Gündəm
İnternatda uşaq vəhşicəsinə döyüldü
Çinli musiqiçilər konsert verib
Dillər Universitetində çinli musiqiçilər konsert proqramı ilə çıxış ediblər. Olaylar bildirir ki, ADU-nun nəzdindəki Konfutsi İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Şandon Pedaqoji Universitetinin incəsənət işçiləri rəngarəng musiqi nümunələri ilə tamaşaçıların zövqünü oxşayıblar. Tədbiri açıq elan edən ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev musiqi sənətinin vacibliyindən, mədəniyyət sahəsində Azərbaycan-Çin əlaqələrinin inkişafından danışıb, multikulturalizm siyasətinin həyata keçirilməsi üçün yaradıcı qrupların qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.
İqtisad Universitetində "İslam Həmrəyliyi İli"nə həsr olunan görüş
Oktyabrın 25-də Bilik Fondunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Heydər Əliyev Mərkəzi”ndə "İslam Həmrəyliyi İli"nə həsr olunan tədbir keçirilib. Olaylar bildirir ki, Universitetin İnzibati və təşkilati məsələlər üzrə prorektoru Şaiq Əsgərov yerli və xarici tələbələrin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, qonaqları təqdim edib. Bilik Fondunun Beynəlxalq layihələr sektorunun müdiri Rauf Həsənov çıxışında Fondun fəaliyyəti haqqında geniş məlumat verərək, "İslam Həmrəyliyi İli" çərçivəsində gerçəkləşən layihələrdən danışıb.
Muzeyin 100 illiyi ilə bağlı hazırlıq işlərinə start verildi
Milli Azərbaycan Tarixi Muzeyin 100 lliyi ilə bağlı Muzey tərəfindən silsilə tədbirlərin keçirilməsi planlaşdırılır. Olaylar bildirir ki, muzeyin rəhbərliyi, şöbə və fond müdirləri, həmçinin elmi işçilərin iştirakı ilə keçirilən iclasda 2018-2020-ci illər ərzində Muzeyin daimi ekspozisiyasının təkminləşdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlı çıxış edərək yubiley ərəfəsində Muzey qarşısında dayanan vəzifələr barədə danışmış, hazırlıq tədbirlərinin məqsəd və vəzifələrini açıqlayıb.
Tarix Muzeyində mühazirə
Azərbaycan Milli Tarix Muzeyində Mədəniyyət və İncəsənət Universitetinin Kulturalogiya fakültəsinin Muzeyşünaslıq ixtisası üzrə II kurs tələbələr üçün mühazirə təşkil olunub. “Muzeyşünaslıq-sənətşünaslıq vəhdəti” layihəsi cərçivəsində təşkil olunan mühazirə Muzeyin aparıcı elmi işçisi, memarlıq üzrə fəlsəfə doktoru Nardanə Yusifova tərəfindən oxunub.
Tələbələr Soçidə keçirilən “XIX Ümumdünya Festivalı”nda
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Rusiya Federasiyasının Soçi şəhərində keçirilən “XIX Ümumdünya Festivalı”nda Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də iştirak edib. Olaylar bildirir ki, açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Sergey Lavrov, eyni zamanda Rusiya və xarici ölkələrin rəsmilərinin iştirak etdiyi festivala 150 ölkədən 20000-dən artıq iştirakçının qatılıb. Festivalın əsas məqsədi gənclər arası beynəlxalq əlaqələrin və mədəniyyətin möhkəmləndirilməsidir.
Azərbaycan Təsviri sənətinin inkişafı mövzusunda konfrans
Mədəniyyət və İncəsənət Universitetində “Müstəqillik dövründə Azərbaycan Təsviri sənətinin inkişafı” mövzusunda I Respublika elmi-nəzəri konfrans keçirilib. Konfransı giriş sözü ilə Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq uğurlar arzulayıb. İlk öncə Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının professoru, sənətşünaslıq üzrə elmlər doktoru Röya Tağıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Gülrəna Mirzə Qacar və Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev Azərbaycan Təsviri sənətinin inkişafına dair məruzələri ilə çıxış ediblər. Daha sonra konfrans I və II seksiya üzrə professor-müəllim və tələbə heyətinin məruzələri ilə qarşılıqlı müzakirə və sual-cavab əsasında davam edib.
Erməni yalanlarını ifşa edən KİTAB
"Azer-Globe” İctimai-Siyasi Araşdırmalar İnstitutunun nəzdindəki Qafqaz Tarixi Mərkəzi tərəfindən çapa hazırlanan və TEAS PRESS Nəşriyyat Evi tərəfindən rus dilində nəşr edilən "Кавказ XVIII века глазами русского тайного агента” ("XVIII əsrin Qafqazı rus gizli agentinin gözü ilə”) kitabı artıq neçə aydır ki, satış rekordu vurur. 2017-ci ilin əvvəlində Türkiyədə nəşr edilən kitab müxtəlif ölkələrdə alimlərin və sıravi oxucuların böyük marağına səbəb olub.
“Bad Rabbit” təhlükəsi ilə bağlı xəbərdarlıq
Müxtəlif ölkələrdə 200–dən çox dövlət qurumunun və özəl təşkilatların informasiya sistemlərinə zərbə vuran "Bad rabbit" adlandırılan ransomware virusu aşkar olunmuşdur. Qeyd edək ki, virus "Win32/Diskcoder.D" "Trojan-Ransom.Win32.Gen.f", "Win32/Tibbar", "Troj/Ransom-ERK" adları altında sistemlərə nüfuz edir.
Yeni alqoritm videodakı obyektləri avtomatik siləcək
“Adobe” şirkəti “Adobe MAX” illik konfransında təsvir və videoların emalı üçün bir sıra yeni funksiyalar təqdim edib. İstifadəçi yeni “Cloak” alətinin köməyi ilə videodakı obyekti seçə bilər, bundan sonra alqoritm onu fonla əvəz edərək avtomatik siləcək.
Yeni autentifikasiya metodu hazırlanıb
Moskva Fiziki-Texniki İnstitutunun məzunu Lenni Konseviç və kompüter təlimi sahəsində mütəxəssis Xua Yanq ovucun köməyi ilə tamamilə yeni autentifikasiya üsulu təklif ediblər. 2015-ci ilədək hər iki mütəxəssis “Leap Motion” şirkətində işləyib, amma sonra öz layihələrini yaratmağa qərar veriblər. “Redrock Biometrics” şirkəti belə yaranıb. İndi Konseviç və Yanq tərəfindən hazırlanmış ovuc üzrə insanın tanınması texnologiyası bütün mövcud metodlardan daha rahat və təhlükəsizdir.
“Instagram”da yeni funksiya istifadəyə verilib
“Instagram” sosial şəbəkəsində birgə birbaşa translyasiya funksiyası istifadəyə verilib. Yeni funksiya translyasiyaya digər istifadəçini əlavə etməyə, onu silməyə və ya əvəzləməyə imkan verir. Birgə efir zamanı adi efirdə olduğu kimi, tamaşaçılar şərhlər yazaraq bəyənə biləcəklər. Bundan başqa, translyasiya videosunu telefon yaddaşında saxlayaraq sonradan onu “Stories” bölməsi vasitəsilə paylaşmaq mümkün olacaq.
Beyin fəaliyyətinin yaxşılaşdırılması üçün qurğu hazırlanıb
Kanadanın Makqill Universitetinin tədqiqatçıları və “HRL Laboratories” tədqiqat mərkəzinin alimləri insanın düşünmə imkanlarını artıra biləcək yeni qurğu hazırlayıblar.
Çində virtual relslərlə hərəkət edən qatarın sınaqları keçirilir
Çinin Çjuçjou şəhərində virtual relslər üzərində hərəkət edən qatarın marşrut və mühərrik sınaqlarına başlanılıb. Bu ilin iyunun əvvəlində “CRRC Zhuzhou Locomotive Co.” şirkətinin tədqiqat institutu ilk dəfə olaraq innovativ şəhər nəqliyyat vasitəsi - “ağıllı” təkərli sürətli nəqliyyat sistemini (ART) nümayiş etdirib.
Çində virtual relslərlə hərəkət edən qatarın sınaqları keçirilir
Çinin Çjuçjou şəhərində virtual relslər üzərində hərəkət edən qatarın marşrut və mühərrik sınaqlarına başlanılıb. Bu ilin iyunun əvvəlində “CRRC Zhuzhou Locomotive Co.” şirkətinin tədqiqat institutu ilk dəfə olaraq innovativ şəhər nəqliyyat vasitəsi - “ağıllı” təkərli sürətli nəqliyyat sistemini (ART) nümayiş etdirib.





.jpg)







