Bakı “Çelsi”nin tarixinə düşüb

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qarabağ”la qarşılaşacaq “Çelsi” artıq Bakıdadı. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxtımıza səfər “zadəganlar”ın tarixinə düşüb.

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində sabah "Qarabağ"la qarşılaşacaq "Çelsi" artıq Bakıdadı. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxtımıza səfər "zadəganlar"ın tarixinə düşüb.

Belə ki, komandanı gətirən təyyarə Londondan bura 3975 km məsafəni 6 saata qət edib. Bununla, Bakı "Çelsi"nin avrokuboklar tarixində ən uzunmüddətli səfərinə çevrilib. Buna qədər rekord 2001-ci ildə Təl-Əvivə olan səfər idi. İngiltərə təmsilçisinin tarixi ərzində ən uzunmüddətli 10 səfəri:

1. Bakı, Azərbaycan - 3975 km

"Qarabağ". Çempionlar Liqası, 2017-ci il, noyabr

2. Təl-Əviv, İsrail - 3560 km

"Hapoel". UEFA Kuboku. 2001-ci il, oktyabr

"Makkabi", Çempionlar Liqası, 2015-ci il, noyabr

3. Nikosiya, Kipr - 3221 km

APOEL. Çempionlar Liqası, 2009-cu il, sentyabr

4. Donetsk, Ukrayna - 2724 km

"Şaxtyor", Çempionlar Liqası, 2012-ci il, oktyabr

5. Moskva, Rusiya - 2503 km

MOİK. Çempionlar Liqası, 2004-cü il, noyabr
"Mançester Yunayted". Çempionlar Liqasının finalı, 2008-ci il, may
"Spartak" (Moskva). Çempionlar Liqası, 2010-cu il, oktyabr
"Rubin". Avropa Liqası, 2013-cü il, aprel

6. İstanbul, Türkiyə - 2486 km

"Qalatasaray". Çempionlar Liqası, 1999-cu il, oktyabr; 2014-cü il, fevral
"Fənərbaxça". Çempionlar Liqası, 2008-ci il, aprel

7. Afina, Yunanıstan - 2394 km

"Real". Kuboklar Kuboku, 1971-ci il, may
"Olimpiakos". Çempionlar Liqası, 2008-ci il, fevral

8. Tromse, Norveç - 2250 km

"Tromse". Kuboklar Kukobu, 1997-ci il, oktyabr

9. Saloniki, Yunanıstan - 2139 km

"Aris". Kuboklar Kuboku, 1970-ci il, sentyabr

10. Kiyev, Ukrayna - 2136 km

"Dinamo". Çempionlar Liqası, 2015-ci il, oktyabr

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" görüşü saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31