Gündəm

Məktəblərdə dini maarifləndirmə tədbirləri keçirllir

21 Noyabr 2017 17:58

Noyabrın 21-də Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Sabunçu rayonunda yerləşən 74 nömrəli tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Qənirə Sultanova 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunmasının və IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsinin böyük tarixi əhəmiyyətə malik ictimai-siyasi hadisə olduğunu vurğulayıb. Bu il çərçivəsində görülən işlərin, keçirilən tədbirlərin tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyini bildirib.

Zakir Həsənov BƏƏ-dən olan generalla görüşüb

21 Noyabr 2017 17:58

Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Milli Müdafiə Kollecinin nümayəndə heyətinin rəhbəri briqada generalı Salim Əl-Şamsi ilə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə,  regiondakı hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri qonağa Azərbaycanın uzun illər erməni terrorizmi, separatizmi ilə üzləşdiyini, erməni terrorçuları tərəfindən respublikamızın dinc əhalisinə qarşı onlarla terror aktlarının törədildiyini və Ermənistanın terrorizmi dəstəkləyən ölkə olduğunu vurğulayıb.

Sürücülərin nəzərinə: eyni protokol 20 gün sonra yenə yazıla bilər

21 Noyabr 2017 17:55

Son günlər avtomobilini sığorta etdirməmiş sürücülərə ardıcıl elektron protokolların gəlməsi narazılıqlar yaradıb. Lent.az xəbər verir ki, bəzi sürücülər sığorta etdirmədikləri nəqliyyat vasitəsinə görə ay ərzində iki protokol aldıqlarını bildiriblər.

Amsterdam aeroportunda reyslər iflic olub - SƏBƏB?

21 Noyabr 2017 17:52

Amsterdamda Avropanın ən iri hava limanlarından biri olan Sxipxol aeroportunda texniki səbəblərlə əlaqədar onlarla uçuş ləngiyib. Məlumata görə, qüsurun hava limanının radiolokatoru ilə əlaqəli olduğu bildirilib. 

Ərdoğan: “Əsəd rejimi hələ də yerindədirsə, bu qədər qan niyə tökülüb?”

21 Noyabr 2017 17:51

“ABŞ-ın bölgəmizdə yürütdüyü siyasətin yanlış olduğuna dair narahatlığımızı hər zaman ifadə etmişik”. “Haber 7” bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan AK partiyasının qrup toplantısında çıxışında deyib.

Tıxacların aradan qaldırılması ilə bağlı TƏKLİF

21 Noyabr 2017 17:27

Bakıda tıxacların aradan qaldırılması ilə bağlı Milli Məclisin deputatı Aydın Mirzəzadə təklif irəli sürüb. Məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zaman A.Mirzəzadə bildirib ki, tıxacların həll edilməsi üçün dövlət tərəfindən xeyli işlər görülür, yollar genişləndirilir, körpülər, tunellər tikilir: “Ancaq bir problem həll olunmasa, tıxacların aradan qaldırılması mümkün olmayacaq.

Qurban Qurbanov: “Çelsi”yə qarşı layiqli oyun göstərməyə çalışacağıq”

21 Noyabr 2017 17:26

“Ağır oyuna çıxacağıq. Həm rəqib, həm də bizim üçün vacib matçdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.  Ağdam klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində 5-ci oyununu sabah “Çelsi”yə qarşı keçirəcək. 

Mingəçevirdə üçəm qız dünyaya gəlib

21 Noyabr 2017 17:24

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında gənc ananın 3 övladı dünyaya gəlib. Kəlbəcərrayonundan məcburi köçkün olan və 1993-cü ildən bəri Mingəçevir şəhərində vaqon evdə yaşayan Vüsal Mamedovun ailəsində dünyaya gəlmiş körpələrin hər üçü qızdır.

Bakı “Çelsi”nin tarixinə düşüb

21 Noyabr 2017 17:23

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq “Çelsi” artıq Bakıdadı. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxtımıza səfər “zadəganlar”ın tarixinə düşüb.

“Karyera üçün təhsil” layihəsinə start verilib

21 Noyabr 2017 17:11

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Karyera üçün təhsil” layihəsinin icrasına başlanıb. “OLAYLAR”-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, “Junior Achievement Azərbaycan” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi gənclərin məşğulluq imkanlarının artırılması, bilik, bacarıq və şəriştələrinin, həmçinin, maliyyə savadlılığı və sahibkarlıq biliklərinin təkmilləşdirilməsidir. Layihə çərçivəsində gənclərə gələcək karyeralarında uğur qazanmaları üçün peşəkar inkişaf təlimləri ilə yanaşı, karyera planlaşdırılması,  marketinq, satış və digər sahələr üzrə peşəyönümlü təlimlər təşkil olunacaq.

Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik

21 Noyabr 2017 17:09

Türkiyə heç nəyə baxmayaraq, nüvə energetikasını inkşaf etdirməkdə davam edəcək. Məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada elektrik stansiyasının açılış mərasimində deyib.

Avropa İttifaqı "Sərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır

21 Noyabr 2017 17:06

Avropa İttifaqı (Aİ) "Sərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır. Məlumata görə, Aİ rəsmisi bildirib ki, qurum münaqişələrin həlli istiqamətində göstərilən səyləri dəstəkləyir: "Şərq tərəfdaşlığı sammiti çərçivəsində də bu dəstək bir daha ifadə olunacaq". 

Deputat: "Bəzi nazirlik və komitələri ləğv etməyin zamanıdır"

21 Noyabr 2017 17:03

"Bir müddət əvvəl Nəqliyyat Nazirliyinin ləğv olunması və başqa quruma birləşdirilməsi yaxşı nümunədir və davam etdirilməlidir". Məlumata görə, bunuMilli Məclisin iclasında 2018-ci il büdcə layihəsinin müzakirələri zamanı deputat Zahid Oruc deyib.

Tələbələr kiçik və orta sahibkarlığa cəlb edilir

21 Noyabr 2017 16:59

Noyabrın 21-də Azərbaycan Texniki Universitetində (AzTU) “BOSSON” MMC-nin baş meneceri Nadir Kazımov universitetin III və IV kurs tələbələri ilə görüşüb. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, görüşdə AzTU-nun prorektoru İsa Xəlilov Azərbaycan iqtisadiyyatının mövcud vəziyyətinə diqqət çəkərək bildirib ki, dinamik və dayanıqlı iqtisadiyyat yaratmaq üçün kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi vacibdir.

Rusiya Britaniyadakı beynəlxalq sərgiyə buraxılmadı

21 Noyabr 2017 16:58

Britaniyada keçirilən "Farnboro" aviasiya sərgisinin təşkilatçıları 2018-ci ilin sərgisində Rusiya məhsullarını nümayiş etdirməyə qadağa qoyublar. Bunu Rusiya Hərbi Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəhbəri Anatoli Pinçuk deyib. O, Rusiyanın imkanlarını və təcrübə mübadiləsini nümayiş etdirmək üçün bu platformadan istifadə edə bilməyəcəklərinə təəssüf edib.