Gündəm

Bu da "Qarabağ" - "Çelsi" matçında açılacaq xoreoqrafiya -  ÖZƏL VİDEO

21 Noyabr 2017 15:43

Çempionlar Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” – “Çelsi” matçında nəhəng xoreoqrafiya açılacağını xəbər vermişdik. Məlumata görə, artıq xoreoqrafiya hazırdır. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada açılacaq xoreoqrafiyada böyük hərflərlə Qarabağ və Azərbaycan sözləri yazılacaq.

Qalib Mahmudov kərə yağı bazarının altını üstünə çevirdi

21 Noyabr 2017 15:38

Azərbaycanda kərə yağının qiymətinin qalxdığı bir vaxtda azərbaycanlı iş adamı Qalib Mahmudov Yeni Zelandiya bazarını ucuz kərə yağı ilə doldurub. Yeni Zelandiya dünyada kərə yağı istehsalı üzrə liderlərdən biri hesab olunur. Azərbaycana da bu ölkədən xeyli növ kərə yağı idxal edilir. Lakin son vaxtlar Bakı marketlərində bu məhsulun 1 kq-nın qiyməti 20 manata qədər yüksəlib və bu, heç də hamının cibinə görə deyil.

Livan İsraillə sərhəddə tam döyüş hazırlığı elan etdi

21 Noyabr 2017 15:36

Livan ordusunun komandanı, ordu generalı Cozef Aun İsrail ordusunun təhdidlərinin qarşısını almaq üçün cənub sərhədlərində tam döyüş hazırlığı olduğunu bəyan edib.

Üç milyon mənimsəyən xanım bankir həbs olundu

21 Noyabr 2017 15:33

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "DəmirBank"ın Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi keçirilib. 

Milli Məclis gələn ilin dövlət büdcəsinin müzakirəsinə start verdi

21 Noyabr 2017 15:27

Milli Məclisin noyabrın 21-də keçirilən plebar iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsinə start verilib. MM sədri Oqtay Əsədov qeyd edib ki, gələn ilin dövlət büdcə zərfi sosial-iqtisadi durum nəzərə alınmaqla hazırlanıb. Növbəti ildə də real iqtisadi artım proqnozlaşdırılıb.

Gəmiçilikdə aparılan audit uğurla yekunlaşıb

21 Noyabr 2017 15:26

Gəmiçilikdə “Amerika Gəmiçilik Bürosu” tərəfindən TKİS-nin beynəlxalq idarəetmə standartlarına uyğunluğu üzrə keçirilmiş növbəti xarici audit  uğurla başa çatıb. “OLAYLAR”-ın Gəmiçiliyə istinadən verdiyi xəbərə görə, noyabrın 11-dən başlayan audit beş gün davam edib.

Bu il qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib

21 Noyabr 2017 15:24

Noyabrın 21-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Ali təhsildən gözləntilər” mövzusunda seminar keçirilib. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, seminarda Təhsil Nazirliyinin nümayəndələri, media kapitanları, təhsil ekspertləri, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri və KİV təmsilçiləri iştirak edib.

Deputat: “Bakı böyüdükcə, Azərbaycan kiçilir”

21 Noyabr 2017 15:20

“Hər kəs bilir ki, elmi işçilərin məvacibləri çox azdır. Gələn il üçün hökumət 7 faizə qədər inflyasiya proqnozlaşdır. Ona görə də bu işçilərin vəziyyətinin necə ağır olacağını indidən demək olar”.

Brüssel forumu başa çatdı

21 Noyabr 2017 15:21

Belçika Krallığının Brüssel şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Avropa Azərbaycanlıları Konqresi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forumun ikinci panel iclası “Avropada separatizm: səbəblər, nəticələr. Avropanın iqtisadi və siyasi gələcəyinə yaranan təhlükələr” mövzusuna həsr olunub.

Azərbaycanda dizel və benzinlə bağlı VACİB XƏBƏR

21 Noyabr 2017 15:18

Ötən həftə Azərbaycanda “Aİ-95” (“Premium”) və “Ai-98” (“Super”) markalı benzin bahalaşıb. Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq, müvafiq olaraq 1,25 və 1,50 manata çatıb.

Elman Rüstəmov: “Valyuta bazarında sabitlik qorunacaq”

21 Noyabr 2017 15:16

“Azərbaycan Mərkəzi Bankı gələn ildə konservativ monetar siyasət yürüdəcək. Manatın məzənnəsinin sabitliyi 2018-də diqqət mərkəzində olacaq. Valyuta bazarında sabitlik qorunacaq”.

Adil Əliyev: “Azərbaycan idmançıları dünyada öz sözünü deməyi bacarır”

21 Noyabr 2017 15:06

“Ümumiyyətlə, gənclər siyasətinin həyata keçirilməsi, Azərbaycan ordusunun yenidən qurulması, yaranması, təkmilləşdirilməsi, maddi-texniki bazasının yaradılması Azərbaycan dövlətinin, hökumətinin, onun rəhbərliyinin həyata keçirdiyi ən önəmli layihələrdən, planlardan və prioritet istiqamətlərdən biri olub”. Bunu millət vəkili Adil Əliyev deyib.

“Türkiyə hücum edərsə..” - Terror təşkilatının lideri Putinə YALVARDI

21 Noyabr 2017 15:04

PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin liderlərindən biri Murat Karayılan Rusiya prezidenti Vladimir Putindən kömək istəyib.  Təşkilatın mediasına danışan Karayılan Afrin əməliyyatı keçirməməsi üçün onu Türkiyəyə təsir etməyə çağırıb.

Livan əsgərləri İsrail ilə sərhəddə hazır vəziyyətə gətirildi — Şərqdə gərginlik

21 Noyabr 2017 15:01

Livan və İsrail arasında son günlər böyük gərginlik yaşanıb. Livanın ordu baş qərargah rəisi general Jozef Avn yeni açıqlama verib. Açıqlamalarda "İsrailin təhdidlərinə qarşı hazırıq" ifadəsindən istifadə edilib.

Afina metrosu işləmir - TƏTİL

21 Noyabr 2017 14:57

Afina metrosunun əməkdaşları tətil keçirirlər. Məlumata görə, bu səbəbdən yollarda tıxacların, eləcə də ictimai nəqliyyatda sərnişindaşımada problemlərin olacağı gözlənilir. Etiraza səbəb metronun özəlləşdirmə fonduna verilməsi barədə qərarı olub. Bununla bağlı metropoliten əməkdaşları ölkənin maliyyə naziri ilə görüş tələb edirlər.