Virtual görüş
8 Aprel 2017 07:27 İncəsənətAprelin 7- də Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında skayp vasitəsilə virtual görüş keçirildi. Muzeydən "Olaylar" - a bildirilib ki, görüşdə elmi işlər üzrə direktor müavini Marta Lopatiç və Beynəlxalq Muzeylər Şurası (İCOM) Azərbaycan Milli Komitəsinin fəal üzvləri və Azərbaycan Milli İncəsənət Muzeyinin əməkdaşları iştirak etdilər. Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin əməkdaşı tərəfindən muzeyin ekspozisiyası üzrə eksursiya aparıldı.Daha sonra iştirakçılar arasında fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, 2016-ci ilin dekabr ayında Azərbaycan Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin direktorları Çingiz Fərzəliyev və Dmitri Stus arasında birgə əməkdaşlıq müqaviləsi imzanlanıb.