Məşhur müğənninin ərindən hamilə qalan dayə: "Hamısı yalandır"
Britaniyalı müğənni, aktrisa və teleaparıcı, "Spice Girls" qrupunun sabiq solisti, "Mel Bi" kimi tanınan Melani Canin Braun Bentonun əri Stiven Belafonteni xəyanətə, əxlaqsızlıqda və təcavüzdə suçlaması ilə bağlı qalmaqal davam edir.
7 Aprel 2017 19:33 DünyaBritaniyalı müğənni, aktrisa və teleaparıcı, "Spice Girls" qrupunun sabiq solisti, "Mel Bi" kimi tanınan Melani Canin Braun Bentonun əri Stiven Belafonteni xəyanətə, əxlaqsızlıqda və təcavüzdə suçlaması ilə bağlı qalmaqal davam edir. 41 yaşlı Melani Braunun dediyinə görə, əri S.Belafonte ona ailələrində dayə olmuş alman Loreyn Jillə xəyanət edib. Loreyn Jil müğənninin ərindən hamilə qalıb və Belafonte onu aborta vadar edib. Braun-Belafonte ailəsində 7 il dayə işləmiş 26 yaşlı Loreyn Jil isə suçlamaları rədd edir.
O, dünən əri Maykl Blau ilə birlikdə Los-Ancelesdə idi.
Reportyorların çoxsaylı suallarına L.Jil, sadəcə, "Hamısı yalandır!" cavabını verib.
O, 41 yaşlı kinoprodüser S.Belafontedən hamilə qalmadığını, abort olunmadığını deyib.
L.Jilin bacısı Jaklin Baarts da ittihamların absurd olduğunu söyləyib.
"Bacım o ailədə çalışmağa başlayanda kənd qızı idi. Melaninin uşaqlarını da öz övladları kimi sevdi, onların qulluğunda durdu", - Almaniyanın Lotaringiya vilayətindən olan J.Baarts bildirib. Milli.az ABC-yə istinadən xəbər verir.