Avropa İttifaqı "Sərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır

Avropa İttifaqı (Aİ) "Sərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır. Məlumata görə, Aİ rəsmisi bildirib ki, qurum münaqişələrin həlli istiqamətində göstərilən səyləri dəstəkləyir: "Şərq tərəfdaşlığı sammiti çərçivəsində də bu dəstək bir daha ifadə olunacaq". 

Avropa İttifaqı (Aİ) "Sərq tərəfdaşlığı" regionunda həll olunmamış münaqişələrdən narahatdır. Məlumata görə, Aİ rəsmisi bildirib ki, qurum münaqişələrin həlli istiqamətində göstərilən səyləri dəstəkləyir: "Şərq tərəfdaşlığı sammiti çərçivəsində də bu dəstək bir daha ifadə olunacaq". Aİ rəsmisi Azərbaycanla münasibətlərə dair bildirib ki, ötən sammitdən bu yana Azərbaycanla münasibətlərdə irəliləyişlər əldə olunub. "Biz hazırda hərtərəfli yeni saziş üzrə danışıqlar aparırıq. Bu saziş daha əvvəl mövcud olan Tərəfdaşlıq və Əməkdaşlıq sazişi əsasında inkişaf etdiriləcək. Ümid edirik ki, bu danışıqlar tezliklə yekunlaşacaq. Biz həmçinin Azərbaycanla Aviasiya sazişinin paraflamağı planlaşdırıq", - deyə o qeyd edib. O, Azərbaycanın Aİ üçün vacib enerji təminatçısı olduğunu bildirib: "Enerji effektivliyi vacib məsələdir və Şərq Tərəfdaşlığı sammitinin vacib hissələrindən biridir". Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31