Gündəm
Smartfonların satış həcmində artım qeydə alınıb
"GfK" analitik şirkətinin məlumatına əsasən, 2017-ci ilin üçüncü rübündə smartfonların qlobal satış həcmi 3% yüksələrək 367 milyon təşkil edib.
Avropada ilk sualtı restoran tikiləcək
“Snøhetta” şirkəti Norveçdə Avropada ilk sualtı restoran inşa edəcək. “Under” adlanacaq restoranın Norveç sahilinin cənub hissəsində tikilməsi nəzərdə tutulur. Onun bir hissəsi quruda, digər hissəsi suyun 5 metr dərinliyində yerləşəcək. Restoran üçün xarakterik olan yüksək təzyiqə və çətin hava şəraitinə dözmək üçün bina 1 metr qalınlığında beton divarlardan və möhkəm akril pəncərələrdən ibarət olacaq.
“Google” şirkəti “Gmail” elektron poçt xidməti üçün əlavələr istifadəyə verib
"Google" şirkəti "Gmail" elektron poçt xidməti üçün kənar proqramçılar tərəfindən hazırlanmış genişlənmələri rəsmən istifadəyə verib. Bundan əvvəl istifadəçilər hər bir mühit üçün plaqinləri ayrı şəkildə quraşdırmaq məcburiyyətində idilər. İndi isə əlavələr birbaşa "Gmail" servisində əlçatandır və bir dəfə qurulmuş əlavə "Gmail" hesabına giriş həyata keçirilmiş hər bir qurğuda işləyəcək.
Səhərlər ac qarına kartof suyu İÇSƏNİZ... - MÖCÜZƏVİ NƏTİCƏ
Kartof təkcə ölkəmizdə deyil, dünyada da sevilən və olduqca faydalı tərəvəzlərdən biridir. Kartofdan müxtəlif cür yeməklər hazırlanır. Bu yazıda isə biz oxucuları çiy kartof suyunun çoxlarına məlum olmayan faydaları ilə tanış etmişik.
Moskvada ofis binasında YANĞIN - 300 nəfər təxliyə olundu
Moskvanın şimalında ofis mərkəzində yanğın baş verib. Məlumata görə, yanğın səkkiz mərtəbəli binanın ikinci mərtəbəsində başlayıb. Hadisə ilə əlaqədar binadan 300-ə yaxın adam təxliyə olunub.
Somalidə sülhməramlılara atəş açdılar - Ölən və yaralananlar var
Somalidə Afrika İttfaqının sülhməramlı qüvvələri ilə “Əş-Şabab” terror təşkilatının silahlıları arasında atışma baş verib. Məlumata görə, hadisə paytaxt Moqadişodan 30 kilometr cənubda, Afqoye şəhəri yaxınlığında qeydə alınıb. Atışma nəticəsində azı 10 nəfər həlak olub, daha 16 nəfər isə yaralanıb.
Sevgilisindən Təranəyə doğum günündə MÖHTƏŞƏM HƏDİYYƏ - VİDEO
Bu gün tanınmış prodüser Təranə Səmədovanın doğum günüdür. Bu münasibətlə sevgilisi “S” adlı şəxs onu təbrik edib. O, Təranəyə dəyəri 1000 manatdan artıq olan gül buketi bağışlayıb. Hədiyyənin videosunu instaqram hesabında paylaşan prodüser sevgilisinə təşəkkür edərək, ona bu sözləri yazıb: “Bu, həyatımın ən gözəl gül dəstəsidir. İndiyə qədər içində yalnız “T” yazılan gül dəstəsi göndərmişdin, indi isə özünü məndən ayrımadın – “ST” birlikdə. İnşallah bu sevgi özü də elə bir ömürlük olar”.
Qızını qaçıran oğlandan əvəzində bacısını istədi - Namus davası QƏTLLƏ BİTDİ
Qaziantepdə təxminən 3 ay öncə məruz qaldığı silahlı hücum zamanı dünyasını dəyişən Ali Çelikin (49) ona olan təklifi qəbul etmədiyi üçün öldürüldüyü ortaya çıxıb.
Ebru evli kişiyə ərə gedir
Evli iş adamı Uğur Akkuşla sevgili olması xəbərləri ilə gündəmdən düşməyən model Ebru şallı ona ərə gedir. Cütlüyün kəbin kəsdirdiyi deyilir. Uğur Akkuşun qardaşı Murad xəbəri təsdiqləyib: “Ailə arasında mollalar çağırıldı və dini nikah bağlandı”.
Dünyanın ən müəmmalı arxeoloji tapıntıları — SİYAHI və FOTOLAR
Dünyada elə arxeoloji tapıntılar var ki, onların sirrini açmaq mümkün deyil.
Müğənniyə "ölüm" mesajları yazan ərinin adamları çıxdı
Müğənni Gülben Ergenin mobil telefonuna "ölüm" mesajları yazdıqları iddiasıyla iki nəfər saxlanılıb. Saxlanılan M.Emre K.-nın müğənnin keçmiş əri Erhan Çelikin köməkçisinin qardaşı, Harun G.-nin isə sürücüsü olduğu ortaya çıxıb. Prokurorluq istintaq prosesinin miqyasını genişləndirib.
Bakıda universitetdə həyəcan: 17 nəfər liftdə qaldı
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhər Səbail rayonu ərazisində yerləşən yerləşən universitetin tədris binasının liftində 17 nəfərin qalması barədə məlumat daxil olub. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri müvafiq xilasetmə işlərinin görülməsi üçün həmin ünvana cəlb olunub. Xilasedicilər vətəndaşların liftdən çıxmasına köməklik göstəriblər.
Amerikalı məşhur aktyor Rober Giyom vəfat edib
Amerikalı aktyor Robert Giyom 89 yaşında vəfat edib. Teatr və kino aktyoru Los-Ancelesdə dünyasını dəyişib. Robert iki dəfə "Emmi" mükafatına layiq görülüb. Yaxınları bildirir ki, aktyorun ölümünə səbəb xərçəng xəstəliyi olub. Robert uzun müddət bu xəstəliyə qarşı mübarizə aparıb.
BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın oktyabrın 28-də mitinq keçirməklə bağlı müraciətinə cavab verib. Məlumata görə, BŞİH aksiyanın keçirilməsinə razılıq verib.
Goranboyda avtomobil yolunun tikintisinə 5,7 milyon manat ayrılıb
Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonunun Dəliməmmədli-Muzdurlar-Qırıqlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.














