Gündəm
Əbru Gündəş Rza Zərrabdan boşanır?
Türkiyəli məşhur müğənni Əbru Gündəş ABŞ-da həbs həyatı yaşayan azərbaycanlı iş adamı Rza Zərrabdan boşanmağa qərar verib. Müğənni ötən il R.Zərrabdan boşanmaq qərarından dönsə də, bu dəfə fikrində qətidir. Onun boşanmaq üçün hüquqi prosesləri nə vaxt başladacağı açıqlanmır.
Elman Rüstəmov kriptovalyutaya konservativ yanaşır
"Azərbaycan Mərkəzi Bankı müasir dövrdə sürətlə populyarlaşan virtual kriptovalyuta və "blokchain" texnologiyalarından istifadə problemlərini və bu sahədə tənzimləmə üzrə beynəlxalq təcrübəni diqqətlə izləyir". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Türkiyədə Xocalı soyqırımına abidə ucaldılıb
Türkiyənin Kocaeli vilayətinin İzmit şəhərində Xocalı soyqırımı ilə bağlı abidə kompleksi ucaldılıb.
Bakıda temperatur yenə iqlim normasını keçdi
20 Noyabr Bakıda və Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 3-4 dərəcə yüksək olub. Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Qüsurlu uşaqlarla bağlı TƏKLİF - Valideynlərinə də müavinət verilsin
Səhhəti qüsurlu uşaqlara sahib olan ailələrə əlavə dəstəyin göstərilməsinə ehtiyac var. Məlumata görə, bunu Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı deyib. O bildirib ki, qüsurlu övladı olan ana ona baxmaq üçün işləməmək məcburiyyətindədir: “Düzdür, dövlət tərəfindən qüsurlu uşaqların xəstəliklərinin dərəcələrinə uyğun müavinət verilir, yardım göstərilir”.
Bako Saakyanın Fransaya səfəri ilə əlaqədar bu ölkənin Bakıdakı səfiri XİN-ə çağırılıb
"ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyan adlı şəxsin səfəri ilə əlaqədar kəskin etirazımızı ifadə edirik".
Ata 9 aylıq qızını zorladı - Amerika faciəsi
ABŞ-da hərbi həkim Kristofer Konvey xüsusilə ağır travmalar verməklə 9 aylıq əkiz qızlarından birinə təcavüz etməkdə suçlanıb. Körpə təcili yardımla hospitala aparılsa da, həkimlər uşağı xilas edə bilməyiblər.
Dövlətin atdığı addımlar Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı, plüralizmin təmin edilməsinə istiqamətlənib
Hesab edirəm ki, bu suala birmənalı şəkildə cavab vermək düzgün olmaz. Nə üçün? Çünki verdiyiniz suala cavab axtarmaq, onu cavablandırmaq üçün medianın, kütləvi informasiya vasitələrinin fəaliyyət istiqamətlərinə, onların xarakteristikasına diqqət çəkmək lazımdır. Nə qədər təəccüblü və təəssüflü də olsa, bu bir reallıqdır ki, Azərbaycanda media, kütləvi informasiya vasitələri demək olar ki, iki qrupa bölünüb. Birinci qrupa sırf dövlətçilik, xalq, milli maraqlar çərçivəsində fəaliyyət göstərən kütləvi informasiya vasitələri aiddir.
İndoneziya təhlükədə - Vulkan püskürdü
İndoneziyanın Bali adasında Aqunq vulkanı püskürməyə başlayıb. Məlumata görə, hazırda vulkanın kraterindən tüstü 700 metrədək yüksəlir. Vulkanın fəallığı mütəxəssislər tərəfindən ikinci kateqoriyaya aid edilib. Yəni püskürmə güclü hesab olunmur.
Putin dekabrın 14-də mətbuatla görüşəcək
Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də mətbuat konfransı keçirəcək. Məlumata görə, Rusiya prezidentinin jurnalistlərlə görüşünün tarixi barədə Kremlin mətbuat xidməti rəsmi xəbər yayıb.
Marsla bağlı bəd xəbər: NASA-nın fotoları ümidləri üzdü
Elm adamları Marsın üzərindəki tünd rəngli cızıqların su deyil, qum axıntısı olduğunu açıqlayıb. ABŞ-ın Arizona və Planet Elmləri Universitetinin mütəxəssisləri NASA-nın Marsdan çəkdiyi fotoları araşdırıb. Araşdırmanın nəticələri ABŞ Geoloji Araşdırmalar Mərkəzinə aid “Nature Geoscience” dərgisində yayımlanıb. Tədqiqatın başçısı Kolin Dundas Marsın səthindəki minlərlə tünd rəngli cızıqların 151 ədədinin araşdırıldığını və əyriliklərin çoxunun 28-35 dərəcə arasında olduğunu bildirib. Bu dərəcədəki əyriliklər isə Yer kürəsi və Marsdakı qum təpələrinin bitmə dərəcəsi ilə eynidir.
MM-də rayonlara investisiya qoymaq səlahiyyətinin verilməsi təklif olunub
Milli Məclisdə büdcə öhdəliyini tam yerinə yetirən rayonlara investisiya qoymaq səlahiyyətinin verilməsini təklif olunub. Məlumata görə, belə bir təşəbbüslə Milli Məclisin iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov çıxış edib.
Deputat Azərbaycanın bəzi ölkələrdə səfirliklərinin ixtisar olunmasını təklif edib
YAP icra katibinin müavini, deputat Siyavuş NovruzovAzərbaycanın bəzi ölkələrdə səfirliklərinin ixtisara salınması təklifi ilə çıxış edib. Məlumata görə, Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci il üzrə büdcə müzakirələri zamanı deyib ki, aidiyyəti qurumlar bəzən Azərbaycanın lazım olmayan yerlərdə səfirliklərinin fəaliyyətinə şərait yaradırlar, bəzən də lazım olan yerdə səfirlik olmur.
Fond: Bağlanmış banklarla bağlı hüquq-mühafizə orqanlarına 500-dən çox sənəd təqdim olunub
"Bank Standard" QSC-nin 743 mln. manatlıq kredit portfelinin 304 mln. manatdan artıq hissəsi 0% ilə verilib". Bunu "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin iclasında komitə sədri Əkrəm Həsənov deyib.
İstanbulda TÜRKSOY-un baş katibinin yubileyinə həsr edilən konsert təşkil olunub
İstanbulun Maltəpə Universitetində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinovun 70 illik yubileyi münasibətilə konsert olub.














