Gündəm
Nur Art House qalereyasında “Gəlinciyim: gerçəkliyim, gələcəyim” adlı sərgi
Virtual görüş
Dırnaqların sınmaması üçün bunları edin - TÖVSİYƏ
Dırnaqların sağlamlığı bədən sağlamlığının aynasıdır. Əgər zəif, kövrək və ya solğun dırnaqlara sahibsinizsə, bədəninizdə bəzi problemlər mövcud ola bilər. Zəif dırnaqlar asanlıqla qopur və qırılır. Əgər manikür etdirməyi və ya dırnaqlarınızı boyamağı sevirsinizsə, bu problemlər sizin əhvalanızı korlaya bilər. Lakin narahat olmayın, dırnaqlarınızı zəiflədən səbəbləri aradan qaldıra və onların yenidən sağlam olmalarını təmin edə bilərsiniz.
Kitab oxumağa vərdiş etməyin YOLLARI
Uğurun əsas mənbəyi öyrənmək, öyrəndiklərimizdən istifadə edərək, həyata keçirməkdir. Çünki bilik düşünməyi təmin edir. Düşüncələr isə insanı hərəkətə keçirir. Hərəkətə keçən insan uğur qazanır. Həyatda uğur qazandıracaq kitab oxuma vərdişinin bir çox üsulları var. Həmin üsulları sizinlə paylaşırıq.
Qısa boylu xanımlar, belə geyinin - FOTOLAR
Qısa boylu qadınlar təəssüf ki, sevdikləri hər paltarı rahatlıqla geyinə bilmirlər. Siz də qısa boylu xanımsınızsa və bir az uzun görünmək istəyirsinizsə, qarderobunuzda mütləq bu geyimlər olmalıdır. Həmin geyimlərdən bir neçə nümunə ilə sizi tanış edirik.
Qarın piylərini əridir, baş ağrısını götürür... - Dəfnə yarpağının FAYDALARI
Vaxtilə qədim Ellada torpağında Olimpiya oyunları zamanı qalib idmançılar dəfnə yarpaqlarından hörülmüş çələnglə mükafatlandırılırdı.
Qəbizlikdən əziyyət çəkənlər üçün SADƏ ÜSUL
Qəbizlik ən yayılmış pozulmalardan biridir. Lakin buna baxmayaraq? bir çox insanlar qəbizliyin əslində nə olduğunu bilmir. Qəbizlik diaqnozu o zaman qoyula bilər ki, defekasiya müntəzəm olmur, defekasiya aktı zamanı insan çox gücənməli olur və nəcis kütləsi quru, "qoyun qığı" şəklində olur. Əgər insan 2-3 gündən bir defekasiya edirs’, lakin bu zaman heç bir çətinlik çəkmir, gücənmir və nəcis kütləsi yumşaqdırsa, bu, qəbizlik sayıla bilməz.
Dəvə onunla selfi çəkdirmək istəyən hamilə qadını dişlədi
Moskvalı hamilə qadın dəvə ilə selfie çəkdirmək istəyərkən heyvan onu dişləyib. Bu barədə lenta.ru saytı “360”telekanalına istinadən xəbər verir. Məlumatda qeyd olunur ki, Mişa və Katya ləqəbli iki dəvə Belyaninovo kəndi sakininə məxsusdur. Dəvələr qonşu kənddəki meşədə gəzintiyə çıxarkən onları iki qadın qarşılayıb. Onlardan biri heyvanla şəkil çəkdirmək istəsə də, sonuncu onu əlindən dişləyib. Dəvələrin sahibi bildirib ki, bununla da dəvələrdən erkək cinsinin nümayəndəsi öz dişisini qorumağa çalışıb. Nəticədə isə heyvanların gəzinti hüquqlarını pozduğuna görə onun sahibini 200 rubl məbləğində cərimələyiblər. Polis əməkdaşları isə dəvənin sahibinə bildiriblər ki, heyvanları üçün daha uyğun gəzinti yeri müəyyənləşdirsin.
“Telegram” messencerində videomesajlar göndərmək mümkün olacaq
Ötən həftə “Telegram” messenceri yenilənib. Mobil proqramın yeni versiyasında səsli zənglər funksiyası istifadəyə verilib, həmçinin videofaylların mübadiləsi üçün yeni imkanlar əlçatan olub. Bundan başqa “Planet Mobile” resursunun məlumatına görə, “Android” mobil əməliyyat sistemi üçün 3.18.1 versiyasında qısa videomesajlar funksiyası təqdim olunacaq.
Damarları təmizləyib qan dövranını yaxşılaşdıran qidalar
Çox yağlı yeməklər damarların əhəngləşməsinə səbəb olur. Vaxt keçdikcə insanın damarlarında piyə oxşar maddə xolesterin yığılmağa başlayır. Xolesterin damarları daraldır, daha zəif, nazik edir, elastikliyini pozur. Xolesterinlə tıxanmış damarlar asanlıqla partlaya bilər. Bu isə inrfarkt və ya insultla nəticələnir.
“Siri” qurğu sahibini səsinə görə tanıyacaq
"Apple şirkətinin smartfonun təhlükəsizliyini gücləndirəcək yeni funksiya üçün patent hüququ almasına görə "Siri" səslə idarəetmə funksiyası smartfon sahibini səsinə görə tanımağa başlayacaq. Bunun sayəsində istifadəçilər "Salam, Siri" komandasını əvəz edəcək minimum bir sözdən ibarət parol yarada biləcəklər.
Məşhur müğənninin ərindən hamilə qalan dayə: "Hamısı yalandır"
Britaniyalı müğənni, aktrisa və teleaparıcı, "Spice Girls" qrupunun sabiq solisti, "Mel Bi" kimi tanınan Melani Canin Braun Bentonun əri Stiven Belafonteni xəyanətə, əxlaqsızlıqda və təcavüzdə suçlaması ilə bağlı qalmaqal davam edir.
Yerə bənzəyən planet tapıldı
ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) alimləri və Avropa Kosmik Agentliyinin (ESA) əməkdaşlarından ibarət qrup Yerə çox bənzəyən Gliese 1132b adlı ekzoplanet aşkarlayıblar.
Ağlagəlməz ÖLÜMLƏR: bu faktlar sizi ŞOKA SALACAQ - FOTOLAR
Hamı terrordan, qəzalardan qorxur, özünü bacardıqca daha ehtiyatlı olmaqla qoruyur. Amma qismətdən qaçmaq olmaz. Əgər qismətdə qəfil ölüm varsa, qorunmaqla deyil, bəla mütləq adamın başının üstünü alacaq. Bəzi qəzalar təəssüf yerinə təəccüb doğurur. Çünki adicə yemək zamanı və ya getdiyin yerdə başına təsadüfən nəyinsə düşməsi... doğrudan da həyat dolu, lap elə əzab-əziyyətlə yaşadığın ömrün layiqli sonu deyil.

.jpg)












