Gündəm
Təhsil naziri Malayziyanın Perlis Universitetinin rektorunu qəbul edib
Noyabrın 21-də təhsil naziri Mikayıl Cabbarov Malayziyanın Perlis ştatının vəliəhd şahzadəsi və Perlis Universitetinin rektoru Tuanku Syed Faizuddin Putranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair görüş keçirilir
Noyabrın 21-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində kimyəvi maddələrin izlənilməsi üzrə regional əməliyyatın yekunlarına dair regionlararası görüş işə başlayıb. “Olaylar” xəbər verir ki, tədbir BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin və ÜGT-nin Konteyner Daşımalarına Nəzarət üzrə Qlobal Proqramı çərçivəsində təşkil olunub.
Azərbaycanda 10 xalça istehsalı müəssisəsi tikiləcək
Gələn il Azərbaycanda 10 yeni xalça istehsalı müəssisəsinin tikintisinə başlanılacaq. “Olaylar” xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Deputatdan təklif: “Gecəqondular” özəlləşdirilsin”
“Artıq bölgələrin inkişafı haqqında düşünmək və Bakını yükdən azad etmək lazımdır”. “Olaylar”ın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa deyib. Deputat vətəndaşların "gecəqondular"ını özəlləşdirməsinə imkan yaradılmasını təklif edib: “Belə olan halda dövlət büdcəsinə əlavə gəlir gələcək. Ya da regionda insanlar üçün şərait yaradılsın ki, paytaxta gələn insanlar regionlara qayıdaraq işlə məşğul olsun”.
Almaniyada siyasi böhran - media bir neçə səbəbi göstərir: Krım, Türkiyə, miqrantlar, NATO...
Xəbər verildiyi kimi, bazar günü Almaniyanın Azad Demokratlar Partiyasının hökumətin qurulması ilə bağlı koalisiya danışıqlarından çıxdığını bəyan edib.
Moldova Dnestryanıya xüsusi status verir
Yaxın gələcəkdə Dnestryanıya Moldovanın tərkibində xüsusi status verilməsi ilə bağlı layihə təqdim ediləcək. Bunu jurnalistlərə açıqlamasında Moldova Baş naziri Pavel Filip söyləyib. “Dnestryanının xüsusi statusu ilə bağlı sənədlər artıq hazırdır. Ölkədə konfliktin neytrallaşması üçün texniki və siyasi metodları əldən qaçırmaq lazım deyil”, – deyə o bildirib.
Bakıda İran vətəndaşına qarşı quldurluq edən futbolçu həbs edildi
Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən M.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan şəxslər barəsində də həbs qətimkan tədbiri seçilib və onlar məhkəmə zalından həbs ediliblər. Orxan Atayevə 8 il cəza təyin edilib. Futbolçu Miqdar Məmmədov isə 4 il azadlıqdan məhrum edilib.
Oğruların digər cinayət əməlləri aşkar edildi
Oğurluqda şübhəli bilinən Balakən rayon sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən mlumata görə, Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 10-da rayon ərazisindəki mağazalardan birindən danışıq kartları oğurlamaqda şübhəli bilinən rayon sakinləri Mehman Gəncəyev, Tural Lelimadov və Kamran Muradov tutulublar.
Qusarda kabel oğrusu saxlanıb
300 metr elektrik naqilini kəsərək oğurlamaqda şübhəli bilinən Qusar şəhər sakini tutulub. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 17-də şəhərin Azadlıq küçəsində yerləşən körpünü elektrik enerjisi ilə təmin edən naqilin 300 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinən şəhər sakini Zedik Əlifxanov tutulub. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.
Evlərə qənim kəsilən şəxslər tutulublar
Oğurluqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri tutulublar. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də rayon ərazisindəki evlərdən birindən 1100 manat, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Mehdiabad qəsəbə sakinləri Mübariz Məmmədov və Nurəddin Orucov tutulublar. Onların cari ilin mart-noyabr ayları ərzində 17 evdən məişət əşyaları və inşaat materialları oğurlamaları da müəyyən edilib.
Daha bir marşrutun hərəkət trayektoriyası dəyişdirildi
31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyindən “OLAYLAR”-a bildirilib ki, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək. Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi.
Qeyri-neft sektorunun inkişafına vətəndaş cəmiyyətinin töhfəsi müzakirə olunacaq
Noyabrın 23-də “Qeyri-neft sektorunun inkişafı və vətəndaş cəmiyyəti” mövzusunda tədbir keçiriləcək. Milli Qeyri-Hökumət Təşkilatları Forumundan “OLAYLAR”-a bildirilib ki, tədbir Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutacaq.
Madonnanın çılpaq şəkilləri hərracda
Məşhur pop - ulduz Madonnanın çılpaq foto şəkilləri hərraca çıxarılacaq. Olaylar.az bildirir ki, fotolar sırasında Madonnanın karyerasının ilk illərində, sənət məktəbində balet oynayarkən çəkilən şəkillər də var. 108 ədəd foto Gotto Have Rock və Roll Auksion evində hərraca çıxarılacaq.
Siqaret və spirtli içkilər bahalaşacaq?
Azərbaycanda gələn ildən siqaret və spirtli içkilərin qiyməti qalxacaq. Gələn ildən Azərbaycanda tütün məmulatlarının və alkoqollu içkilərə görə, aksiz dərəcələri iki dəfəyədək artırılacaq.
Pərviz Şahbazov Qaz İxrac edən Ölkələr Forumunun IV sammitində iştirak edəcək
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov 24 noyabr 2017-ci il tarixində Boliviyada keçiriləcək Qaz İxrac edən Ölkələr Forumuna (Gas Exporting Countries Forum – GECF) üzv ölkələrin dövlət və hökumət başçılarının IV Zirvə Toplantısında iştirak edəcək. Nazirlikdən “Olaylar”a verilən məlumata görə, sammitdə qaz sənayesi və qaz bazarının mövcud vəziyyəti və perspektivlərinin, eləcə də qaz ixrac edən ölkələr arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
.jpg)













