“Telegram” messencerində videomesajlar göndərmək mümkün olacaq

Ötən həftə “Telegram” messenceri yenilənib. Mobil proqramın yeni versiyasında səsli zənglər funksiyası istifadəyə verilib, həmçinin videofaylların mübadiləsi üçün yeni imkanlar əlçatan olub. Bundan başqa “Planet Mobile” resursunun məlumatına görə, “Android” mobil əməliyyat sistemi üçün 3.18.1 versiyasında qısa videomesajlar funksiyası təqdim olunacaq.

Ötən həftə "Telegram" messenceri yenilənib. Mobil proqramın yeni versiyasında səsli zənglər funksiyası istifadəyə verilib, həmçinin videofaylların mübadiləsi üçün yeni imkanlar əlçatan olub. Bundan başqa "Planet Mobile" resursunun məlumatına görə, "Android" mobil əməliyyat sistemi üçün 3.18.1 versiyasında qısa videomesajlar funksiyası təqdim olunacaq. Videomesaj göndərmək funksiyasını aktivləşdirmək üçün "Telegram" messencerini 3.18.1 versiyasınadək yeniləməli, bundan sonra video rejiminə keçid üçün mikrofon ikonkasına sıxmaq lazımdır. Müvafiq ikonka peyda olduqdan sonra video çəkmək üçün düyməni sıxıb saxlamaq kifayətdir. "ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31