz neytral ölkə kimi dəyərləndirilməsi olduqca önəmli bir faktdır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Dəhşətli qəzadan sonra ölüm anı – Ruh səmaya qalxdı - VİDEO

16 Fevral 2017 15:57

ABŞ-da baş verən yol qəzası ölümlə nəticələnib. Təhlükəsizlik kameralarına düşən görüntülər hər kəsi şoka salıb. Belə ki, qəzadan sonra ölən şəxsin ruhunun bədənindən çıxması aşkar şəkildə görünür.

AMEA-da yalançı elmə qarşı mübarizə komissiyası yaradıldı

16 Fevral 2017 15:56

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yalançı elmə qarşı mübarizə üzrə komissiya yaradılıb.

Ermənistan ordusunun 1 əsgəri ölüb, 2-si yaralanıb

16 Fevral 2017 15:54

Buldozerin dərəyə aşması nəticəsində Ermənistan ordusunun bir əsgəri ölüb, 2 hərbçi xəsarət alıb. Bu barədə “news.am” saytı İstintaq Komitəsinə istinadən məlumat yayıb.

AMЕA Naхçıvan Bölməsinin elmi işçisi AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub

16 Fevral 2017 15:51

AMЕA Naхçıvan Bölməsinin kiçik elmi işçisi Turac Süleymanova elmi fəaliyyətində fəqləndiyinə görə AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub. Gənc elmi işçiyə Fərmanı Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında, AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.

Nadir Qafarzadəni kimlər ağlatdı? - VİDEO

16 Fevral 2017 15:49

Müğənni Nadir Qafarzadə Bilgəhdə yerləşən qocalar evinin sakinlərinə baş çəkib.  "Olaylar" az-ın məlumatına görə, ifaçı görüş zamanı göz yaşlarına hakim ola bilməyib: “Hər dəfə qocalar evinə gedəndə qəribə hislər yaşayıram.

ADU-nun dosenti beynəlxalq konqresdə iştirak edib

16 Fevral 2017 15:43

Azərbaycan Dillər Universitetinin (ADU) İkinci xarici dil kafedrasının dosenti Leyla Həmidova Gürcüstanın Tiflis şəhərində “Qadınların təhlükəsizlik uğrunda birgə mübarizəsi və regional siyasi mühitin ötürülməsi” mövzusunda keçirilən Cənubi Qafqaz qadınlarının konqresində Azərbaycanı təmsil edib.

Avtomobildə xeli sayda siqaret aşkar edilib

16 Fevral 2017 15:41

Gürcüstandan ölkəmizə gələn avtomobilin buferindən, yük yerindən və oturacaqlarından külli miqdarda siqaret çıxıb. Dövlət Gömrük Komitəsindən  verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib. Gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd “Kent” və “Marlboro” markalı siqaretlər aşkar olunub.Faktla bağlı araşdırma aparılır.

Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək

16 Fevral 2017 15:39

Fevralın 17-də İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumu keçiriləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, 5-ci dəfədir ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında təşkil ediləcək üçtərəfli biznes forumda iqtisadi əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Tədbir çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstan iqtisadiyyatına, bu ölkələrin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək, iş adamları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Ədliyyə Nazirliyi  prezidentin sərəncamından irəli gələn vəzifələri müzakirə edib

16 Fevral 2017 15:38

Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilmiş nazirliyin geniş Kollegiya iclasında dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr müzakirə olunub.

Yavər Camalov Qətər səfirini qəbul edib

16 Fevral 2017 15:36

Fevralın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib. Bu barədə nazirlikdən “Olaylar”a verilən məlumata görə, nazir Yavər Camalov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycan ilə Qətər arasındakı əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb. Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.  Səfir Yusif bin Həsən əl-Sai səmimi qəbula görə minnətdarlığını bildirib.Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nazir: ""Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək"

16 Fevral 2017 15:35

"Fərat qalxanı" əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək.  Bunu Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib.

TUBİTAK –DA həbs

16 Fevral 2017 15:32

Türkiyənin ən qabaqcıl elmi texniki tədqiqiat müassisəsi olan TUBİTAK (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) da bu saatlarda 25 nəfər  saxlanılıb. Verilən məlumata görə saxlanılanlar FETÖ terror təşkilatında iştirak etmək və üzv olmaqda şübhəli qismində həbs ediliblər. Həbs edilənlərin İstanbulda, Ankarada, İzmittə saxlanıldığı bildilir.

Tarix Muzeyinin Arxeologiya fondunda yeni işlər

16 Fevral 2017 15:31

Çoxcildlik “Azərbaycan arxeologiyası”nın V cildi üzərində işin tamamlanması üçün AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Muzeyin Arxeologiya fondunda saxlanılan erkən orta əsrlərə aid arxeoloji materialların foto şəkillərinin çəkilişinə başlamışlar. İlkin mərhələdə Mingəçevir, sonrakı mərhələlərdə isə Torpaqqala və digər abidələrdən tapılmış erkən orta əsr tapıntılarının foto şəkilləri çəkiləcək.